Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (27 fevral (12 mart) 1906, Basqal, Şamaxı qəzası – 20 may 1986, Bakı) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycan SSR xal

Əbülhəsən Ələkbərzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əbülhəsən Ələkbərzadə

Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (27 fevral (12 mart) 1906, Basqal, Şamaxı qəzası – 20 may 1986, Bakı) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979).

Əbülhəsən
Doğum adı Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə
Doğum tarixi 12 mart 1904
Doğum yeri Basqal, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 may 1986 (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Basqal
Uşağı Çingiz Ələkbərzadə
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti yazıçı
Mükafatları "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 19791979
"Qırmızı əmək bayrağı" ordeni — 19661966 "Qırmızı əmək bayrağı" ordeni — 19711971 "Qırmızı əmək bayrağı" ordeni — 19761976 "Şərəf nişanı" ordeni "Döyüş xidmətlərinə görə" medalı — 19451945
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir. Əbülhəsənin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formalaşmasının bilavasitə şahidi və iştirakçısı olmuşdur. 1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Bakı darülmüəllimini bitirmişdir (1925). Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir.

Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı" ordeni (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir.

"Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur.

1986-cı ildə vəfat etmişdir.

Yaradıcılığı

Bir sıra nasirlərimiz kimi Ə. Əbülhəsən də yaradıcılığının ilk illərində şeirlə daha çox məşğul olmuşdur. 1925–27-ci illərdə "Maarif yolu" jurnalında onun "Dağlar","Şahbuzdağı", "Bahar yağışları", "Qasımkəndin yaxınlığında", "Etirafdan", "Cortel axşamı" və başqa şeirləri dərc olunmuşdur. bu əsərlər lirik xarakterdədir, əsasən təbiət lövhələrindən ibarətdir. Lakin Əbülhəsənin yaradıcılığı üçün ən səciyyəvi janr romanıdır. İlk müasir Azərbaycan romanı da onun qələminə məxsusdur. Azərbaycan ədəbiyyatında roman janrının tarixi Z. Marağayının "Səyahətnaməmeyi-İbrahimbəy" (1888), N. Nərimanovun "Bahadır və Sona"(1896), S. M. Qənizadənin "Gəlinlər həmayili"(1900) kimi əsərlərilə başlansa da, onun əsil inkişafı 1930-cu ildən sonralara aiddir.

Otuzuncu illəri Azərbaycan nəsrinin roman dövrü adlandırmaq mümkündür. Cünki məhz bu illərdə bir-birinin ardınca çox dəyərli romanlar yaranır və onların bəziləri indi də öz şöhrətini saxlayır. M. S. Ordubadinin "Dumanlı Təbriz", S. Rəhimovun "Şamo", Mir Cəlalın "Dirilən adam", Ə. Vəliyevin "Qəhrəman" əsərləri bu illərin ən uğurlu romanlarındandır. Müasir Azərbaycan romanınının ilk nümunəsi isə "Yoxuşlar" idi. "Yoxuşlar" kənddə kollektivləşmə hərəkatına həsr edilmişdir. 1930-cu ildə çap olunan "Yoxuşlar"ın birinci hissəsini müəllif 1933 və 1938-ci illərdə təkmilləşdirmişdir. Yazıçı roman üzərində yaradıcılıq işini davam etdirmiş və 1962-ci ildə əsərin ikinci hissəsini çap etdirmişdir.

1933-cü ildə yazılan "Dünya qopur" romanında Azərbaycan zəhmətkeşlərinin hakimiyyəti ələ alması və inqilabi dövlət yaratması prosesi verilmişdir. "Dünya qopur" həm müəllifin, həm də o zamankı bədii nəsrimizin görkəmli nailiyyəti idi. Bu əsərini də Ə. Əbülhəsən bir neçə dəfə təkmilləşdirmişdir. 1980-ci ildə isə "Üç ildən sonra" adı ilə həmin əsərin son versiyasını çap etdirmişdir.

Əsərləri

  • Əbülhəsən. Seçilmiş əsərləri: 3 cilddə. Bakı: Azərnəşr, 1984–1985.
  • 1-ci cild. "Dünya qopur" (roman). 1984, 388 səh.
  • 2-ci cild. Tamaşa qarının nəvələri (povest). 1984, 276 səh.
  • 3-cü cild. "Utancaq" (povest) "Sədaqət" (roman). 1985, 240 s.

Haqqında olan ədəbiyyat

  • İsmayılov Y. Əbülhəsənin yaradıcılığı. Bakı: Elm, 1986, 208 s.
  • Cəfərov M. Ə. Əbülhəsənin nəsrinin dili. Bakı: APU, 1992, 97 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbülhəsən Ələkbərzadə haqqında məlumat. Əbülhəsən Ələkbərzadə nədir? Əbülhəsən Ələkbərzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Vladimir Lenin

  • Fevral 27, 2026

    Kalsit

  • Fevral 27, 2026

    Meşəbəyi

  • Fevral 27, 2026

    Məhəmməd İqbal

  • Fevral 24, 2026

    Mikroiqtisadiyyat

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst