Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Talib (ərəb. أبو طالب‎; 540, Məkkə – 619, Məkkə) və ya Əbu Talib Əbdümənaf ibn Əbdilmüttalib ibn Haşim əl-Qureyşi əl-Haşimi — Bəni Haşim qəbiləsinin başçısı

Əbu Talib

  • Ana Səhifə
  • Vikipediya
  • Əbu Talib

Əbu Talib (ərəb. أبو طالب‎; 540, Məkkə – 619, Məkkə) və ya Əbu Talib Əbdümənaf ibn Əbdilmüttalib ibn Haşim əl-Qureyşi əl-Haşimi — Bəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin qəyyumu olmuşdur.

Əbu Talib
ərəb. أبو طالب بن عبد المطلب‎
Doğum tarixi 540(0540)
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi 619(0619) (78–79 yaşında)
Vəfat yeri
  • Məkkə, Hicaz
Həyat yoldaşı
  • Fatimə bint Əsəd
Uşaqları
  • Əli bin Əbu Talib,
  • Cəfər bin Əbu Talib,
  • Aqil bin Əbi Talib,
  • Talib ibn Əbu Talib
Atası Əbdülmüttəlib ibn Haşim
Fəaliyyəti tacir, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdülmüttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi. Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur. Məkkə şairlərindən sayılan Əbu Talibin bəzi beytlərindən dilçilikdə istifadə edilməsi onun mahir bir şair olduğunu göstərir. Onun Əbu Hiffən Abdullah ibn Əhməd əl-Mihzəmi tərəfindən toplanmış şeirləri "Divanu-Şeyxil-Əbatih" adı altında nəşr olunmuşdur. Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir.

İmanı haqqındakı fikirlər

Əbu Talibin müsəlmanlığı məsələsi müzakirə mövzusudur. Onun inamı haqqında ziddiyyətli fikirlər vardır:

Şiələrə görə o müsəlman olaraq ölmüşdür. Şiələr bu barədə bir çox sünni alimlərinin də nəzərlərini və qeyd etdikləri hədisləri dəlil kimi gətirilər.

Sünni alimlərdən, İbn Həcər Əsqəlani, İbn Hişam, İbn Səd, Vaqidi kimi alimlər Əbu Talibin iman etdiyi barədə müxtəlif hədisləri və onun dilindən şeirləri nəql ediblər. Əbu Talibin imanı haqqında şiələrin ən məşhur kiabı Şeyx Müfidin qələmə aldığı "İmanu Əbu Talib" kitabıdır. Onlar bu məsələ haqqında Qurani-Kərimin

"Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?!"

ayəsini dəlil olaraq gətirir və bu ayənin Əbu Talib haqqında olmasını iddia edirlər. Bunun səbəbi kimi də tarixdə də qeyd edildiyi kimi Məhəmməd peyğəmbərin uşaqlıqdan Əbu Talibin himayəsinə keçməsini göstərirlər. Əbu Talibin söylədiyi bir çox şeirlərdə də onun iman etməsi barədə nəqllər mövcuddur:

Bildim ki, Məhəmmədin dini həqiqətən,

İnsanlara göndərilmiş ən xeyirli dindir

Allah hörmətli edib Məhəmməd peyğəmbəri,

İnsanlar içərisində Allahın ən hörmətli məxluqu Əhməddir.


Sünnilər Əbu Talibin kafir olaraq öldüyünü bir sıra hədisləri rəhbər tutaraq bəyan edir və bu haqda Quranın aşağıdakı ayələrini dəlil olaraq gətirirlər. Onlara görə bu ayələr Əbu Talibin kafir olaraq ölməsinin sübutudur:

  • "Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək Peyğəmbərə və möminlərə yaraşmaz."
  • "Sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola yönəldər."

Bu məsələdə şərqşünasların fikirləri də müxtəlifdir:

  • Vilyam Myur – O, Əbu Talibin Peyğəmbərə səmimi bir dəstək verdiyini, lakin İslamı açıq şəkildə qəbul etmədiyini iddia edir.
  • Montqomeri Vott bildirir ki, Əbu Talib siyasi və qəbiləvi səbəblərə görə İslamı açıq şəkildə qəbul etməsə də, İslamın yayılmasına böyük töhfə vermişdir. O, Peyğəmbəri qoruyaraq, İslamın erkən dövrdə yaşamasını təmin etmişdir.
  • İqnas Qoldziher – O, Əbu Talibin Məhəmmədin peyğəmbərliyini qəbul edib-etməməsi məsələsində qeyri-müəyyən mövqe tutur. O, Əbu Talibin İslamı siyasi və sosial bir fenomen kimi dəstəklədiyini düşünür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbu Talib haqqında məlumat. Əbu Talib nədir? Əbu Talib nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rast

  • Fevral 27, 2026

    Tampa

  • Fevral 27, 2026

    II Aşşurnasirpal

  • Fevral 26, 2026

    Hyoqo prefekturası

  • Fevral 15, 2026

    Qafqaz Albaniyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst