Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1

Qurban Sultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Qurban Sultanov

Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972).

Qurban Sultanov
Azərbaycan SSR sənaye tikintisi naziri
13 noyabr 1969 – 12 may 1972
ƏvvəlkiMəmmədəli Abbasov
SonrakıVasili Pyatibrat
Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi
4 iyun 1966 – 12 dekabr 1969
Əvvəlkiidarə yaradılıb
SonrakıNəriman İsayev
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1919(1919-03-22)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Gəncə quberniyası
Vəfat tarixi 30 sentyabr 1999(1999-09-30) (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1944–1991)
Təhsili
  • Gürcüstan Texniki Universiteti (–1941)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 19661966 "Qırmızı ulduz" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
"Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı — 19641964

Mündəricat

Həyatı

Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir.

Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır.

1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.

Qurban Sultanov Böyük Vətən müharibəsi illərində "Qırmızı ulduz", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla, 1966-cı ildə isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1964-cü ildə ona "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (7–8-ci çağırış) seçilmişdir.

Qurban Sultanov 30 sentyabr 1999-cu ildə vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ailəsi

Qurban Sultanov III dərəcəli dövlət ədliyyə müşaviri Ələddin Sultanovun qardaşı, 1-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri Hidayət Sultanovun atası, ictimai-siyasi xadim Yaşar Əliyevin qayınatası, Ombudsman Səbinə Əliyevanın babasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qurban sultanov sözünün mənası, qurban sultanov haqqında məlumat. qurban sultanov nədir? qurban sultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Albervil

  • Mart 01, 2026

    Evfemizm

  • Mart 06, 2026

    Cavad Mircavadov

  • Mart 01, 2026

    Rəvan Köşkü

  • Fevral 27, 2026

    Rusinlər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst