Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005).
| Ələkbər Muradov | |
|---|---|
| Ələkbər Yunus oğlu Muradov | |
| |
| Digər adı | Ələkbər Murad |
| Doğum tarixi | 1 avqust 1948 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1 avqust 2013 (65 yaşında) |
| Fəaliyyəti | Aktyor |
| Təhsili |
|
| Mükafatları | |
| IMDb | ID2948639 |
Həyatı
Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir.
Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir.
- Kinomexanik Yunus Muradovun oğludur.
- Rejissor Murad Muradovun atasıdır.
Mükafatları
- 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
- Cəfər Cabbarlı mükafatı (2010).
Filmoqrafiya
- Anamın duaları (film, 2007)
- Anaya məktub (film, 1980)
- Armudu (film, 1986)
- Bakı. Müharibə illəri (film, 1985)
- Boru xətlərində yeni texnika (film, 1979)
- Dədə Şəmşir (film, 2002)
- Dünən, bu gün, sabah (film, 1992)
- Ərənlər (film, 2005)
- Gəmiqaya (film, 1981)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- "Hacı Mail" nağılı... (film, 2005)
- Hamı bir nəfər üçün (film, 1984)
- Həsir (film, 1985)
- Hökm (film, 1994)
- Kənd əhvalatı (film, 1986)
- Kommersiya (film, 1992)
- Qaladan tapılan mücrü (film, 1982)
- Qanlı Bakı (film, 1994)
- Qərib cinlər diyarında (film, 1977)
- Qonaq-qaralı ev (film, 1992)
- Qorxma, mən səninləyəm
- Məğlubedilməzlər (film, 1983)
- Məhəbbətin familiyası (film, 1977)
- Mən mahnı qoşuram (film, 1979)
- Mənim ağ şəhərim (film, 1993)
- Müqəddəs oda yanaram (film, 1991)
- Nəsirəddin Tusi (film, 1984)
- O dünyadan salam (film, 1991)
- Odlu ürək (film, 1981)
- Oğlan (film, 1984)
- Özünü onun yerinə qoy (film, 1983)
- Səadət təranələri (film, 1980)
- Sonuncu dərviş (film, 2009)
- Şuşa yolu... (film, 2002)
- Təkəlduz (film, 1985)
- Tənha ruh (film, 1998)
- Toy marşı - Bakı toyları (2013)
- Uşaq səadəti bayramı (film, 1980)
- Üçüncü növbə (film, 1984)
- Yaddaşın rəmzi (2011)
- Yaşar Nuri olduğu kimi... (film, 2001)
- Zirzəmi (film, 1990)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələkbər Muradov haqqında məlumat. Ələkbər Muradov nədir? Ələkbər Muradov nə deməkdir?
