Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurbanov Əjdər Məmməd oğlu (1962, Astara) — Azərbaycanlı hərbçi, Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin keçmiş rəisi.

Əjdər Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Əjdər Qurbanov

Qurbanov Əjdər Məmməd oğlu (1962, Astara) — Azərbaycanlı hərbçi, Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin keçmiş rəisi.

Əjdər Qurbanov
Şəxsi məlumatlar
Ləqəbi VAQ
Doğum tarixi 28 dekabr 1962 (63 yaş)
Doğum yeri Seləkəran, Astara rayonu, Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Qurbanova (Hüseynova) İlhamə
Atası Qurbanov Məmməa (Böyük Vətən müharibəsinin 1-ci qrup əlili0
Anası Qurbanova (Kərimova) Qızlər
Hərbi fəaliyyəti
Qoşun növü Hava Desant Qoşunları
Hərbi hissə 742(704), 181, 196, 215, 217, 705, AAHM, C. Naxçıvanski adına hərbi lisey, Müdafiə Nazirliyi.
Xidmət illəri 1984 – 2015
Rütbəsi Polkovnik
Vəzifəsi Müdafiə Nazirliyi Döyüş hazirlığı idarəsinin rəisi
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni,"Qüsursuz xidmətə görə" 1-2-3 dərəcəli medallar(3-cü dərəcəli sovet ordusundan), Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal, Yubiley medalları, Silahlı Qüvvələrin veteranı medalı, Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin təqdimatına əsasən ictimai asayişi qorumağına və əla xidmətlərinə görə medallı,

Mündəricat

Həyatı

Qurbanov Əjdər Məmməd oğlu 1962-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olub.

Təhsili

Orta məktəbi Astara rayonunda bitirmiş, 1984-cü ildə isə Bakı Ali Ümumdiviziyon Komandirlər məktəbini bitirmişdir.

Hərbi kariyerası

Bakı Ali Ümumquşun Komandirlər məktəbini bitirdikdən sonra 38 illik hərb xidmətinin 8 ilini Sovet ordusunda Hava Desant Qoşunlarında keçirib. 1992-ci ildə Azərbaycana, Gəncə Hava Desant Dviziyasına gəlib. 1992-ci ilin avqustun 5-də Elbrus Orucovun komandiri olduğu 704 saylı hərbi hissədə Əlahiddə Motaatıcı Taborun komandiri olub. 1992-ci ilin sentyabrına qədər Pirəbulaq istiqamətində döyüşüb. 1993-cü ilin yaz, yay və payız aylarında 704 saylı hərbi hissənin komandiri vəzifəsini icra edib. 2014-ci il yanvar ayının 16-da Müdafiə Nazirliyi Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olub.

1990-cı ilin Şuşa hadisələrində rolu

20 yanvar hadisələri zamanı Bakıda Az TV-nin enerji bloku partladıldığına görə televiziya işləmirdi. Mövcud vəziyyətdən isə əhalinin bir çox hissəsinin xəbəri yox idi. Bu zaman Şuşadakı teleqüllədən yayım aparılırdı. SSRİ rəhbərliyi Lvov şəhərində yerləşən 39-cu Hava Desant Briqadasını Şuşada vəziyyəti ələ almaq üçün buraya göndərmişdi. Bu zaman bu hərbi hissədə xidmət edən baş-leytenant Əjdər Qurbanovun vəzifəsi Şuşa televiziyasında təşkil edilən verilişlərdə Sovet hakimiyyəti əleyhinə təbliğat aparılmasının qarşısını almaq idi. Lakin Əjdər Qurbanov bilərəkdən anti-sovet verilişlərin efirə getməsinə şərait yaratmışdır(verilişləri hazırlayanlar: Vidadi Bağırov, İlhami Cəfərsoy). Hətta Qara Yanvar şəhidlərinin yeddisi günü olan verilişdə Şuşa şəhər xəstəxanasının terapiya şöbəsinin müdiri Rzayev Hüseyn çıxış edərək, SSRİ qoşunları xalqımıza divan tutub, dinc insanları öldürüb demişdi. Həmçinin o çıxışında SSRİ-ni faşist rejim, Qorbaçovu da faşist adlandırmışdı. Bütün bunlara şərait yaratdığına görə Əjdər Qurbanovun ermənilərin fitvası ilə DQMV- nin Xüsusi İdarəetmə rayonunun komendantı general-mayor Vladislav Safonov tərəfindən həbsinə əmr verilsə də, Hava Desant Qoşunları Komandanının səyi nəticəsində bu baş vermədi.

Mükafatları

  • 1993-cü ildə Beyləqan döyüşlərinə görə Heydər Əliyev tərəfindən "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
  • Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin təqdimatına əsasən ictimai asayişi qorumağına və əla xidmətlərinə görə medalla təltif olunmuşdur.
  • Səfər Əbiyev tərəfindən II dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə mükafatlandırılmışdır.

Həmçinin bax

  • Qara Yanvar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əjdər Qurbanov haqqında məlumat. Əjdər Qurbanov nədir? Əjdər Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Slavyan dilləri

  • Fevral 27, 2026

    İncəvar

  • Fevral 27, 2026

    Qocasinan

  • Fevral 27, 2026

    Biya (mifologiya)

  • Fevral 27, 2026

    Tualet

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst