Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Səməd oğlu Məhəmmədov (Məmmədov) (1900, Lənkəran, Lənkəran qəzası – 7 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xal

Əli Məhəmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Məhəmmədov
Bu məqalə Azərbaycan SSR-də fəaliyyət göstərmiş Əli Məmmədov haqqındadır. Digər siyasətçilər üçün Əli Məmmədov (siyasətçi) səhifəsinə baxın.

Əli Səməd oğlu Məhəmmədov (Məmmədov) (1900, Lənkəran, Lənkəran qəzası – 7 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi (1927–1929), xalq daxili işlər komissarı (1926–1927), Gəncə Qəza İcraiyyə Komitəsinin sədri (1922–1926), Lənkəran Qəza İnqilab Komitəsinin sədri (1920). Siyasi repressiyaya uğramışdır.

Əli Məmmədov
Azərbaycan SSR xalq maliyyə komissarı
30 yanvar 1931 – 29 yanvar 1932
ƏvvəlkiTeymur Əliyev
SonrakıNadir İbrahimov
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi
1927 – 1929
SədrSəməd ağa Ağamalıoğlu
ƏvvəlkiTağı Şahbazi
SonrakıƏləsgər Şahbazov
Azərbaycan SSR xalq daxili işlər komissarı
1926 – 1927
ƏvvəlkiMir Cəfər Bağırov
SonrakıNovruz Rizayev
Gəncə Qəza İcraiyyə Komitəsinin sədri
1922 – 1926
ƏvvəlkiQasım İsmayılov
Lənkəran Qəza İnqilab Komitəsinin sədri
1920 – 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1900(1900)
Doğum yeri
  • Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 yanvar 1938(1938-01-07) (37–38 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1919–1937)
Təhsili
  • Yakov Sverdlov adına Kommunist Universiteti[d]

Mündəricat

Həyatı

Əli Səməd oğlu Məhəmmədov 1900-cü ildə Bakı quberniyasının Lənkəran şəhərində sənətkar ailəsində anadan olmuşdur. Buradakı dördsinifli məktəbi bitirmişdir.

1917-ci ildə Lənkəran qəzasında inqilabi fəaliyyət göstərmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. Muğan Sovet Respublikası qurulduqdan sonra Qırmızı qvardiya dəstələri tərkibində əks-inqilabçılara qarşı vuruşmuşdur. 1920-ci ilin yanvar ayında fəaliyyətini bərpa etmiş Lənkəran gizli qəza partiya komitəsinin tərkibinə seçilmiş, Azərbaycan Kommunist Partiyasının birinci qurultayının nümayəndəsi olmuş və həmin qurultayda çıxış etmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri seçilmiş, həmin ilin oktyabr ayında Azərbaycan K(b)P tərəfindən Moskvadakı Yakov Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmişdir.

Əli Məhəmmədov təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1921-ci ilin sentyabr ayında də Azərbaycan K(b)P MK təlimatçısı təyin edilmiş, sonra isə Azərbaycan K(b)P Lənkəran Qəza Komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1922–1926-cı illərdə Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, 1926–1929-cu illərdə Azərbaycan SSR xalq daxili işlər komissarı və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Şirvan (Göyçay) Mahal İcraiyyə Komitəsinin sədri, Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, 1931–1932-ci illərdə Azərbaycan SSR xalq maliyyə komissarı, Qutqaşen Rayon İcraiyyə Komitəsinin sədri və Taxıl Tədarükü İdarəsi Azərbaycan kantorunun müvəkkili vəzifələrində işləmişdir.

Əli Məhəmmədov dəfələrlə Azərbaycan K(b)P MK-yə, RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsi Təftiş Komissiyasına, Azərbaycan SSR, ZSFSR və SSRİ mərkəzi icraiyyə komitələrinə üzv seçilmişdir.

Həbsi və ölümü

Əli Məhəmmədov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 1936-cı ilin axırlarında "Lənkəran rayonunda millətçi-müsavatçı kadrların hazırlanması və Azərbaycan KP MK katibini öldürmək məqsədilə terror qruplaşmasının yaradılması istiqamətində işlər aparma" ittihamları ilə həbs edilmiş və 19 yanvar 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 7 yanvar 1938-ci ildə barəsində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnmə qərarı alınmışdır. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 29 sentyabr 1956-cı il tarixli qərarı ilə ona bəraət verilmiş, 26 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Məhəmmədov haqqında məlumat. Əli Məhəmmədov nədir? Əli Məhəmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vasili Radlov

  • Fevral 27, 2026

    Ox

  • Fevral 27, 2026

    Sufiçay

  • Fevral 24, 2026

    V Karl

  • Fevral 27, 2026

    Meri Şelli

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst