İvan Sergeyeviç Kosıx (rus. Ива́н Серге́евич Косы́х; 11 noyabr 1925, Alapayevsk, SSRİ – 15 yanvar 2000, Moskva)— sovet və Rusiya kinoaktyoru, epizodik rolların ustası, RSFSR-in əməkdar artisti (1991).
| İvan Kosıx | |
|---|---|
| rus. Ива́н Серге́евич Косы́х | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Alapayevsk, Ural vilayəti, RSFSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Moskva, Rusiya |
| Dəfn yeri | |
| Milliyyəti | rus |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | kinoaktyor |
| Fəaliyyət illəri | 1951-1997 |
| Təhsili |
|
| Mükafatları | |
| IMDb | ID0467577 |
Həyatı
İvan Kosıx 11 noyabr 1925-ci ildə Alapayevskdə (hazırda Sverdlovsk vilayəti) anadan olub. 2 saylı Alapayevsk orta məktəbini bitirib. 1942-ci ildə M. P. Musorqski adına Ural Dövlət Konsevatoriyasının Xalq çalğı alətləri fakültəsinin bayan sinfinə daxil olub.
1943-cü ilin mart ayında könüllü olaraq cəbhəyə yollanıb. DİXK-nin 34-cü diviziyasının 85-ci polkunun təkibində döyüşüb.
1946-cı ilin mayında ordudan təlxis olunandan sonra Sverdlovsk Kinoaktyor Məktəbinə daxil olub. 1948-ci ildə S. A. Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsinin üçüncü kursuna keçib. 1951-ci ildə bu institutu bitirəndən sonra Kinoaktyor Teatr-studiyasında ştata alınıb və 1990-cı ildə təqaüdə çıxana qədər burada çalışıb.
Təxminən iki yüz filmdə epizodik rolda çəkilib.
Aktyor Viktor Kosıxın ögey atasıdır.
İvan Kosıx 15 yanvar 2000-cü ildə vəfat edib. Xovan qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya
- Əsgər atası (film, 1964)
- İyirmialtılar (film, 1966)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Od içində (film, 1978)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvan Kosıx haqqında məlumat. İvan Kosıx nədir? İvan Kosıx nə deməkdir?
