Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeybə ibn Haşim və ya bilinən adı ilə Əbdülmüttəlib (ərəb. عبد المطّلب‎; təq. 480, Mədinə – 579, Məkkə) — Qureyş qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi.

Əbdülmüttəlib

  • Ana Səhifə
  • Vikipediya
  • Əbdülmüttəlib

Şeybə ibn Haşim və ya bilinən adı ilə Əbdülmüttəlib (ərəb. عبد المطّلب‎; təq. 480, Mədinə – 579, Məkkə) — Qureyş qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. O, vəfatına qədər nəvəsini himayə etmiş, sonra da bu işi oğlu Əbu Talibə həvalə etmişdir.

Əbdülmüttəlib
Doğum tarixi təq. 480(0480)
Doğum yeri
  • Mədinə
Vəfat tarixi 579(0579) (98–99 yaşında)
Vəfat yeri
  • Məkkə, Hicaz
Dəfn yeri
  • Cənnətül-müəlla
Uşaqları
  • Əbu Talib,
  • Abbas ibn Əbdülmütəllib,
  • Həmzə ibn Əbdülmüttəlib,
  • Səfiyyə binti Əbdülmüttalib,
  • Əbu Ləhəb,
  • Abdullah ibn Əbdülmütəllib
Fəaliyyəti tacir, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Əsl adı Şeybə ibn Haşim olan Əbdülmüttəlib, Məhəmməd peyğəmbərin babası və Qüreyş qəbiləsinin nüfuzlu rəhbərlərindən biri idi. Gəncliyində bütlərə sitayiş edib, içki içsə də sonradan tövbə edərək hənif olmuşdur. O, Məkkənin idarəçiliyi və Kəbənin mühafizəsi ilə məşğul olurdu və Haşimilər ailəsinin lideri kimi Məkkə cəmiyyətində böyük nüfuza malik idi.

Əbdülmüttəlib eyni zamanda, Məhəmmədin yetim qaldığı dövrdə onun tərbiyəsi ilə də məşğul olmuşdur. Onun ən məşhur hadisələrindən biri, “Fil hadisəsi” ilə bağlıdır. Əbdülmüttəlib Kəbəni müdafiə etmək üçün dua etmiş və Əbrəhənin ordusuna qarşı yardım istəmişdir. Fil əhvalatı zamanı Əbdülmüttəlibin duasına cavab olaraq, quşların daşlar ataraq ordunu məhv etdiyi rəvayət edilir. Bu hadisə İslam ənənələrində Allahın Kəbəni qoruduğuna işarə kimi qəbul edilir.

Əbdülmüttəlib həm də Zəmzəm quyusunun yenidən kəşfi ilə tanınır. Bir rəvayətə görə, yuxusunda ona Zəmzəm quyusunun harada olduğunu göstərilmiş və o, həmin yeri qazaraq su qaynağını yenidən açmışdır. Bu hadisə də Məkkə xalqı arasında onun nüfuzunu daha da artırmışdır.

Əbdülmüttəlibin ölümündən sonra, Məhəmmədin qayğısını əmisi Əbu Talib öz üzərinə götürmüşdür.

Övladları

Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır:

  • Haris ibn Əbdülmüttəlib —
  • Zübeyr ibn Əbdülmütəllib —
  • Əbu Talib — şiələrin birinci imamı xəlifə Əlinin atası
  • Abdullah ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin atası
  • Həmzə ibn Əbdülmüttəlib
  • Əbu Ləhəb — Məhəmməd peyğəmbərin fəal rəqiblərindən biri
  • Hakim ibn Əbdülmütəllib —
  • Makvam ibn Əbdülmütəllib —
  • Səfər ibn Əbdülmütəllib —
  • Abbas ibn Əbdülmüttəlib (566–653) — Abbasilər sülaləsinin banisi.
  • Səfiyə binti Əbdülmütəllib — Zübeyrin anası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbdülmüttəlib haqqında məlumat. Əbdülmüttəlib nədir? Əbdülmüttəlib nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbu Bəkr

  • Fevral 27, 2026

    Talıstan

  • Fevral 27, 2026

    Naxçıvan əhalisi

  • Fevral 27, 2026

    Molla Cümə

  • Fevral 25, 2026

    Loru mahalı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst