Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevl

Ələsgər Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Ələsgər Abdullayev

Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi.

Ələsgər Abdullayev
Abdullayev Ələsgər Baba oğlu
Abdullayev Ələsgər Baba oğlu
Ümumi məlumatlar
Digər adı Şəkili Ələsgər
Ləqəbi Şəkili Ələsgər
Doğum tarixi 1866
Doğum yeri Şəki, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 aprel 1929 (62–63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Janr Muğam
Musiqi aləti qaval
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub.

Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib.

1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.

Ələsgər Abdullayev 1913–1914-cü illərdə "Sport-Rekord" və "Ekstrafon" səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunmuşdur. O, tarzənlərdən Qurban Pirimovun, Tevosun, kamançada isə Saşa Oqanezaşvili və Moses Quliyansın müşayiətləri ilə "Çahargah", "Rast", "Mahur–Hindi", "Zabul-Segah", "Rahab", "Şüştər", "Hasar" və s. muğamları, bir sıra Azərbaycan, gürcü və erməni mahnılarını vala yazdırır. Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir. Ələsgər "Rahab" oxumaqda xüsusilə məşhur idi. Azərbaycan musiqi tarixində xanəndə Dəli İsmayıldan sonra Ələsgər "Rahab" oxumaqda birinci sayılırdı.

Ə. Abdullayev Cabbar Qaryağdıoğlu ilə birlikdə həkim İoanesyanın təşkil etdiyi birinci Şərq orkestrinin tərkibində Bakı zəhmətkeşləri qarşısında çıxış etmişdi. Bundan əlavə o, tarzən Qurban Pirimov və kamançaçı Armenak Şuşinski ilə birlikdə Bakının yay klublarında, "Şərq musiqisi gecələri"-ndə ifa edib. Xanəndə Azərbaycan radiosunun musiqi verilişlərində də yaxından iştirak etmişdi.

Şəkili Ələsgər 1 aprel 1929-cu ildə Bakıda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələsgər Abdullayev haqqında məlumat. Ələsgər Abdullayev nədir? Ələsgər Abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sofistlər məktəbi

  • Fevral 27, 2026

    Tervuren muzeyi

  • Fevral 27, 2026

    Lokkerbi faciəsi

  • Fevral 27, 2026

    Qaravəlli (Zərdab)

  • Fevral 27, 2026

    Baraban

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst