Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Dmitriyeviç Çuçelov (26 aprel 1933, Tallin, Estoniya — 1 yanvar 2017) — Estoniyanı və SSRİ-ni beynəlxalq yarışlarda təmsil etmiş yelkənli qayıqçı. Oli

Aleksandr Çuçelov

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Çuçelov

Aleksandr Dmitriyeviç Çuçelov (26 aprel 1933, Tallin, Estoniya — 1 yanvar 2017) — Estoniyanı və SSRİ-ni beynəlxalq yarışlarda təmsil etmiş yelkənli qayıqçı. Olimpiya Oyunlarında gümüş medal qazanmışdır. Estoniya SSR-in əməkdar məşqçisi olmuşdur.

Aleksandr Çuçelov
Şəxsi məlumatlar
Tam adı Aleksandr Çuçelov
Vətəndaşlığı Estoniya Estoniya
Doğum tarixi 26 aprel 1933
Doğum yeri Tallin, Estoniya
Vəfat tarixi 1 yanvar 2017 (83 yaşında)
Vəfat yeri
  • Tallin, Haryumaa, Estoniya
Təhsili
  • Tallin Texniki Universiteti
Boyu 184 sm
Çəkisi 85 kq
İdman növü Yelkənli qayıq
Medallar
Olimpiya Oyunları
Gümüş 1960 RomaFinn sinfi
2 yanvar 2017 tarixində yenilənib.

Mündəricat

Karyerası

Çuçelov 1960 Yay Olimpiya Oyunlarında iştirak etmiş və Finn sinfi üzrə gümüş medal qazanmışdır. Tokioda təşkil edilən 1964 Yay Olimpiya Oyunlarında Çuçelov həmin sinif üzrə 12-ci yeri tutmuşdur.

Finn sinfindən sonra Solinq sinfinə keçdi. Bu üzrə o, SSRİ-də üç dəfə çempion oldu. 1976-cı ildən məşqçi kimi fəaliyyət göstərməyə başladı. İdman gəmi inşaatının Tallin eksperimental tərsanəsində baş konstruktor işləyirdi.

1979-cu ildə Estoniya SSR-in əməkdar məşqçisi adına layiq görülmüşdür. Bir neçə dəfə yelkənli qayıq idmanı federasiyasının rəyasət heyətinin tərkibinə daxil olmuş və məşqçilər şurasının sədri seçilmişdir. İdman cəmiyyətinin fəxri üzvü olmuş və "Kalev" nişanına layiq görülmüşdür (1963).

Çuçelov 1 yanvar 2017-ci ildə Tallində vəfat etmişdir.

Həmçinin bax

  • Qriqori Çuçelov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Çuçelov haqqında məlumat. Aleksandr Çuçelov nədir? Aleksandr Çuçelov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağgədik (Xocalı)

  • Fevral 27, 2026

    Karbon turşuları

  • Fevral 27, 2026

    İlandağ

  • Fevral 27, 2026

    Allium affine

  • Fevral 27, 2026

    Yevstax borusu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst