Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Davud Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني‎, 817, Sistan[d] – 888, Bəsrə, İraq, Abbasilər xilafəti) — mühəddis, "Sü

Əbu Davud

  • Ana Səhifə
  • Vikipediya
  • Əbu Davud

Əbu Davud Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني‎, 817, Sistan[d] – 888, Bəsrə, İraq, Abbasilər xilafəti) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi.

Əbu Davud
ərəb. أبو داود‎
Doğum tarixi 817(0817)
Doğum yeri
  • Sistan[d], İran
Vəfat tarixi 888(0888) (70–71 yaşında)
Vəfat yeri
  • Bəsrə, İraq, Abbasilər xilafəti
Uşağı
  • İbn Əbu Davud
Elm sahələri hədis elmi, fiqh
Tanınmış yetirmələri Tirmizi, Nəsai
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Əzd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur.

Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi. O, 300-dən çox mühəddisdən hədis öyrənmişdir ki, onların arasında Əbu Sələmə, Əhməd ibn Hənbəl, İbn Əbu Şeybə, Yəhya ibn Məin və bir çox başqaları kimi məşhur mühəddislər də vardır.

Əbu Davud hüquqi mövzularda hədislərə xüsusi diqqət yetirmişdir. O, hüquqi məsələlərdə hər hansı "zəif" hədisdən istifadə etməyi qiyasla hökmə əməl etməkdən daha üstün hesab etmişdir.

889-cu ildə Bəsrədə vəfat etmişdir.

Əsərləri

Əbu Davud 21-ə yaxın kitabın müəllifidir, onlardan ən məşhurları:

  • Kitab əl-Mərasil. Əsər 600 mürsəl hədisi özündə ehtiva edir.
  • Risalət Əbu Davud ilə Əhli-Məkkə. Məkkə əhlinə onun sünənini təsvir edən məktub.
  • Sünəni-Əbu Davud. Bu əsər Səhihi-Buxari və Səhihi-Müslüm məcmuələrindən sonra sünni alimləri tərəfindən tanınan altı hədis toplusu arasında üçüncü yeri tutur. "Sünən"dən gələn hədislər şəriətin bir çox məsələlərinə güclü dəlillər verir. Çox vaxt "Sünən"də "Səhihi-Buxari" və "Səhihi-Müslim"in məcmuələrində olmayan hədislərə rast gəlmək olar. Əbu Davud hədisləri çox diqqətlə seçdiyi və tədqiq etdiyi 500.000 hədisdən 4800-ə yaxınını öz toplusuna daxil etdiyi üçün bir çox alimlər Əbu Davudun işini yüksək qiymətləndirmişlər. Bir çox hədislər səhihlik dərəcəsinə çatır.

Sünnənin bir neçə siyahısı vardır ki, mətnlərində kiçik uyğunsuzluqlar vardır.

Ədəbiyyat

  • Ализаде А. А. Абу Давуд // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — С. 27. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0)
  • Abū Dāʾūd al-Sid̲j̲istānī / Robson, J. // Encyclopaedia of Islam. 2nd ed : [en.] : in 12 vol. / ed. by P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs et al. — Leiden : E. J. Brill, 1960–2005.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbu Davud haqqında məlumat. Əbu Davud nədir? Əbu Davud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Heydər Vəzirov

  • Fevral 27, 2026

    Qala (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Sətiriçi altproqram

  • Fevral 26, 2026

    Hidroqrafiya

  • Fevral 27, 2026

    Yelena Mehrani

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst