Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Re

Heydər Vəzirov

  • Ana Səhifə
  • Vikipediya
  • Heydər Vəzirov

Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı.

Heydər Vəzirov
Heydər Sadıq oğlu Vəzirov
Azərbaycan SSR xalq torpaq komissarı
7 fevral 1932 – yay 1937
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Dövlət Plan Komitəsinin sədr müavini
1932 – 7 fevral 1933
ƏvvəlkiMəmməd Həsən Hacınski
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası xalq torpaq komissarı
1931 – 1932
Azərbaycan SSR xalq torpaq komissarının müavini
1929 – 1931
Gəncə Qəza İcraiyyə Komitəsinin sədri
1927 – 1929
Göyçay Qəza İcraiyyə Komitəsinin sədri
1925 – 1927
Azərbaycan SSR hərbi komissarı
1924 – 1926
ƏvvəlkiƏliheydər Qarayev
Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi
1920 – 192?
ƏvvəlkiAtif bəy
Şəxsi məlumatlar
Doğum tarixi 1891(1891) və ya 1893(1893)
Doğum yeri
  • Nehrəm, Azərbaycan
Vəfat tarixi 14 oktyabr 1937(1937-10-14) (43–46 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • İrəvan Müəllimlər Seminariyası
Fəaliyyəti inqilabçı
Təltifləri "Qırmızı bayraq" ordeni

Mündəricat

Həyatı

1893-cü ildə Nehrəmdə doğulmuşdur. İlk təhsilini Naxçıvanda üsuli-cədid məktəbində almışdır. 1913-cü ildə İrəvan seminariyasını bitirmiş və gimnaziyanın səkkizinci sinfinə imtahan vermiş və 1914–1918-ci illərdə, Birinci Dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil almış və ön cəbhəyə göndərilmişdir. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdirilərək yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıtmışdır.

1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləmişdir.

1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir.

Siyasi fəaliyyəti

Aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.

O, 1925–1927-ci illərdə Göyçay Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində, 1927–1934-cü illərdə isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifələrində işləyib. AKP 12-ci və 13-cü qurultaylarında MK üzvü, Azərbaycan MİK(8-ci çağırış), ZSFSR MİK(7-ci çağırış) və SSRİ MİK -in (7-ci çağırış) üzvü seçilmişdir

Mükafatları

1923-cü ildə Heydər Vəzirov "Qırmızı Bayraq ordeni" ilə və 6197 nömrəli Fəxri Fərmanla təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heydər Vəzirov haqqında məlumat. Heydər Vəzirov nədir? Heydər Vəzirov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkiyə memarlığı

  • Fevral 27, 2026

    Qaraqalpaq

  • Fevral 27, 2026

    Hirkan (vilayət)

  • Fevral 27, 2026

    Samuy adası

  • Fevral 27, 2026

    Portuqaliyalılar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst