Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əkrəm İmamoğlu (türk. Ekrem İmamoğlu; d. 3 iyun 1971, Cevizli[d], Trabzon ili) — Türkiyə siyasətçisi, İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri (2019-cu ildən).

Əkrəm İmamoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Əkrəm İmamoğlu

Əkrəm İmamoğlu (türk. Ekrem İmamoğlu; d. 3 iyun 1971, Cevizli[d], Trabzon ili) — Türkiyə siyasətçisi, İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri (2019-cu ildən). O, növbəti prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının prezident namizədi elan edilmişdir.

Əkrəm İmamoğlu
türk. Ekrem İmamoğlu
İmamoğlu 2025-ci ildə
İmamoğlu 2025-ci ildə
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri
Vəzifədədir
27 iyun 2019-cu ildən
    ƏvvəlkiƏli Yerliqaya (müvəqqəti)
    İmamoğlu hazırda vəzifədən kənarlaşdırılıb və hal-hazırda vəzifəni sədrin birinci müavini Nuri Aslan müvəqqəti icra edir.
    17 aprel 2019 – 6 may 2019
    ƏvvəlkiMövlud Uysal
    SonrakıƏli Yerliqaya (müvəqqəti)
    Türkiyə Bələdiyyələr Birliyinin sədri
    5 iyun 2024 – 23 mart 2025
    ƏvvəlkiYücel Yılmaz
    SonrakıZeydan Karalar (müvəqqəti)
    Bəylikdüzü Bələdiyyəsinin sədri
    30 mart 2014 – 9 aprel 2019
    ƏvvəlkiYusif Uzun
    SonrakıMehmet Murad Çalıq
    Şəxsi məlumatlar
    Doğum tarixi 3 iyun 1971(1971-06-03) (54 yaş)
    Doğum yeri
    • Cevizli[d], Ağcaabad[d], Trabzon ili, Türkiyə
    Partiya
    • Cümhuriyyət Xalq Partiyası (2008),
    • Anavətən Partiyası (1992)
    Təhsili
    • Kiriniya Amerikan Universiteti
    Fəaliyyəti siyasətçi, iş adamı, tikici, dövlət xadimi
    Həyat yoldaşı
    • Dilək İmamoğlu (1995)
    Uşağı 3
    Dini İslam

    İmzanın şəkli
    ekremimamoglu.com
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    İmamoğlu 2014–2019-cu illərdə Bəylikdüzü bələdiyyə sədri vəzifəsini icra etmişdir. O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilmişdir. Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırılmış və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilmişdir.

    5 iyun 2024-cü ildə Türkiyə Bələdiyyələr Birliyinin sədri seçilmiş, 23 mart 2025-ci ildə bu vəzifəsindən azad edilmiş və yerinə müvəqqəti olaraq Zeydan Karalar gətirilmişdir. O, 19 mart 2025-ci ildə "terror fəaliyyətləri yürütmə və qruplaşmalarda iştirak etmə" ittihamları ilə saxlanılmışdır. Bu hadisənin ardından, eyni gündə ölkə daxilində İmamoğlunun saxlanılmasına qarşı etirazlar başlamışdır. 23 mart 2025-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş və o, eyni gündə bələdiyyə sədri vəzifəsindən müvəqqəti uzaqlaşdırılmışdır. O, həbs qərarının ardından Silivri həbsxanasına göndərilmişdir.

    Mündəricat

    Həyatı

    İmamoğlu 1970-ci ilin 4 iyununda Türkiyənin Trabzon şəhərinin qərbindəki Ağcaabadda anadan olub. Trabzon liseyini bitirmişdir və burada həvəskar futbolla məşğul olmuş və Trabzonsporda menecerlik etmişdir. O, həmçinin Trabzonspor FK BK basketbol komandasının vitse-prezidenti olmuşdur. İstanbul Universitetinə daxil olmuş və biznesin idarə edilməsi üzrə bakalavr, insan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almışdır. Məzun olduqdan sonra inşaat sahəsində ailə biznesinə qoşulmuşdur. 1995-ci ildə Dilək Qaya ilə evlənmişdir və üç övladı var.

    Siyasi fəaliyyəti

    İmamoğlu 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) qoşulmuşdur və 2009-cu ildə partiyanın gənclər bölməsinin sədri seçilmişdir. 16 sentyabr 2009-cu ildə CHP tərəfindən İstanbul Bəylikdüzü bölgəsi üzrə partiyanın qəsəbə təşkilatının sədrliyinə seçilmişdir. Daha sonra 15 iyul 2013-cü ildə Bəylikdüzü bələdiyyə sədrliyinə namizədliyini vermək üçün vəzifədən ayrılmazdan əvvəl 8 mart 2012-ci ildə yenidən bu vəzifəyə seçilmişdir. Seçki 2014 Türkiyə bələdiyyə seçkilərinin tərkibində 30 mart 2014-cü ildə keçirildi və İmamoğlu vəzifədəki Ədalət və İnkişaf Partiyasının namizədi Yusuf Uzunu məğlub edərək və səslərin 50,44%-ni toplayaraq qalib gəlmişdir.

    İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Kadir Topbaşın 23 sentyabr 2017-ci ildə istefasından sonra İmamoğlu CHP tərəfindən namizəd kimi irəli sürüldü. Lakin İstanbul Bələdiyyə Məclisində Topbaşın qalan səlahiyyət müddətinin icrası ilə əlaqədar 28 sentyabr 2017-ci ildə keçirilən seçkidə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Mövlud Uysala üç raunddan sonra uduzdu: Uysal 179, İmamoğlu isə 125 səs toplamışdı. CHP 18 dekabr 2018-ci ildə 2019 İstanbul bələdiyyə seçkiləri üçün yenidən İmamoğlunun namizədliyini irəli sürdü. CHP ilə ittifaq quran İYİ Partiya və Xalqların Demokratik Partiyası (HDP) namizəd irəli sürməkdən imtina etmiş və bu da İmamoğlu üçün dəstəyi artırmışdır.

    Seçkilər 31 mart 2019-cu ildə keçirildi. Ali Seçki Şurasının qərarına görə 25,000 səs fərqi ilə İmamoğlu Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım üzərində qələbə qazandı. Ədalət və İnkişaf Partiyası öz namizədinin adından nəticələri mübahisələndirdi və iddia etdi ki, etibarsız səslər seçkiyə təsir etmiş ola bilər və ardınca da şəhərdə böyük plakatlar asaraq Yıldırımı qalib elan etdi. İmamoğlu öz növbəsində partiyanı günahlandırdı və onu "pis məğlublar" adlandırdı. Səslərin yenidən hesablanması 17 aprel 2019-cu ildə başa çatdı və səs fərqi 16,000-ə endi və elə həmin gün sədrlik vəsiqəsi təqdim edilərək İmamoğlu vəzifəyə başladı. Yüksək Seçim Komisiyyası 6 may 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin yenilənməsinə qərar verdi və həmin gün Əkrəm İmamoğlunun əlindən sədrlik vəsiqəsi də alındı. 23 iyun 2019-cu ildə təkrarlanan seçkilərində yenidən qələbə qazanaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilmişdir. 2022-ci ilin dekabr ayında Türkiyə ali seçki qurumunun üzvlərini təhqir etdiyi əsas gətilərək haqqında 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir.

    18 mart 2025-ci ildə diplomu ləğv edilib. Daha sonra isə universitet onun diplomunu məlumat bazasından silib. 1 gün sonra isə o, "terror fəaliyyətləri yürütmə və qruplaşmalarda iştirak etmə" ittihamları ilə saxlanılıb. 23 mart 2025-ci ildə barəsində həbs qətimkan tədbiri seçilib və o, eyni gündə bələdiyyə sədri vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. 26 mart 2025-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsində sədr əvəzi seçilməsi ilə bağlı iclas keçirilmiş və sədrin birinci müavini Nuri Aslan müvəqqəti bu vəzifəyə gətirilmişdir.

    23 mart 2025-ci ildə CHP-nin Türkiyədəki növbəti prezident seçkilərində prezident namizədini müəyyənləşdirmək üçün keçirdiyi ilkin prezident seçkisində İmamoğlu tək namizəd oldu və CHP sədri Özgür Özəlin sözlərinə görə, o, 14 milyon 850 mindən çox səs alaraq partiyanın rəsmən prezident namizədi seçildi.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əkrəm İmamoğlu haqqında məlumat. Əkrəm İmamoğlu nədir? Əkrəm İmamoğlu nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Qolan təpələri

    • Fevral 27, 2026

      Əbülhəsən Ələkbərzadə

    • Fevral 27, 2026

      Çarlz Evison

    • Fevral 23, 2026

      9 may

    • Fevral 27, 2026

      Lythraceae

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst