Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci

Əfqanıstan əhalisi

  • Ana Səhifə
  • Vikipediya
  • Əfqanıstan əhalisi

Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir.

Əfqan kişi bir kitabın üz qabığında

Mündəricat

Etnik tərkib

Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb:

Orijinal mətn (rus.)
Население А. в основном сосредоточено в горных долинах и оазисах. Наиболее густо населена Кабульская провинция (135 чел. на 1 км.) и Каидагарская провинция (110 чел. на 1 кмг). В высокогорных с.-в. и пустынных ю.-з. районах население чрезвычайно редкое (2-3 чел. на 1 км2). Из 10 млн. чел. населения: афганцев - ок. 5 млн., таджиков - ок. 2100 тыс., узбеков - ок. 1 млн., туркменов - ок. 380 тыс., хезарейцев - ок. 1 млн. А.- многонациональное государство. На территории А. проживают более 20 различных народностей.
Etnik qrup Alfred Yanatanın 1981-ci ildə Qratz
şəhərində alman dilində nəşr
edilmiş "Əfqanıstanda zərgərlik"
kitabında verilən məlumatlara əsasən
Sayı, 1978-cı ilə olan qiymətləndirmə Nisbəti, ≈
Toplam 12 000 000 100.00%
Puştunlar 4 800 000 40.00%
Taciklər 3 600 000 30.00%
Özbəklər 1 200 000 10.00%
Həzaralar 1 000 000 8.30%
Aymaqlar 500 000 4.20%
Türkmənlər 400 000 3.30%
Bəluclar 200 000 1.70%
Nuristanlılar 70 000 0.60%
Paşayilər 60 000 0.50%
digərləri 170 000 1.40%
Etnik qrup ABŞ Konqres Kitabxanasının araşdırma və
analiz vahidi olan Federal Araşdırmalar
Şöbəsinin Əfqanıstana aid məlumatlarına əsasən
Sayı, 2008-ci ilə olan qiymətləndirmə, ≈ Nisbəti
Toplam 32 700 000 100%
Puştunlar 13 730 000 42%
Taciklər 8 830 000 27%
Özbəklər 2 940 000 9%
Həzaralar 2 940 000 9%
Aymaqlar 1 310 000 4%
Türkmənlər 980 000 3%
Bəluclar 650 000 2%
digərləri 1 310 000 4%
Library of Congress Country Studies – "Ethnic Groups of Afghanistan"
Etnik qruplar Əhali içində payı (1996)
Puştunlar40%
Taciklər25,3%
Həzaralar18%
Özbəklər6,3%
Türkmənlər2,5%
Qızılbaşlar1%
Digərləri6,9%
The Asia Foundation : A Survey of the Afghan People – Afghanistan in 2006
Etnik qruplar Əhali içində payı
Puştunlar40,9%
Taciklər37,1%
Həzaralar9,2%
Özbəklər9,2%
Türkmənlər1,7%
Ərəblər0,7%
Bəluclar0,5%
Nuristanlılar0,4%
Paşayilər0,3%
Aymaqlar0,1%
Ethnologue: Languages of the World Fourteenth Edition (2000) : Languages of Afghanistan
Dillər Əhali içində payları (%)
Puştunlar35%
Taciklər25%
Həzaralar9%
Özbəklər9%
Digərləri22%
Joshua Project – Unreached Peoples of the World : Afghanistan (by 2010)
Millətlər Sayları Əhali içində payı
Toplam əhali28,692,000100%
Puştunlar12,428,00043,32%
Taciklər7,625,00026,58%
Özbəklər2,750,0009,58%
Həzaralar2,510,0008,75%
Aymaqlar1,452,0005,06%
Türkmənlər609,0002,12%
Bəluclar353,0001,23%
Brahuilər244,0000,85%
Paşayilər176,0000,61%
Nuristanlılar71,8000,25%
Digərləri473,2001,65%
Afghanistan ...in Pictures (Visual Geography Series)---1989"
Etnik qrup Sayı Nisbət
cəmi14 500 000100%
puştun5 800 00040%
tacik3 625 00025%
türkmən və özbək1 450 00010%
həzara1 000 0006.9%

Əfqanıstan Türkləri

Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər .

  • Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur .
  • Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
  • Qızılbaşlar – Azərbaycan Səfəvilər və Əfşarlar İmperiyası zamanı imperiyanın dayaqlarını möhkəmlətmək məqsədiylə tarixi Böyük Azərbaycanın ərazisindən Əfqanıstana köçürülmüş və ya siyasi yanaşmalarından dolayı sürgün edilmiş Azərbaycan türkcəsində danışan türk kökənli Əfşar , Bayat , Şahağası , Ansarlı , Otuzikilər , İyirmidörtlər tayfalarından ibarətdirlər . Qızılbaşlar əsasən şəhərlərdə kompakt halda Kabil , Herat, Lögər və Qəndahar şəhərlərində həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar . Onlar evdə , ailə içində Azərbaycan dilinin şimal ləhcələrində danışırlar ancaq digər millətlərin nümayəndələri ilə ünsiyyətdə fars dilinin şərq ləhcəsi olan Daricədən istifadə edirlər . Saylarına dair müxtəlif təxminlər mövcuddur . Buna əsas səbəb onların Avropa məbələrində Dari dilli Əfqanıstan Taciklərinin tərkibinə daxil edilmələridir . Sayları müəyyən təxminlərə əsasən 60,000-200,000 nəfər arası və ya 30,000-1,000,000 nəfər arasındadır . Receb Albayrakın 2004-cü ildə İstanbulda həşr etdirdiyi "Afganistan Türkleri" adlı kitabında 2004-cü il üçün qeyd etdiyi 450,000 nəfərlik sayı daha çox həqiqətə uyğun hesab oluna bilər .
  • Qaraqalpaqlar – özbəklərin çoxluq olduqları bölgələrdə məskunlaşıblar , mədəni həyatlarında , ənənələrində özbək mədəniyyətinin güclü təsiri hiss olunur . Əfqanıstanda sayları 20,000 nəfərdən çoxdur .
  • Qırğızlar – Əfqanıstanın Bədəxşan vilayətinin Vahan rayonunda Pamir dağlarının ətəyində məskunlaşıblar . Əfqanıstanda sayları 20,000 nəfərdən çoxdur .

Digər xalqlar

  • Puştunlar – Əfqanıstan əhalisinin 35%-ni təşkil edirlər .
  • Taciklər – Əfqanıstan əhalisinin təxminən 25% təşkil edirlər .
  • Həzaralar
  • Bəluclar – sayları təxminən 253,000 nəfərdir .
  • Kürdlər – XVI əsrin sonu XVII əsrin əvvəlində I Şah Abbas tərəfindən Əfqanıstana sürgün ediliblər . Əsasən kürd , dari və türkmən dillərində danışırlar . Sayları təxminən 20,100 nəfərdir .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfqanıstan əhalisi haqqında məlumat. Əfqanıstan əhalisi nədir? Əfqanıstan əhalisi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Karpe diem

  • Fevral 27, 2026

    Balkon

  • Fevral 27, 2026

    Halk (personaj)

  • Fevral 27, 2026

    Yaxan Bəyim

  • Fevral 27, 2026

    III İvan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst