Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd – 1514, Çaldıran ilçəsi, Van ili) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı.
| Əbdülbaqi Yəzdi | |
|---|---|
| fars. عبدالباقی یزدی | |
| 1512 – 1514 | |
| Monarx | Şah İsmayıl Xətai |
| Əvvəlki | Nəcmi Sani |
| Sonrakı | Mirzə Şah Hüseyn |
Nemətullahiyyə təriqətinin başçısı | |
| ? – 1514 | |
| Əvvəlki | Neyməddin Neymətullah |
| Sonrakı | Mir Əbdülbaqi Yəzdi |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | XV əsr |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri | Çaldıran |
| Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, ilahiyyatçı |
| Atası | Neyməddin Neymətullah |
| Uşağı | Mir Əbdülbaqi Yəzdi |
| Dini | şiəlik |
| Hərbi xidmət | |
| Mənsubiyyəti | Səfəvilər |
| Qoşun növü | Səfəvi imperiyasının ordusu |
| Döyüşlər | |
| Rütbəsi | |
Həyatı
İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur.
Vəkillik
1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur.
Yaradıcılığı
Baqi təxəllüsü ilə şeirlər yazmışdır.
Ailəsi
Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir. Bu evlilikdən doğulan qızı da daha sonra II İsmayılla evlənmişdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbdülbaqi Yəzdi haqqında məlumat. Əbdülbaqi Yəzdi nədir? Əbdülbaqi Yəzdi nə deməkdir?