Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirin Vəli oğlu Mirzəyev (5 yanvar 1947, Stepanakert – 18 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik–leytenant, Birinci Qarabağ müharibə

Şirin Mirzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Şirin Mirzəyev

Şirin Vəli oğlu Mirzəyev (5 yanvar 1947, Stepanakert – 18 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, polkovnik–leytenant, Birinci Qarabağ müharibəsi şəhidi.

Şirin Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 yanvar 1947(1947-01-05)
Doğum yeri
  • Stepanakert, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 iyun 1992(1992-06-18) (45 yaşında)
Vəfat yeri Yeni Qaralar, Ağdam rayonu, Azərbaycan
Vəfat səbəbi minaya düşərək şəhid olub
Dəfn yeri
  • Şəhidlər Xiyabanı
Həyat yoldaşı
  • Flora Qasımova
Təhsili
  • SSRİ DİN-nin Ali Siyasi Məktəbi[d]
Hərbi fəaliyyəti
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. Daha sonra 1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki uşağı dünyaya gəlir. 1988-ci ildə Moskvada Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.

Döyüş yolu

Ş.Mirzəyevin yolu respublikada örnək göstərilə biləcək bir döyüş yoludur. Belə ki, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi.

1990–1991-ci illərdə Qarabağda ermənilərin təxribatları artdığından könüllü hərbi birləşmənin yaradılması artıq zərruri olmuşdu. Məhz buna görə də 1991-ci ilin avqustunda Ş. Mirzəyev Ağdama yollanır. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradılır. Təcrübələrinə görə Ağdam əlahiddə özünümüdafiə taborunun komandanlığı onun öhdəliyinə verilir.

Onun komandir seçilməsindən sonra 1200-dən çox gənc könüllü olaraq ordu sıralarına yazılır. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri yerinə yetirir. Bir komandir kimi Ş.Mirzəyev həmişə ön cəbhədə döyüşür. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirir və hətta, ucqar yerlərə silahların çatdırımasına belə özü rəhbərlik edir. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edir. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırılır. 1992-ci il 18 iyunda üç komandirlik etdiyi alayla birlikdə yenidən ön cəbhəyə yollanır. Tankları yerləşdirdikdən sonra hazırlıq üçün arxa cəbhəyə geri qayıdarkən onun avtomobili minaya düşür və o şəhid olur.

Şirin Mirzəyevin həyatından bəhs edən "Sərkərdə" kitabının müəllifi, hərbi jurnalist İbrahim İbadoğludur.

Ailəsi

Deputat Flora Qasımova Şirin Mirzəyevin həyat yoldaşıdır. Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar.

Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır. Qızı isə ingilis dili müəlliməsidir.

Mükafatları

  • (16.09.1994) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

İrsi və xatirəsi

Şirin Mirzəyev küçəsi.

Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.

2021-ci ildə Türkiyənin Bursa vilayətində Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb.

Ədəbiyyat

  • Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. səh. səh.444. ISBN A-49.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 211.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şirin mirzəyev sözünün mənası, şirin mirzəyev haqqında məlumat. şirin mirzəyev nədir? şirin mirzəyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çələbixan

  • Mart 01, 2026

    Kabab

  • Fevral 27, 2026

    Qafqaz xanımotu

  • Fevral 27, 2026

    Şərur rayonu

  • Fevral 27, 2026

    Xaqani

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst