Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əjdər Mahmud oğlu Xaspoladov (1901, Göyçay – 1986, Moskva) — Rusiyanın Azərbaycan əsilli ilk ədliyyə general-mayoru.

Əjdər Xaspoladov

  • Ana Səhifə
  • Vikipediya
  • Əjdər Xaspoladov

Əjdər Mahmud oğlu Xaspoladov (1901, Göyçay – 1986, Moskva) — Rusiyanın Azərbaycan əsilli ilk ədliyyə general-mayoru.

Əjdər Xaspoladov
Əjdər Mahmud oğlu Xaspoladov
bəy
Şəxsi məlumatlar
Doğum tarixi 1901(1901)
Doğum yeri
  • Göyçay, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1986(1986) (84–85 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Kuntsevo qəbiristanlığı
Dini İslam

Həyatı

Əjdər Xaspoladov 1901-ci il fevral ayının 22-də Göyçay şəhərində anadan olub. Çox erkən yaşlarında atasını itirən balaca Əjdər ehtiyac üzündən bir rus keşişinin evində xidmətçilik edir. Burada rus dilini mükəmməl öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir qədər sonra o, Bakıya gedir, işə ...düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir.

1919-cu ilin payizinda Ə. Xaspoladov oxumaq üçün N. Nərimanovun təqdimatı ilə bir qrup qabaqcıl gənclə birgə Moskvaya göndərilir. Həmin ildən etibarən həyatını birdəfəlik Moskva ilə bağlayan Əjdəri və onun dostlarını ozamankı Sovet dövlətinin rəhbərlərindən biri olan M. İ. Kalinin qəbul edir və onları "Şərq zəhmətkeşləri universitetinə" qəbul etdirir. 1920-ci ildə Ə. Xaspoladov təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının nümayəndələrindən təşkil olunmuş polkunda xidmət edir. O, Moskvada Sovet dövlətinin rəhbəri Lenini dəfələrlə görmüş və onun çıxışlarını dinləmişdi. 1924-cü ildə Leninin ölümündən sonra onun tabutu önündə fəxri qarovulda dayananlardan biri də Ə. Xaspoladov idi. Həmin ildə o, Ukrayna Hərbi dairəsindən Perekop atıcı diviziyasının altıncı korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilir. 1926-cı ildə isə SSRİ Ali Məhkəməsi hərbi heyətinin sərəncamı ilə üçüncü Türküstan atıcı diviziyası hərbi tribunalının heyət üzvlüyünə dəyişdirilir. O, bir neçə şərq dilləini mükəmməl bilirdi. Ötən əsrin otuzuncu illərinin əvvəllərində Ə. Xaspoladov Orta Asiya Hərbi Dairəsi üzrə hərbi tribunalın Sədri təyin olunur. Həmin dövrdə SSRİ-də ilk dəfə olaraq ədliyyə general-mayoru rütbəsi təsis olunur və Ə. Xaspoladov bu rütbəyə layiq görülən ilk beş nəfərdən biri olur.

1956-cı ildə hərbi xidmətdən istefaya çıxan Ə. Xaspoladov Daşkənddən Moskvaya köçür və burada hərbi-vətənpərvərlik işində fəal surətdə çalışır. Lakin ömrünün ən qaynar vaxtlarını keçirdiyi nəmli səngərlər, yuxusuz narahat gecələr onun səhhətinə ciddi təsir göstərmişdi. General Əjdər Xaspoladov ağır xəstəlikdən sonra 1986-cı ildə vəfat edib və Moskvanın Kuntsevo məzarlığında dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əjdər Xaspoladov haqqında məlumat. Əjdər Xaspoladov nədir? Əjdər Xaspoladov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Artuqlu bəyliyi

  • Fevral 27, 2026

    Memfis

  • Fevral 27, 2026

    Orlar

  • Fevral 27, 2026

    Pittak

  • Fevral 28, 2026

    Liquriya dənizi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst