İncəvar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur.
| İncəvar | |
|---|---|
| 39°15′21″ şm. e. 46°26′22″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Zəngəzur mahalı |
| Rayon | Qafan rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.044 m |
| Saat qurşağı |
|
![]() İncəvar | |
Tarixi
Xalac çayının sol sahilində yerləşirdi.
Toponimi
Toponim türk mənşəli qıpçaq tayfasından olan incə etnonimindən və "möhkəmləndirilmiş kənd, bənd, qala" mənasında işlənən var sözündən əmələ gəlmişdir və "incə tayfasına mənsub qala, kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
Kənddə 1873-cü ildə 66 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 129 nəfər, 1904-cü ildə 140 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1922-ci ildə geri qayıtmış əhali qonşu Xələc kəndində yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin keçmiş sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 45 nəfər azərbaycanlı yaşamışdır. 30-cu illərin sonunda kənd ləğv edilmişdir. İndi ölü kənddir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İncəvar haqqında məlumat. İncəvar nədir? İncəvar nə deməkdir?
