Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəlairilər sultanlığı — 1340-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş eyniadlı monqol əsilli türk xanədanının idarə etdiyi dövlət.

Cəlairilər sultanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Cəlairilər sultanlığı

Cəlairilər sultanlığı — 1340-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş eyniadlı monqol əsilli türk xanədanının idarə etdiyi dövlət. Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər.

Sultanlıq
Cəlairilər sultanlığı
آلجلایر
Bayraq
Bayraq
1335 — 1432
Paytaxt Bağdad (1335-1358)
Təbriz (1359-1388)
Bağdad (1388-1411)
Bəsrə (1411-1432)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

İlk Cəlairlər

Hülakü xanın Bağdadı fəthindən sonra İlqa noyon Cəlair və nəvəsi Qarabuğa Cəlair Bağdadın yenidənqurması ilə məşğul olurdular. İlqa noyon 1263-cü ildə Qızıl Ordaya qarşı yürüşdə iştirak etmişdi. 1282-ci ildə Əhməd Təkudarın hakimiyyətə gəlməsini ilk dəstəkləyənlər İlqa noyonun oğlu Şiktur noyon və qardaşı Oğulay Qorçu Cəlairin oğlu Buğa noyon idi. Daha sonra Şiktur Noyon və qardaşı Ağbuğa noyon Əhmədin, Buğa noyon və qardaşı Arıq noyon isə Arqunun tərəfinə keçdilər. Mübarizədən Arqun və Buğa noyon qalib ayrıldı, lakin Buğa hakimiyyəti tək ələ almaq istədiyi üçün oğulları Abaçı, Malik, Tərxan Teymur və Qutluq Teymur 1289-cu ildə edam edildi.

1265-ci ildə İlqa noyonun digər oğlu Tüqu noyon Rum əyalətində bitikçi kimi çalışırdı. 1277-ci ildə Baybars tərəfindən öldürülmüşdü.

Digər bir qardaş Ağbuğa noyon isə Keyxatunun tərəfdarı idi. Öz qardaşı Toğan noyonu belə Keyxatuya tabe olmadığı üçün edam etmişdi.

1295-ci ildə Keyxatu xanın devrilməsindən sonra onun dəstəkçilərindən biri olan Ağbuğa Cəlair də öldürülmüşdü, lakin elə həmin il Baydunun devrilməsi və Qazan xanın hakimiyyətə gəlməsi Cəlairiləri də gücləndirdi. Qazan xan öz bacısı Ulcatay sultanı Ağbuğa noyonun oğlu Əmir Hüseyn Cəlairlə evləndirdi. Hüseyn noyon 1304-cü ildə artıq Olcaytu xanın 4 keşik əmirindən biri idi. 1312–1313-cü ildə Arran hakimliyi ilə məşğul idi. Hüseyn noyonun qızı Soyurqatmış xatun Olcaytu ilə evlənmişdi, lakin 1316-cı ildə Olcaytunun ölümü ilə rəqib keşik əmirlərindən biri — Əmir Çoban üstünlük qazandı. Əmir Çoban həm də Əmir Hüseyn ilə quda idi — oğlu Həsən noyon Çobanın qızı Bağdad Xatunla evli idi. Əmir Hüseyn 1322-ci ildə vəfat etdi.

Cəlairilər sultanlığının qurulması

Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan, Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Elxanilər dövlətinin dağılması ərəfəsində Şeyx Həsən Cəlayır 1341-ci ildə Bağdadda Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi.

Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın əsgər var idi. Teymurun yürüşləri dövründə Cəlairilərin Azərbaycanda nüfuzu bilavasitə Əlincəqaladakı hökmranlıqları ilə həyata keçirildi. Qalanın müdafiəsinə Xacə Cövhər, Altun və Əhməd Oğulşayi başçılıq etmişlər. Qaladakı cəlairi əmirləri 1386–1391-ci illərdə 6 dəfə Təbrizə yürüş etmiş və hakimiyyətlərinin bərpasına cəhd göstərmişlər. 4 yürüş nəticəsində Təbriz tutulsa da, şəhərdə möhkəmlənmək mümkün olmamışdır. 1405-ci ildə Sultan Əhməd Azərbaycanda hakimiyyətini bərpa etdi. 1410-cu ildə onun ölümü ilə Cəlairilər dövləti süquta uğrasa da, başqa ərazilərdə öz fəaliyyətini bir müddət davam etdirdi.

Hökmdarları

  • Tacəddin Həsən noyon (1335–1356)
  • Sultan Üveys Cəlayır (1356–1374)
  • Sultan Cəlaləddin Hüseyn (1374–1382)
  • Sultan Qiyasəddin Əhməd (1382–1410)
  • Sultan Bəyazid (1382–1383), İraqda
  • Sultan Şahvələd (1410–1411)
  • Sultan Mahmud Cəlayır (1411–1415), (1422)
  • II Sultan Üveys (1415–1421)
  • Sultan Məhəmməd Cəlayır (1421–1422)
  • II Sultan Hüseyn Cəlayır (1424–1432)

Azərbaycan sülalələri

Şah sülalələri

Mannalar
Madaylar
Atropatidlər
Atropatena Arşakiləri
Sacilər
Şəddadilər
Rəvvadilər
Şirvanşahlar
Səlcuqlular
Elxanlılar
Cəlayırlar
Qaraqoyunlular
Ağqoyunlular
Səfəvilər
Əfşarlar
Qacarlar

Knyaz sülalələri

Sünik
Arranşahik
Alban Arşakiləri
Mehranilər
Dəfnə sülaləsi
Həsən-Cəlalyanlar

Xan sülalələri

Cavanşirlər
Ziyadoğlular sülaləsi
Bayatlar
Qaradağlılar
Müqəddəmlər
Şahsevənlər
Şəqaqilər
Dünbililər
Kəngərlilər
Xançobanlılar
Bakıxanovlar
Qara Keşiş nəsli
Xoyskilər

  • bax
  • müzakirə
  • redaktə

Soyağacı

 
 
 
Hüseyn noyon Cəlayır
 
Arqun xanın kürəkəni, Ulcatay Sultanın əri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tacəddin Həsən noyon
1335-1356
 
Dilşad xatun
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Üveys
1356-1374
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şeyx Əli (ö.1382)
 
I Hüseyn
1374-1382
 
 
 
Sultan Qiyasəddin Əhməd
1383-1410
 
Şeyx Həsən (ö.1374)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şahvələd
1410-1411
 
Təndurə xatun
 
 
 
Əlaəddövlə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mahmud
1411-1415
 
II Sultan Üveys Cəlayır
1415-1421
 
Məhəmməd
1421-1422
 
II Sultan Hüseyn Cəlayır
1424-1432
 
 
 
 

Həmçinin bax

  • Cəlayır eli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlairilər sultanlığı haqqında məlumat. Cəlairilər sultanlığı nədir? Cəlairilər sultanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əli Fitrət

  • Fevral 27, 2026

    Avtomatlar nəzəriyyəsi

  • Fevral 27, 2026

    Həmyerlilər

  • Fevral 27, 2026

    Naciyə Qadınəfəndi

  • Fevral 27, 2026

    Fərman Şəkili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst