Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral

Şəmkir şəhəri

  • Ana Səhifə
  • Vikipediya
  • Şəmkir şəhəri
Bu məqalə Şəmkir şəhəri haqqındadır. Rayon üçün Şəmkir rayonu səhifəsinə baxın.

Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır.

Şəhər
Şəmkir
40°51′23″ şm. e. 46°01′02″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
İlk məlumat V əsr
Mərkəzin hündürlüyü 450 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 40.600 nəf. (2015)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5700
Digər
shamkir-ih.gov.az
Xəritəni göstər/gizlə
Şəmkir xəritədə
Şəmkir
Şəmkir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Şəmkir şəhərinin adı eyniadlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10km aralıda məskunlaşmışdır.

Tarixi

Qədim

V əsrdən elmə məlum olan Şəmkirin hələ ərəblər gəlməmişdən əvvəlki dövrdə bir xəzər şəhəri olduğu fikirləşilir. Ərəblərin dövründə, 737-ci ildə bu şəhərdə xəzərlər yerləşdirilmişdir. Bu xəzərlər ərəblərin Volqaya yürüşündə əsir alınmışdılar. 757-ci ildə sabirlər Şəmkir şəhərini dağıtmışdır. 854-cü ildə Abbasi Xilafətinin türk müttəfiqi olan Buğa əl-Kəbir (Böyük Buğa) tərəfindən yenidən Şəmkirin əsası qoyulmuş, xəzərlər burada məskunlaşdırılmışdır.

"Kartlis tsxovreba"ya ("Gürcü salnamələri") görə, Buğa əl-Kəbir xəzər tayfasının üzvüdür, "Kitab əl-əvraq"da isə Buğa üçün ümumi "türk" adı istifadə olunurdu. Buğanın xəzər soydaşlarına qarşı müsbət münasibəti 851-ci ildə onun Xəzər xaqanlığı ərazisini fəthindən sonra ortaya çıxmışdır. 300 müsəlman xəzər ailəsi Xəzər xaqanlığını tərk etmiş və Buğa əl-Kəbir Azərbaycanda məskunlaşmaqları üçün onlara kömək etmişdir. Bu məskunlaşma hadisəsilə ilə bağlı məlumat həm "Kitab əl-buldan" əsərində, həm də "Kartlis tsxovreba"da ("Gürcü salnamələri") qeyd olunur. Buğa əl-Kəbir 300 xəzər ailəsi üçün "Şamkur" (Samkur) adlandırılan və Kür çayı boyunca yerləşən şəhər salmışdır. Ancaq Buğanın etdikləri Abbasi rəhbərliyinin xoşuna gəlməmiş və o, Ərməniyyə və tarixi Azərbaycanın hakimi vəzifəsindən azad edilmişdir.

  • Şəmkir qala divarlarının qalıqları
    Şəmkir qala divarlarının qalıqları
  • Şəmkir qalasından aşkarlanmış pəncərə şüşəsi qalıqları
    Şəmkir qalasından aşkarlanmış pəncərə şüşəsi qalıqları

Müasir

İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb.

Coğrafiyası və iqlimi

Bakı ilə arasında məsafə 399km-dir.

Əhalisi

2019-cu ilin məlumatına görə əhalisi 43 400 nəfərdir.

İdman

Şəhəri futbol üzrə Azərbaycan Premyer Liqasında 3 dəfə çempionluq qazanmış və 2017-ci ildə fəaliyyətini dayandırmış Şəmkir FK təmsil edib. Hal-hazırda futbol üzrə Azərbaycan İkinci Liqasında şəhəri yeni yaranmış Şəmkir PFK təmsil edir.

Şəkillər

  • Şəmkirdə bir tənəklik(üzümlük)
    Şəmkirdə bir tənəklik(üzümlük)
  • Aşıq Dilqəmin büstü
    Aşıq Dilqəmin büstü

Ədəbiyyat

  • Brook, Kevin Alan. The Jews of Khazaria (3rd). Rowman & Littlefield. 2018. ISBN 978-1-5381-0342-5.
  • Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəmkir şəhəri haqqında məlumat. Şəmkir şəhəri nədir? Şəmkir şəhəri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Septimi Sever

  • Fevral 27, 2026

    Qrip

  • Fevral 27, 2026

    Sen-Malo

  • Fevral 27, 2026

    Turist

  • Fevral 27, 2026

    Hikmət Atayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst