Karpe diem (azərb. Carpe diem) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür.

Tərcüməsi
Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir.
Mənası
"Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür. “Karpe diem“ Horatius tərəfindən gələcəkdə baş verməsi ehtimal olunan hadisələrə bel bağlamayaraq bu gün gələcək üçün addım atmaq anlamında işlədilir.
İfadənin işlənməsi
Qədim ədəbiyyatda
Ola bilsin ki, bu konseptin ilk yazılı forması Siduri ilə Gilqameş arasında keçən söhbətdə öz əksini tapmışdır. Siduri Gilqameşə əzab çəkməyi buraxmağı və həyatla barışmağı məsləhət görür. Onu bir növ indiki zamanda yaşamağa, yəni karpe diemə çağırır. XIX yüzilliyin əvvəllərində Corc Bayronun əsərlərində tez-tez istifadə edilən günün nəbzini tut (seize the day) sözləri də eyni məzmunludur.
Müasir dövrdə
1989-cu ildə "Ölü şairlər cəmiyyəti" filmində İngilis dili müəllimi Con Kitinq (rolda Robin Vilyams) sonradan məşhurlaşan cümlələr işlədir: "Karpe Diem. Günü yaşayın, oğlanlar. Həyatınızı möhtəşəm edin."
“Fineas və Förb” animasiya filmində “Karpe Diem” adlanan saundtrekdən istifadə olunmuşdur.
"Karpe diem" ifadəsi Amerika, Britaniya və digər ölkələrin musiqi qrupları tərəfindən mahnılarda dəfələrlə işlədilmişdir.
Həmçinin bax
- Latın ifadələri
- Errare humanum est
- Memento mori
- Epikürçülük
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karpe diem haqqında məlumat. Karpe diem nədir? Karpe diem nə deməkdir?