Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şah Mahmud — Müzəffərilərin İsfahan valisi. Müxtəlif aralıqlarla ölkənin bir qismində, və ya İsfahanda hakimiyyətdə olmuşdur.

Şah Mahmud

  • Ana Səhifə
  • Vikipediya
  • Şah Mahmud

Şah Mahmud — Müzəffərilərin İsfahan valisi. Müxtəlif aralıqlarla ölkənin bir qismində, və ya İsfahanda hakimiyyətdə olmuşdur.

Şah Mahmud
Qütbəddin Şah Mahmud
fars. قطب‌الدین شاه محمود‎
Müzəffərilərin İsfahan valisi
1359 – 1360/1367 – 1370
III Müzəffəri hökmdarı
1360 – 1367/1370 – 1376
ƏvvəlkiŞah Şüca
SonrakıŞah Şüca
Şəxsi məlumatlar
Doğum tarixi 1336(1336)
Vəfat tarixi 1376
Atası Mübarizəddin Məhəmməd

Həyatı

Mübarizəddin Məhəmmədin taxtdan endirilməsi

Atası, Müzəffəri hökmdarı Mübarizəddin Məhəmmədin Azərbaycan yürüşündən geri dönməsindən sonra 1359-cu ildə qardaşı Şah Şüca ilə birləşərək atasını devirdi. Həmin il hakimiyyətə gələn qardaşı Şah Şüca tərəfindən İsfahan valisi təyin edildi.

1360-cı illərdə Şah Şücanın vergi məmurları Əbərkuhdan vergi toplamaq istədikdə Şah Mahmud bunu qəbul etmədi və üsyan qaldırdı. Şah Şücanın adını sikkələrdən və xütbədən çıxararaq müstəqilliyini elan etdi. Şah Şüca 1362–1363-cü illərdə böyük qoşunla İsfahana doğru yürüş etdi. Tərəflər arasında baş tutmuş hərbi qarşıdurma nəticə vermədi və qardaşlar arasında sülh imzalandı.

Bu dövrdə Şah Mahmud Cəlairi hökmdarı sultan Üveysə müraciət etdi və ona kömək göstərəcəyi təqdirdə Müzəffəri dövlətini onun vassalı kimi idarə edəcəyini bildirdi. Bu təklifi qəbul edən sultan Üveys 1363–1364-cü illərdə İsfahana böyük ordu göndərdi. Şah Mahmudun qalib gələcəyini bilən ətrafdakı Müzəffəri əmirləri də ona qatıldılar. 1364-cü ildə Şiraz yaxınlığında baş tutmuş Səri-Cahan düyüşündə tərəflərdən heç biri üstünlük əldə edə bilmədilər və Şah Şüca Şiraza çəkildi. Onu təqib edən Şah Mahmud ardınca şəhəri mühasirəyə aldı. Müqavimət göstərə bilməyəcəyin başa düşən Şah Şüca Əbərkuha, oradan da Kirmana çəkildi. Şah Mahmud isə Şirazda taxta oturdu.

Şah Mahmud hakimiyyətə gəldikdən sonra hakimiyyətində olan ərazilər faktiki olaraq Cəlairilər tərəfindən idarə edilirdi. Şah Mahmud isə vali mövqeyində idi. Bu vəziyyətdən narazı olan Müzəffəri əyanları Şah Şüca ətrafında birləşməyə başladılar. 1366-cı ildə Kirmandan Şiraza hərəkət edən Şah Şüca iyulu ayında Şiraz yaxınlığında Şah Mahmudu və Cəlairi qüvvələrini məğlubiyyətə uğratdı. Şah Mahmud İsfahana çəkildi. Daha sonra Şah Şüca 1366–1367-ci illərdə İsfahana hərəkət etdi. Şah Mahmudun sülh təklif edib onun hakimiyyətini qəbul edəcəyini bildirməsindən sonra tərəflər arasında sülh imzalandı.

1368–1369-cu illərdə Şah Şüca və Şah Mahmud sultan Üveysə qohum olmaq üçün elçilər göndərdilər. Şah Mahmud sultan Üveysə evlilik nəticəsində yenidən Cəlairi hakimiyyətini qəbul edəcəyini və məqsədinin sultan Üveysin köməkliyi ilə Fars, Kirman, Yəzd və Əbərkuh ərazilərinin ələ keçirmək olduğunu, bu əraziləri Cəlairilərin vassalı kimi idarə etmək olduğunu bildirdi. Bu təklifi qəbul edən Üveys Cəlayır 1369–1370-ci illərdə bacısını böyük təntənə və çoxsaylı qüvvə ilə İsfahana göndərdi. Beləliklə, İsfahan yenidən Müzəffəri hakimiyyətindən ayrıldı və Şah Mahmud tərəfindən müstəqil idarə edilməyə başladı.

1376-cı ildə sultan Üveys və Şah Mahmud vəfat etdi. Bundan sonra İsfahana hərəkət edən Şah Şüca şəhəri nəzarətə götürdü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şah Mahmud haqqında məlumat. Şah Mahmud nədir? Şah Mahmud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əhmədiyyə Cəbrayılov

  • Fevral 27, 2026

    Pərvin Muradova-Dilbazi

  • Mart 01, 2026

    Sapindoideae

  • Fevral 27, 2026

    Əhəmənilər sülaləsi

  • Mart 01, 2026

    Karolina itburnusu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst