Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əl-Füceyrə (ərəb. الفجيرة‎ sübh və ya Füceyrə) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əl-Füceyrə əmirliyinin inzibati mərkəzidir. Əhalisi 54 min nəfərdir (2003)

Əl-Füceyrə (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Əl-Füceyrə (şəhər)

Əl-Füceyrə (ərəb. الفجيرة‎ sübh və ya Füceyrə) — Birləşmiş Ərəb Əmirliklərində şəhər, Əl-Füceyrə əmirliyinin inzibati mərkəzidir. Əhalisi 54 min nəfərdir (2003). BƏƏ-nin 7-ci ən sıx şəhəridir. Füceyrə şəhəri Hind okeanının qərbində, Oman körfəzi sahillərində, Həcər dağlarının ətəyində yerləşən sənaye və ticarət mərkəzidir.

Əl-Füceyrə
الفجيرة
25°07′20″ şm. e. 56°20′04″ ş. u.HGYO
Ölkə
  •  BƏƏ
Tarixi və coğrafiyası
İqlimi quraq iqlim
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 93.673 nəf.
Rəsmi dili
  • ərəb dili
Digər
fujairahtourism.ae
Əl-Füceyrə xəritədə
Əl-Füceyrə
Əl-Füceyrə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi görməli yerlər arasında 1670-ci ildə tikilmiş hazırda dağılmış vəziyytədə olan Füceyrə qalası seçilir. 2016-cı ildə şəhərin əhalisi 97,226 nəfər idi ki, bu da bütün əmirlik üzrə 225,360 nəfərlə müqayisədə əhəmiyyətli bir rəqəm sayılır (43%).

Şəhərdə dəniz limanı və beynəlxalq hava limanı var. Şəhərdə adambaşı gəlir 23,500 ABŞ dolları təşkil edir (2023).

Mündəricat

Demoqrafiyası

Əl-Füceyrə şəhərinin əhalisi 2016-cı ildə 97.226 nəfər idi. Bu rəqəm bütün əmirliyin 225.360 əhalisi ilə müqayisədə əhəmiyyətli göstərici sayılırdı (43%). Şəhərin əhalisi 2023-cü ildə 118 933 min nəfərə qədər artıb.

İqtisadiyyatı

Dibada yerləşən sement zavodu
Əl-Füceyrə şəhəri ətrafında kənd yeri

Əl-Füceyrə şəhəri əmirliyin əsas biznes və ticarət mərkəzidir. Hündür ofis binaları şəhərə gedən əsas marşrut olan Həməd Bin Abdulla yolu burdan keçir. Magistral yol şəhərin içindən keçir və Əl-Füceyrə şəhərini Şarja əmirliyi vasitəsilə Dubay şəhərinə birləşdirir. Şəhərin yerləşdiyi yer Hörmüz boğazından və Fars körfəzindən istifadə etmədən Birləşmiş Ərəb Əmirlikləri üçün Hind okeanına birbaşa çıxışı təmin edir. Sahilin şimal hissəsində neft saxlamaq üçün çoxlu silindrik çənlər var.

Əl-Füceyrə Azad İqtisadi Zonası şəhərin şimalında yerləşən və müxtəlif iqtisadi qaydalara tabe olan xüsusi iqtisadi zonadır. Kreativ Siti qərbdə Şeyx Xəlifə şossesi üzərində mediadan azad zonadır. O, 2007-ci ildə media, musiqi, əyləncə, tədbirlər, rabitə və marketinq sektorlarında media şirkətlərinə və sahibkarlıq layihələrinə sərbəst və azad mühit təklif edən media mərkəzi kimi yaradılıb.

Əl-Füceyrə limanı şəhərin şərq sahilində, Hörmüz boğazından bir qədər kənarda yerləşir və 1978-ci ildə tikilib. Liman 1983-cü ildə fəaliyyətə başlayıb. Hazırda limanın 6,7 km-dən çox uzanan lövbəri var.

O, əsas qlobal gəmiçilik marşrutu üzərində yerləşir. Əl-Füceyrə limanı Sinqapur və Rotterdamla yanaşı dünyanın ən böyük dəniz habı mərkəzlərindən biridir. Liman neft qovşağıdır və 2022-ci ilə qədər onun neft saxlama qabiliyyəti 75% genişləndirmək planlaşdırılır.

Əl-Füceyrə Neft Sənaye Zonası (FOİZ) Əl-Füceyrə limanının şimalında yerləşir və emal olunmuş neft məhsulları üçün 10 milyon kubmetr həcmində saxlama qabiliyyətinə malikdir. Sənaye Zonası Əl-Füceyrə əmirliyində karbohidrogen sənayesini inkişaf etdirmək, tənzimləmək, həmçinin sektorda böyümə və investisiyaları dəstəkləmək üçün yaradılıb. FOİZ-də on səkkiz şirkət fəaliyyət göstərir. "Aramco Trading Company" xaricdəki ikinci ofisini 2019-cu ildə Əl-Füceyrə Neft Sənaye Zonasında açıb. Qeyd edək ki, "Aramco Trading Compani"nin birinci ofisi Sinqapurda fəaliyyətə başlayıb.

Ticarət

Əl-Füceyrə şəhərində 2012-ci ildə açılmış böyük "City Center Fujairah" ticarət mərkəzi də daxil olmaqla bir sıra ticarət mərkəzləri fəaliyyət göstərir. Digər ticarət mərkəzlərinə "Fujairah Mall" (2016-cı ildə açılıb), "LuLu Mall" (2014-cü ildə açılıb) və "Century Mall" daxildir. Həmçinin şəhərdə iri bazarlar da fəaliyyət göstərir. Bazarlara Mərkəzi Market, "Fabric Souk", Balıq və Tərəvəz bazarı daxildir.

Turizm

Əl-Füceyrə çimərliyindən okeana açılan mənzərə

Bərpa edilmiş Əl-Füceyrə Qalası və yaxınlıqdakı Əl-Füceyrə Muzeyi Əl-Füceyrə şəhərində yerləşir. "Madhab Spring Parkı" yaxınlığındakı "Əl-Füceyrə Heritage Village" əmirliyin tarixini qoruyub saxlayan məkanlardı. Əsas məscid böyük ağ rəngli Şeyx Zeyd məscididir. Ölçüsünə görə o, BƏƏ-də ikinci ən böyük məsciddir. Məscid şəhərin mərkəzindən və bir çox yerdən görünür. Dini məbəd eyni vaxtda 28.000-ə yaxın ibadətçi tutumuna malikdir.

Əl-Füceyrə Muzeyi 1991-ci ildə qapılarını açıb və əmirliyin müxtəlif yerlərində aşkar edilmiş arxeoloji eksponatlara ev sahibliyi edir. Eksponatların bəziləri eramızdan əvvəl altıncı minilliyə aiddir. Digərləri isə şəhərin daha müasir tarixinin İslam dövrünə aid nümunələrdir. Onların arasına dulusçuluq, zərgərlik əşyaları və nizə ucluqları daxildir. Muzeyin ən məşhur eksponatı eramızdan əvvəl 2500-cü ilə aid olan dəvəquşu yumurtasıdır.

Dəniz sahilində "Al Corniche", "Fujairah Corniche" və "Fujairah International Marine Club" kimi istirahət mərkəzləri yerləşir. Cümə günü günortadan sonra da öküz döyüşləri keçirilir. Şimalda Əl Fazil küçəsində Füceyrə çimərliyi yerləşir.

Əl-Füceyrə şəhərində keçirilən öküz döyüşü əhəmiyyətli ictimai hadisədir. Bu döyüşlər İspan öküz döyüşü forması kimi matadorlardan ibarət deyil və burada heyvanlar öldürülmür. Döyüş zədələrlə nəticələnə bilən iki öküzün buynuzlaşmasından ibarətdir. Öküz döyüşünə baxmaq üçün ailələrə içəri daxil olmaq qadağandır. Həmçinin mərc oynanmasına da icazə verilmir.

Ən böyük otellər Hamad İbn Abdulla və "Əl Corniche" küçələrində və ya onların yaxınlığındadır.

Nəqliyyat

Əl-Füceyrə şəhərinin daxilindən keçən Həməd İbn Abdulla magistralının bir hissəsi

Şeyx Xəlifə Bin Zeyd Ekspress avtomagistralı (Şeyx Xəlifə şossesi) iki tərəfli hərəkət hissəsinə malikdir. Yol Əl-Füceyrə şəhərini Dubay və BƏƏ-nin digər hissələri ilə birləşdirir. Avtomagistral şəhərdən bir qədər aralıda dağların arasından keçir. Yol sonra şəhərdən çıxaraq sahil boyu davam edən Həməd İbn Abdulla magistralına birləşir.

Əl-Füceyrə əmirliyinin əsas hava limanı olan Əl-Füceyrə Beynəlxalq Hava Limanı Əl-Füceyrə şəhərinin cənubunda yerləşir. Hazırda o, əsasən yük daşımaları ilə məşğuldur. Pakistan Beynəlxalq Hava Yolları 25 noyabr 2021-ci ildə Əl-Füceyrə hava limanına uçan ilk sərnişin reyslərindən biri olub. Pakistan aviaşirkəti hazırda Pakistanın Pişəvər və İslamabad şəhərlərindən həftədə iki dəfə uçuş həyata keçirir.

Təhsil

Əl-Füceyrə Universiteti Əl-Füceyrə şəhərində yerləşir. Əl-Füceyrə şəhəri bir neçə başqa universitetə də ev sahibliyi edir.

Şəhərdəki bəzi məktəblər Diyar Özəl Akademiyası, Bizim İngilis Liseyimiz, Əl-Füceyrə Hindistan Məktəbi və Müqəddəs Məryəm Katolik Liseyi də yüksək təhsil verən təhsil ocaqlarıdır.

Qalereya

  • Şəhərin küçələrində
    Şəhərin küçələrində
  • Əl-Füceyrə şəhərinin gecə görünüşü
    Əl-Füceyrə şəhərinin gecə görünüşü
  • Füceyrə qalası
    Füceyrə qalası
  • Füceyrə qalasına giriş
    Füceyrə qalasına giriş
  • Əl Bidiyə məscidi (XV əsr)
    Əl Bidiyə məscidi (XV əsr)
  • Gözətçi qülləsi
    Gözətçi qülləsi
  • Şəhərin köhnə hissəsindəki qala
    Şəhərin köhnə hissəsindəki qala
  • Gözətçi qülləsi (qüllələr sahil boyu səpələnib)
    Gözətçi qülləsi (qüllələr sahil boyu səpələnib)
  • Əl-Füceyrədə xurma bağları
    Əl-Füceyrədə xurma bağları

Ədəbiyyat

  • Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник). — 2000 экз. — ISBN 978-5-478-00729-4.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Füceyrə (şəhər) haqqında məlumat. Əl-Füceyrə (şəhər) nədir? Əl-Füceyrə (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əkin

  • Fevral 24, 2026

    Türklər

  • Fevral 27, 2026

    Abbasabad (Qiydar)

  • Fevral 27, 2026

    Aqil Abbas

  • Fevral 27, 2026

    Sədr (titul)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst