Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı – 7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940

Əhməd Anatollu

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Anatollu

Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı – 7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940).

Əhməd Anatollu
Doğum adı Əhməd Muxtar oğlu Səfərov
Doğum tarixi 7 noyabr 1894(1894-11-07)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 aprel 1973(1973-04-07) (78 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1912-ci ildən
Mükafatları "Şərəf nişanı" ordeni — 1938 "Qafqazın müdafiəsinə görə" medalı — 1946 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR əməkdar artisti — 1940

Mündəricat

Həyatı

Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur. Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.

Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir. 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.

Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir.

Kitabları

  • Kupletlər. Bakı: Ali Siyasi Maarif İdarəsi, 1925.
  • Şapalaq: türk səhnəsinin aktyoru Əhməd Anatolinin yazdığı kupletlər. Bakı, 1927.
  • Çuvalduz (kupletlər). Bakı: Azərnəşr, 1930.
  • Öz aramızda qalsın. Bakı: MBM, 2015.
  • Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint, 2017.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
  • "Şərəf nişanı" ordeni — 17 aprel 1938
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1946
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

İfa etdiyi əsas rollar

Tənqid və Təbliğ Teatrında

RolTamaşaMüəllif
İkinci NikolayRomanovların son günləriAleksey Tolstoyun romanı əsasında
Boqdanoviç1881-ci ilNikolay Şapovalenko
QənbərAnamın kitabıCəlil Məmmədquluzadə
OlivyeParis Notrdam kilsəsiViktor Hüqo
MironovQızıl trenlərVladimir Kirşon
UspenskiHücumBoris Lavrenyov

Azərbaycan Dövlət Dram Teatrında

RolTamaşaMüəllif
CavadDağılan tifaqƏbdürrəhim bəy Haqverdiyev
MəhərrəmMüsibəti-FəxrəddinNəcəf bəy Vəzirov
Şeyx ƏhmədÖlülərCəlil Məmmədquluzadə
ZamanAnamın kitabıCəlil Məmmədquluzadə
KeşişŞeyx SənanHüseyn Cavid
PapasQaçaqlarFridrix Şiller
Anferon de MartiNel qülləsinin sirriAleksandr Düma
XaçoQaçaq KərəmVano Mçedaşvili

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında

RolTamaşaMüəllif
Hambal və Həsən bəyMəşədi İbadÜzeyir Hacıbəyov
Kəblə QubadƏr və arvadÜzeyir Hacıbəyov
Mirzə HəbibLənkəran xanının vəziriMirzə Fətəli Axundov və Niyazi
Orduxan bəyƏlli yaşında cavanZülfüqar Hacıbəyov
GüloğlanAşıq QəribZülfüqar Hacıbəyov
Kəblə HacıEvliykən subayZülfüqar Hacıbəyov
QoşunToy kimindir?Məhərrəm Əlizadə və Ağası Məşədibəyov
MakarKeto və KoteVladimir Dolidze
Kəblə HüseynəliBeş manatlıq gəlinMəmməd Səid Ordubadi və Səid Rüstəmov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Anatollu haqqında məlumat. Əhməd Anatollu nədir? Əhməd Anatollu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İvanovka (Xaybulla)

  • Fevral 27, 2026

    Kimyəvi silah

  • Fevral 27, 2026

    Horusun gözü

  • Fevral 27, 2026

    Türkmən şəhristanı

  • Fevral 27, 2026

    Limfoma

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst