Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər.
| "Artsak erm. Արցախ" | ||||
|---|---|---|---|---|
| tərəfindən Ani albomunda ifa olunmuş mahnı | ||||
| Yayımlanıb | 1999 | |||
| Müddət | 5:35 | |||
| Bəstəkar | Ara Gevorkyan | |||
| Studiya | Eye Records | |||
| Audio nümunəsi | ||||
| ||||
İdmanda istifadəsi
| İl | İdmançı | Ölkə | İdman | Tədbir(lər) | İst |
|---|---|---|---|---|---|
| 2001–02 | AleksandrAbt | 2002 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü | |||
| 2005–06 | Elene Gedevanişvili | 2006 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü | |||
| 2007 | Dinarə Gimatova | 2007 Ribbon AA Deriugina Kuboku | |||
| 2007-08 | Vazgen Azroyan Anastasiya Qrebenkina | orijinal rəqs | |||
| 2008 | Aliyə Yussupova | ||||
| 2009 | Holon Israel | ||||
| 2009 | Vic Darçinyan | Giriş musiqisi | |||
| 2010 | Dou Baobao | 2010 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı | |||
| 2010 | Marta Koczkovska | 2009 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı | |||
| 2010 | Corco Petrosyan | Giriş musiqisi | |||
| 2013 | Viktoriya Murs | 2013 AT&T Amerika Kuboku | |||
| 2013 | Geqard Musasi | Giriş musiqisi | |||
| 2014 | Süzanna Kentikyan | Giriş musiqisi | |||
| 2016 | Seda Tutxalyan | 2016 Yay Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü |
Digər
Ermənistan Pan-Armenian Oyunları
Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər.
ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib.
Qalmaqal
2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir. Belə ki, şouda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovskinin çıxışı zamanı Ermənistan bəstəkarı Ara Gevorkyanın musiqisi səslənəcəyi elan edilsə də, Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısı səsləndirilmiş və yalnız bundan sonra Gevorkyanın "Artsak" mahnısından kiçik hissə əlavə edilmişdir.
2017-ci ildə Azərbaycanda dərs ilinin başlanması ilə əlaqədar Masazırda yerləşən 3 saylı orta məktəbdə təşkil olunmuş mərasimdə şagirdlər Ara Gevorkyanın “Artsax” əsəri ilə xüsusi rəqs kompozisiyası təqdim ediblər. Məktəb rəhbərliyinə etiraz edilməsi zamanı, mahnının Fikrət Əmirovun “Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub, lakin Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi və bəstəkarın oğlu Cəmil Əmirov, Fikrət Əmirovun belə bir əsərinin olmadığını və iddianın yalan olduğunu bildiriblər.
Qeydlər
- Musiqinin istifadə edildiyi bəzi tədbirlərə nümunə:
- Video of Raffi Hovannisian's rally — YouTube platformasında during the 2013 Armenian presidential election protests.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artsak (mahnı) haqqında məlumat. Artsak (mahnı) nədir? Artsak (mahnı) nə deməkdir?