Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mübarizəddin Məhəmməd (1301 – 1 dekabr 1363; fars. مبارز الدین محمد‎) — Müzəffəri hökmdarı. Müzəffəri hakimiyyətinin banisi.

Mübarizəddin Məhəmməd

  • Ana Səhifə
  • Vikipediya
  • Mübarizəddin Məhəmməd

Mübarizəddin Məhəmməd (1301 – 1 dekabr 1363; fars. مبارز الدین محمد‎) — Müzəffəri hökmdarı. Müzəffəri hakimiyyətinin banisi.

Mübarizəddin Məhəmməd
fars. مبارز الدین محمد‎
Mübarizəddin Məhəmmədin taxtdan salınması
Mübarizəddin Məhəmmədin taxtdan salınması
I Müzəffəri hökmdarı
1314 – 1359
ƏvvəlkiXanədanın əsası qoyulub
SonrakıŞah Şüca
Şəxsi məlumatlar
Doğum tarixi 1301
Vəfat tarixi 1363 (61–62 yaşında)
Vəfat yeri Bəm qalası
Atası Şərafəddin Müzəffər
Uşaqları Şah Şüca, Şah Mahmud, II Şərafəddin Müzəffər, İmadəddin Əhməd
Ailəsi Müzəffərilər sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Hakimiyyətə gəlməsi

Mübarizəddin Məhəmməd 1314-cü ildə atası Şərafəddin Müzəffərin ölümündən sonra hakimiyyətə gəlmişdir. Atasının ölümündən sonra Elxani hökmdarı Olcaytu xan onun şücaətini qiymətləndirərək atasından qalmış mülkü Mübarizəddin Məhəmmədə geri verdi və onu Meybod və Yəzd ətrafındakı yolların mühafizəsinə təyin etdi.

Yəzd atabəyi Hacı Şah ilə Elxani Əbu Səidin münasibətlərinin pozulmasından sonra Mübarizəddin Məhəmməd Əbu Səidin icazəsi ilə Yəzd atabəyliyi üzərinə yürüş təşkil etdi. Müqavimət göstərə bilməyəcəyini anlayan Hacı Şah şəhəri tərk etdi. 1318–1319-cu illərdə Yəzd Müzəffərilər tərəfindən ələ keçirildi və Mübarizəddin Məhəmməd şəhərə vali təyin edildi. Əbu Səidin 1335-ci ildə ölümündən sonra Mübarizəddin Məhəmməd Yəzddə siyasi müstəqillik əldə etdi və adına sikkə zərb etdirdi.

Fəthlər və Müzəffəri ərazilərinin genişləndirilməsi

1339–1340-cı illərdə Mübarizəddin Məhəmməd Çobanilərin Şiraza yürüşlərinə dəstək verdiyi üçün Kirman valiliyinə təyin edildi. Bu dövrdən etibarən İncularla Müzəffərilər arasında hərbi-siyasi qarşıdurmalar başladı. 1352-ci ildə İncu hökmdarı Əbu İshaqın Kirmana təşkil etdiyi növbəti yürüşdə də ağır itki verməsindən sonra, İncular üzərinə yürüş təşkil edən Mübarizəddin Məhəmməd həmin il Şirazı ələ keçirdi. 1357-ci ildə İsfahan Müzəffərilər tərəfindən mühasirəyə alındı. Həmin il şəhər ələ keçirildi və şəhərdə olan Əbu İshaq 12 may 1357-ci ildə edam edildi. Beləliklə, İncu hakimiyyətinə son verildi.

1355–1356-cı illərdə Şəbankarəlilər məğlub edildi və Fars bölgəsi tam nəzarətə alındı, 1357-ci illərdə Luristan ələ keçirildi.

Mübarizəddin Məhəmməd 1359-cu ilin yazında Azərbaycana yürüş təşkil etdi. Vərziqanda Qızıl Ordanın şəhərə təyin etdiyi vali Əxicuğu məğlubiyyətə uğradaraq Təbrizə daxil oldu. Lakin Təbrizdə çox qala bilmədi, Cəlairi sultan Üveysin bölgəyə hərəkətini xəbər tutduqdan sonra İsfahana geri çəkildi.

Taxtdan salınması

İsfahanda oğulları Şah Şüca və Şah Mahmud tərəfindən taxtdan salındı. Gözlərinə mil çəkilərək həbs edildi. Bir müddət sonra peşman olan Şah Şüca və Şah Mahmud Mübarizəddin Məhəmmədi yenidən Şiraza gətirərək taxta çıxardılar. Lakin Şah Şüca Mübarizəddin Məhəmmədin tərəfdarlarının onu taxtdan salmaq istədiyi xəbərini aldıqdan sonra, onun adalmarını öldürtdürdü və özünü isə Tabər qalasında həbs etdirdi. Qaladakı şərait səbəbindən xəstlənən Mübarizəddin Məhəmməd daha sonra Bəm qalasına aparılsa da sağalmadı və burada təxminən 1363-cü ilin dekabrı-1364-cü ilin yanvar aylarında vəfat etdi. Meyboddakı Müzəffəriyyə mədrəsəsində dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mübarizəddin Məhəmməd haqqında məlumat. Mübarizəddin Məhəmməd nədir? Mübarizəddin Məhəmməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Şaolin

  • Fevral 27, 2026

    Dəvdək

  • Mart 01, 2026

    Simit

  • Mart 01, 2026

    Qoşabulaq (Göyçə)

  • Mart 01, 2026

    Ramiz Novruzov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst