Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Türkiyənin şimal qərbində yerləşən bu boğazlar (Bosfor və Çanaqqala) Avropa və Asiya qitələri arasında sərhəd sayılır.

Türk boğazları

  • Ana Səhifə
  • Vikipediya
  • Türk boğazları

Türk boğazları ― Mərmərə dənizini Egey dənizi və Qara dəniz ilə bağlayan iki boğaz.

Türk boğazları: Şimal-şərqdə qırmızı rənglə Bosfor, cənub-qərbdə sarı rənglə Dardanel göstərilmişdir.

Türkiyənin şimal qərbində yerləşən bu boğazlar (Bosfor və Çanaqqala) Avropa və Asiya qitələri arasında sərhəd sayılır.

Bosfor boğazı

İstanbul Boğazı və ya Bosfor boğazı Mərmərə dənizini şimal-şərq tərəfdən Qara dənizlə əlaqələndirir. Boğazın uzunluğu təxminən 30 km, eni isə 700 metrdir. İstanbulu Asiya və Avropa tərəflərinə ayırır. Bu qurular arasında əlaqə boğazın üstündə inşa olunmuş üç asma körpü (15 iyul Şəhidlər Körpüsü, Fateh Sultan Mehmet körpüsü, Yavuz Sultan Səlim körpüsü) və boğazın altından keçən bir Marmaray dəmir yolu keçidi və Avrasiya tuneli avtomobil yolu keçidi ilə təmin olunur.

Çanaqqala boğazı

Çanaqqala boğazı və ya Dardanel boğazı Mərmərə dənizini cənub-qərb tərəfdən Egey dənizi ilə əlaqələndirir. Boğazın uzunluğu 68 km, eni isə 1.2 km-dir. Çanaqqala boğazı Türkiyənin Çanaqqala şəhəri yaxınlığında yerləşir. Birinci Dünya müharibəsində Çanaqqala döyüşü bu ərazilərdə baş tutmuşdur. Boğazın ayırdığı quru sahələrini əlaqələndirmək üçün üzərində inşa olunmuş Çanaqqala 1915 körpüsü 2022-ci ilin 18 martında istifadəyə verilmişdir. Bu, dünyanın ən uzun orta məsafəli asma körpüsüdür.[1]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türk boğazları haqqında məlumat. Türk boğazları nədir? Türk boğazları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Roka burnu

  • Fevral 11, 2026

    Dardanel boğazı

  • Fevral 11, 2026

    Dağ

  • Fevral 13, 2026

    Səudiyyə Ərəbistanı

  • Fevral 13, 2026

    Kamerun

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst