Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konstitusiya Məhkəməsinin hakimi (1998–2010), Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini (1992), Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə

Ələddin Sultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Ələddin Sultanov

Ələddin Camal oğlu Sultanov (31 iyul 1928, Gəncə – 31 mart 2020, Bakıxanov) — general-mayor.

Ələddin Sultanov
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi
1998 – 2010
Şəxsi məlumatlar
Doğum tarixi 31 iyul 1928(1928-07-31)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 31 mart 2020(2020-03-31) (91 yaşında)
Vəfat yeri
  • Bakıxanov, Sabunçu rayonu, Bakı, Azərbaycan
Fəaliyyəti hüquqşünas
Rütbəsi
III dərəcəli dövlət ədliyyə müşaviri

Təltifləri "Şöhrət" ordeni — 20082008 "Tərəqqi" medalı — 20032003 "Xalqlar dostluğu" ordeni — 19821982

Konstitusiya Məhkəməsinin hakimi (1998–2010), Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini (1992), Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi (1990), Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru (1987), Azərbaycan SSR prokurorunun 1-ci müavini (1981), Naxçıvan MSSR prokuroru (1980), Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi (1979), Bakı şəhər Lenin (Sabunçu) rayonun prokuroru (1977), Lənkəran rayonun prokuroru (1970), Mingəçevir şəhər prokuroru (1967), Bakı şəhər 26 Bakı Komissarları adına (Səbail) rayonun prokurorunun müavini (1966), Bakı şəhəri Oktyabr (Yasamal) rayon Prokurorluğunda prokuror müavini (1963), Bakı şəhər prokurorluğun baş müstəntiqi (1959), Bakı şəhər Voroşilov (Nizami) rayonu prokurorluğun müstəntiqi (1956), Bərdə rayon prokurorluğun müstəntiqi (1952)

Mündəricat

Həyatı

31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1947-ci ildə Gəncə şəhərinin M. Ə. Sabir adına orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1952-ci ildə fərqlənmə ilə bitirib. General-mayor rütbəsini əldə edib.

Ailəli olmuşdur, 4 övladı var.

Ələddin Sultanov Azərbaycan SSR sənaye tikintisi naziriQurban Sultanovun qardaşıdır.

Fəaliyyəti

Əmək fəaliyyəti

1952-ci il Bərdə rayon prokurorluğunun müstəntiqi, 1956-cı il Bakı şəhəri Voroşilov (Nizami) rayonu prokurorluğun müstəntiqi, 1959-cu il Bakı şəhər prokurorluğunun baş müstəntiqi, 1963-cü il Bakı şəhəri Oktyabr (Yasamal) rayon prokurorluğunda prokuror müavini, 1966-cı il Bakı şəhəri 26 Bakı Komissarları (Səbail) rayonun prokurorunun müavini, 1967-ci il Mingəçevir şəhər prokuroru, 1970-ci il Lənkəran rayonun prokuroru, 1977-ci il Bakı şəhər Lenin (Sabunçu) rayonun prokuroru, 1979-cu il Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci il Naxçıvan MSSR prokuroru, 1981-ci il Azərbaycan SSR prokurorunun 1-ci müavini, 1987-ci il Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı il Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi, 1992-ci il Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri olaraq çalışmışdır.

Ələddin Sultanov 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi təyin olunmuşdur.

Mükafatları

  • 26 may 1972-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
  • 7 sentyabr 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi.
  • 26 may 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu" ordeni.
  • 12 iyul 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı
  • 31 iyul 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni.

Filmoqrafiya

  • Xatirələr sahili filmində rol alan Ələddin Sultanov prokuror rolunda çəkilib. Həmin illərdə Ələddin Camal oğlu Sultanov Lənkəran rayonunun prokuroru vəzifəsində çalışıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ələddin sultanov sözünün mənası, ələddin sultanov haqqında məlumat. ələddin sultanov nədir? ələddin sultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lex Valensa

  • Mart 01, 2026

    Zərdab

  • Fevral 27, 2026

    San Paulo

  • Mart 06, 2026

    Dmitri Merejkovski

  • Fevral 27, 2026

    Dmanisi bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst