Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacızadə Əlibala Qüdrət oğlu (28 avqust 1935, Sarıabad, Biləsuvar rayonu – 8 oktyabr 2009, Bakı) — yazıçı, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əlibala Hacızadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əlibala Hacızadə

Hacızadə Əlibala Qüdrət oğlu (28 avqust 1935, Sarıabad, Biləsuvar rayonu – 8 oktyabr 2009, Bakı) — yazıçı, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əlibala Hacızadə
Əlibala Qüdrət oglu Hacızadə
Doğum tarixi 28 avqust 1935
Doğum yeri Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 oktyabr 2009 (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı

Mündəricat

Həyatı

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953–1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966–1970).

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.

"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993–1994).

2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub. 2003-2008-ci illərdə VHP Ali Məclisinin üzvü olub.


Yaradıcılığı

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..

1980-ci illərin ikinci yarısında Ə. Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.


Mükafatları

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Kitabları

  1. Heykəl gülür (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 54 səh.
  2. Unutmaq olmur (povest). Bakı: Uşaqgəncnəşr, 1963, 115 səh.
  3. Məhəbbət olmayan evdə (povestlər). Bakı: Azərnəşr, 1965, 100 səh.
  4. Fərruxi Yəzdinin poeziyası. Bakı: Elm, 1965, 198 səh.
  5. Cehiz (hekayələr). Bakı: Gənclik, 1969, 154 səh.
  6. Pəhləvan (hekayələr). Bakı: Gənclik, 1974, 31 səh.
  7. Təyyarə kölgəsi (roman). Bakı: Gənclik, 1974, 287 səh. (təkrar nəşr: 1992)
  8. İtkin gəlin (roman). Bakı: Gənclik, 1979, 215 səh.
  9. Əfsanəsiz illər (roman). Bakı: Gənclik, 1981, 353 səh.
  10. Ayrılığın sonu yoxmuş. Bakı: Gənclik, 1983, 432 səh.
  11. Vəfalım mənim. Bakı: Gənclik, 1985, 344 səh. (təkrar nəşr: 1992)
  12. Dünyanı tanı. Bakı: Gənclik, 1990, 450 səh.
  13. İtkin gəlin (roman trilogiya). I kitab. Bakı: Azərnəşr, 1992.
  14. İtkin gəlin (roman trilogiya). II kitab. Bakı: Azərnəşr, 1992.
  15. İtkin gəlin (roman trilogiya). III kitab. Bakı: Azərnəşr, 1992.
  16. Sevəcəyəm (şerlər, hekayələr). Bakı: Diplomat, 2001, 170 səh.
  17. Əsərləri (10 cilddə). I c. Bakı: Nafta-Press, 2004, 501 səh.

Əsərləri

  1. Əlibala Hacızadə — Ölüm Yoxdur
  2. Əlibala Hacızadə — Möcüzə
  3. Əlibala Hacızadə — Yandırılmış Adam
  4. Əlibala Hacızadə — Təyyarə Kölgəsi
  5. Əlibala Hacızadə — Dünyanı Tanı
  6. Əlibala Hacızadə — Vəfalım Mənim
  7. Əlibala Hacızadə — Əfsanəsiz İllər
  8. Əlibala Hacızadə — İtkin Gəlin
  9. Əlibala Hacızadə — İnam

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əlibala hacızadə sözünün mənası, əlibala hacızadə haqqında məlumat. əlibala hacızadə nədir? əlibala hacızadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bayram Paşa

  • Fevral 23, 2026

    Temperatur

  • Fevral 27, 2026

    Razyana

  • Fevral 27, 2026

    Artsak (mahnı)

  • Fevral 27, 2026

    Sampdoriya FK

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst