Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salih Salihov (1909, Ağdaş – 1976) — tibb elmləri doktoru, professor, Yəmən Krallığının həkim-terapevti (1960).

Salih Salihov

  • Ana Səhifə
  • Vikipediya
  • Salih Salihov

Salih Salihov (1909, Ağdaş – 1976) — tibb elmləri doktoru, professor, Yəmən Krallığının həkim-terapevti (1960).

Salih Salihov
Doğum tarixi 1909(1909)
Doğum yeri
  • Ağdaş, Ərəş qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1976(1976) (66–67 yaşında)
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Mükafatları "Əmək igidliyinə görə" medalı
"Səhiyyə əlaçısı" döş nişanı — 1960

Mündəricat

Həyatı

Salih Salihov 1909-cu ildə Ağdaş rayonunda anadan olub. 1922-ci ildə Bakıya gələrək fəhlə fakültəsinə qəbul olmuş və pedaqoji təmayüllü orta təhsil almışdır. 1933-cü ildə ali pedaqoji təhsil alan S Salihov bir müddət orta məktəb və texnikumlarda fizika-riyaziyyat fənləri üzrə müəllimlik etmişdir. Lakin təbabət elminə olan böyük həvəs onu 1939-cu ildə N. Nərimoanov adına Azərbaycan Tibb İnstitutuna gətrimişdir. 1943-cü ildə müalicə-profilaktika sahəsini bitirən S. Salihov institutda saxlanmışdır. S. Salihov 1950-ci illərdə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun Azərbaycan kurortlarının öyrənilməsində mühüm xidmətləri vardır. O, 100-dən artıq elmi məqalənin və üç monoqrafiyanın müəllifi olmuşdur. S. Salihov 1976-cı ildə vəfat etmişdir.

Fəaliyyəti

O, əvvəlcə I hospital terapiya kafedrasında kliniki ordinator, sonra assistent, dosent və 1957-ci ildən kafedranın müdiri seçilmişdir. S Salihov Tibb İnstitutunda işləməklə bərabər, 1944–45-ci illərdə əvvəlcə Naftalan kurortunun direktoru, sonra isə Naftalan sanatoriyasının baş həkimi işləmişdir. S. Salihov 1950–52-ci illərdə N. A. Semaşka adına klinikanın baş həkimi vəzifəsində işləmişdir. S. Salihov 1956-cı ildə Yəmən Krallığına həkim-terapevt kimi ezam edilmişdir. O, Ümumittifaq Terapevtlə və Kardioloqlar Cəmiyyətinin sədr müavini, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Terapiya üzrə attestasiya komissiyasının sədri, Azərbaycan tibb jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Mükafatları

S. Salihova 1960-cı ildə "Səhiyyə əlaçısı" nişanı və "Azərbaycan SSR fədakar həkimi" fəxri adı verilmişdir. O, 1960-c ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və 1977-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salih Salihov haqqında məlumat. Salih Salihov nədir? Salih Salihov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Dövlət başçısı

  • Fevral 27, 2026

    International Baccalaureate

  • Fevral 25, 2026

    I Nikolay

  • Fevral 27, 2026

    Bilik brokeri

  • Fevral 27, 2026

    Antiutopiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst