Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
| Hikmət Atayev | |
|---|---|
| |
| 13 mart 2006 – 7 mart 2013 | |
| Seçki dairəsi | 2006, 2010 — 110 saylı Zaqatala |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| Sonrakı | Elşən Musayev |
Zaqatala Şəhər Bələdiyyəsinin sədri | |
| 2005 – 2006 | |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Atayev Hikmət İsmayıl oğlu |
| Doğum tarixi | 4 fevral 1953 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 7 mart 2013 (60 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | avtomobil qəzası |
| Partiya |
|
| Təhsili |
|
Həyatı
Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi.
1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
7 mart 2013-cü ildə Gürcüstandan Balakən istiqamətində hərəkət edərkən idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat etmişdir.
Evli idi və 4 övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hikmət Atayev haqqında məlumat. Hikmət Atayev nədir? Hikmət Atayev nə deməkdir?
