Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəfiqə Əfəndizadə (tam adı: Şəfiqə Məhəmmədəmin qızı Əfəndizadə; 19 may 1883, Azğur, Tiflis quberniyası – 29 iyul 1959, Bakı) — Azərbaycanın ilk maarifpərvər qa

Şəfiqə Əfəndizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Şəfiqə Əfəndizadə

Şəfiqə Əfəndizadə (tam adı: Şəfiqə Məhəmmədəmin qızı Əfəndizadə; 19 may 1883, Azğur, Tiflis quberniyası – 29 iyul 1959, Bakı) — Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist, yazıçı.

Şəfiqə Əfəndizadə
Şəfiqə Məhəmmədəmin qızı Əfəndizadə
Doğum adı Şəfiqə Məhəmmədəmin qızı Şeyxzadə
Doğum tarixi 19 may 1883(1883-05-19)
Doğum yeri
  • Azğur, Axalsıx qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 iyul 1959(1959-07-29) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Həyat yoldaşı Ələddin Əfəndizadə (Əfəndiyev)
Uşaqları
  • Adil Əfəndiyev,
  • Fuad Əfəndiyev
Atası Hafiz Məhəmmədəmin Şeyxzadə[d]
Fəaliyyəti jurnalist, publisist, maarifçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məhəmmədəmin qızı Əfəndizadə 1883-cü il, may ayının 19-da Axaltsixe rayonunun Azğur kəndində tanınmış pedaqoq Hafiz Məhəmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. İlk təhsilini evdə öz atasından almışdır. 1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımdan sonra qaçqın düşmüş Qubada, Azqurda, İstanbulda yaşamışdır. Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti

Şəfiqə Əfəndizadə (mərkəzdə soldan 1-ci) Bakı rus-müsəlman qız məktəbinin müəllim və şagirdləri ilə

Hələ 1896-cı ildə 14 yaşında ikən Şəfiqə Əfəndizadə Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi almışdır. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə o Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur. 1910-cu ildən 1920-ci ilədək o, şəhər rus-tatar (Azərbaycan) qadın məktəbinin müəllimi olmuşdur. 1915-ci ildən həmçinin qadın pedaqoji məktəbindəki pedaqoji kurslarda da dərs demişdir. 1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilmiş, qurultayda iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışmış, yeni məktəblərin, teatrların açılmasını tələb etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1919-cu ilin aprelində Bakıya dönmüş, pedaqoji işə bərpa olunmuş, 1920-ci ilin fevralında ərizə verərək istefaya çıxmışdır. Şəfiqə Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak etmiş və orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs demişdir. 1920-ci ildən sonrakı dövrlərdə dəfələrlə Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilmiş qadınlar konfransında və qurultaylarında nümayəndə kimi iştirak etmişdir. Sovet hakimiyyəti illərində mədəni quruculuq işlərinə cəlb olunmuş, 1920–1926-cı illərdə darülmüəllimatda (qadın müəllim kadrları hazırlayan pedaqoji məktəb) dərs demiş, 1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlamış, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Şəfiqə Əfəndizadə həmçinin 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Bədii yaradıcılığı

Şəfiqə Əfəndizadə bədii-publisistik yaradıcılıqla məşğul olmuş, ilk dəfə 1903-cü ildə "Şərqi-rus" qəzetində (1903-cü il, № 7) başlamışdır. Sonralar o "Dəbistan", "Məktəb", "Füqara füyüzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş, təlim-tərbiyə mövzularına dair məqalələr, uşaqlar üçün hekayələr dərc etdirmişdir. Eyni zamanda mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. 1914-cü ildə onun yazdığı "İki yetim" yaxud "Kərimin himməti" povesti isə ayrıca kitab şəklində "Kaspiy" tipoqrafiyasında ("Azərbaycan kitabı", Bakı, 1963., s.139) nəşr olunmuşdur. 1916-cı ildə o "Açıq söz" qəzetində (№ 187, 17 may 1916-cı il) Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinə ilk rəyi dərc etdirmişdi.

Haqqında yazılar

"Şərq qadını" onun haqqında belə yazmışdı: "Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı ilk Azərbaycan qadın jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il, № 1).

Şagirdləri

Şəfiqə Əfəndizadənin şagirdləri içərisində respublikamızın görkəmli dövlət xadimi olan Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova və Azərbaycan xalq şairi Mirvarid Dilbazi və başqalarını qeyd etmək olar.

Xatirəsi

Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta məktəbi Şəfiqə Əfəndizadənin adını daşıyır.

Şəkil qalereyası

  • "Azərbaycan" qəzetinin redaksiya heyətində. Soldan əyləşən 3-cü Şəfiqə Əfəndizadə. Bakı, 1919-cu il
    "Azərbaycan" qəzetinin redaksiya heyətində. Soldan əyləşən 3-cü Şəfiqə Əfəndizadə. Bakı, 1919-cu il
  • AXC Parlamentinin işçiləri arasında. Soldan orta cərgədə 3-cü Şəfiqə Əfəndizadə. Bakı, 1919-cu il
    AXC Parlamentinin işçiləri arasında. Soldan orta cərgədə 3-cü Şəfiqə Əfəndizadə. Bakı, 1919-cu il
  • "Şərq qadını" jurnalının (№ 10 (12), 1924) redaksiya heyətində. Soldan əyləşən 3-cü Şəfiqə Əfəndizadə. Bakı, 1923-cü il
    "Şərq qadını" jurnalının (№ 10 (12), 1924) redaksiya heyətində. Soldan əyləşən 3-cü Şəfiqə Əfəndizadə. Bakı, 1923-cü il
  • Birinci Türkoloji Qurultayı zamanı Bakıya gəlmiş Əli bəy Hüseynzadə və Fuad Köprülü ilə. Soldan əyləşən 2-ci Şəfiqə Əfəndizadə. Bakı, 1926-cı il
    Birinci Türkoloji Qurultayı zamanı Bakıya gəlmiş Əli bəy Hüseynzadə və Fuad Köprülü ilə. Soldan əyləşən 2-ci Şəfiqə Əfəndizadə. Bakı, 1926-cı il

Həmçinin bax

  • Şərq qadını (jurnal)
  • Xədicə Əlibəyova
  • Səkinə Axundzadə
  • Qəribsoltan Məlikova

Ədəbiyyat

  • Məmmədov S., Azərbaycan maarifpərvər qadınları, B., 1960.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəfiqə Əfəndizadə haqqında məlumat. Şəfiqə Əfəndizadə nədir? Şəfiqə Əfəndizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    S:Maun surəsi

  • Fevral 25, 2026

    Marina Svetayeva

  • Fevral 27, 2026

    Məryəm surəsi

  • Fevral 26, 2026

    Maks Eyve

  • Fevral 27, 2026

    Bornmut

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst