Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya

Koreya yarımadası

  • Ana Səhifə
  • Vikipediya
  • Koreya yarımadası

Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada

Koreya yarımadası
한국
Ümumi məlumatlar
Sahəsi
  • 85.270 mil²
Yerləşməsi
38°41′18″ şm. e. 127°56′38″ ş. u.HGYO
Akvatoriya Yapon dənizi, Sarı dəniz
Ölkələr
  •  Cənubi Koreya
  •  Şimali Koreya
Koreya yarımadası xəritədə
Koreya yarımadası
Koreya yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası.

Mündəricat

Ölkələr

Cənubi Koreya

Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir.

Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var.

Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.

1948-ci ildə qəbul olunmuş konstitusiyaya sonrakı illərdə bəzi dəyişikliklər edilib. 1980-ci illərə kimi bir neçə hərbi diktatura hakimiyyətini sinaqdan keçirmiş Koreya Respublikası hazırda müvəffəqiyyətlə liberal demokratiyanı inkişaf etdirməkdədir, 188-dən çox ölkə ilə diplomatik əlaqə saxlayır.

Şimali Koreya

Şimali Koreya Xalq Demokratik Respublikası yaranan ilk gündən hakimiyyətə gəlmiş Koreya Əmək Partiyası ölkədə planlaşdırılan iqtisadiyyat sistemi qurub. 1949-cu ildən bütün sənaye sahələri, o cümlədən daxili və xarici ticarət dövlət nəzarətindədir.

Ölkənin ərazisi 120 540 kvadratkilometr, əhalisi 24 milyon nəfərdir. Paytaxtı Pxenyan şəhəridir.

1970-ci illərdə ağır iqtisadiyyatın, ordu xərclərinin və neft qiymətlərinin kəskin artımı ölkə iqtisadiyyatının tənəzüllünə səbəb olub və bu, 1980-ci ildə defoltla nəticələnib.

1994-cü ildə vəfat edən Kim İr Senin ardınca hakimiyyətə onun oğlu Kim Çen İr yiyələnib və ölkə iqtisadiyyatındakı durğunluq və izolyasiya onun rəhbərliyi illərində də davam edib.

2002-ci ildə hakimiyyət islahatlara başlayıb - milli valyuta devalvasiya edilib, kənd təsərrüfatı məhsullarının qiyməti sərbəstləşdirilib, kəndlərdəki kollektiv təsərrüfat növü ailə təsərrüfatlarıyla əvəz edilib. Nəticədə xarici investisiyaların həcmi kəskin artıb. Təkcə Çin 2004-cü ildə Şimali Koreya iqtisadiyyatına 200 milyon dollar həcmində yatırım qoyub.

2007-ci ildə - Cənubi Koreya prezidentinin Şimali Koreyaya səfərindən sonra bu ölkələr birləşməyə qərar veriblər və yardım üçün BMT-yə müraciət ediblər.

Ancaq son illərdə Şimali Koreyada sərt kurs tərəfdarlarının artması bu prosesin inkişafına mane olub, Cənubi Koreyaya rəsmi münasibət dəyişib. İqtisadi islahatlar da dayandırılıb, ölkə nüvə problemi üzrə altıtərəfli danışıqlarda iştirakdan imtina edib.

2009-cu ildə ölkə konstitusiyasına dəyişikliklər edilib, kommunizmlə bağlı bütün sözlər əsas qanunundan çıxarılıb. Yeni dəyişikliklərə görə, güclü ordu ideologiyası önə çıxarılıb və dövlət başçısı Kim Çen İrin səlahiyyətləri artırılıb. Əgər 1998-ci il konstitusiyasinda dövlət başçısının sadəcə dövlət məsələləri ilə məşğul olması nəzərdə tutulurdusa, yeni dəyişikliklərdən sonra o, həm də ali baş komandan statusu qazanıb.

Həmçinin bax

  • Çando (Vando)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koreya yarımadası haqqında məlumat. Koreya yarımadası nədir? Koreya yarımadası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bazalt

  • Fevral 23, 2026

    Baku (jurnal)

  • Fevral 21, 2026

    Roman

  • Fevral 24, 2026

    Anqola

  • Fevral 23, 2026

    Şərqi Afrika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst