Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İtan Qrin Houk (ing. Ethan Green Hawke; 6 noyabr 1970[…], Ostin) — amerikalı aktyor, yazıçı və film rejissoru. İlk rolu 1985-ci ildə çəkilmiş "Explorers" filmin

İtan Houk

  • Ana Səhifə
  • Vikipediya
  • İtan Houk

İtan Qrin Houk (ing. Ethan Green Hawke; 6 noyabr 1970[…], Ostin) — amerikalı aktyor, yazıçı və film rejissoru. İlk rolu 1985-ci ildə çəkilmiş "Explorers" filmində olub. O, 1989-cu ildə Robin Vilyams ilə birlikdə rol aldığı "Ölü şairlər cəmiyyəti" filmi ilə daha çox tanınma qazanıb. İtanın ən məşhur filmləri aktrisa Cüli Delpi ilə baş rolda çəkildiyi "Əvvəl" trilogiyasıdır. Aktyor "Training Day" və "Boyhood" filmlərindəki performansına görə "Oskar" mükafatına namizədlik əldə etmişdir.

İtan Houk
ing. Ethan Hawke
İtan Houk 2018-ci ildə
İtan Houk 2018-ci ildə
Doğum adı Ethan Green Hawke
Doğum tarixi 6 noyabr 1970(1970-11-06)[…] (55 yaş)
Doğum yeri
  • Ostin, Texas, ABŞ
Həyat yoldaşı
  • Uma Turman (1998–2005)
Uşaqları 4 (Maya Houk, Levon Hawke, Clementine Hawke daxil olmaqla)
Fəaliyyəti kino aktyoru, kinorejissor, romançı, ssenarist, yazıçı, teatr aktyoru, televiziya aktyoru, komiks yazıçısı, teatr rejissoru
Fəaliyyət illəri 1985-ci ildən
Təhsili
  • Nyu-York Universiteti,
  • Karnegi Mellon Universiteti,
  • Ostin Texas Universiteti
Boyu 1,8 m
Çəkisi 74 kq
Üzvlüyü
  • ABŞ Kinoaktyorlar Gildiyası
IMDb ID0000160
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İtan Houk 6 noyabr 1970-ci ildə Texas ştatının Ostin şəhərində doğulmuşdur. Anası xeyriyyə işçisi Lesli (qızlıq soyadı: Qrin), atası Ceyms isə sığorta aktuarisi olmuşdur. Onun valideynləri Texas ştatının Fort-Uort şəhərindəndirlər. Onlar orta məktəbdə oxuyarkən bir-birlərinə aşiq olublar və gənc yaşda evlənmək qərarına gəliblər. Houkun anası ailə həyatı quranda cəmi 17 yaşı var idi. İtan onların evliliyindən bir il sonra dünyaya gəlmişdir. O, anadan olanda valideynlərinin hər ikisi Ostin Texas Universitetində tələbə idilər. Valideynləri 1974-cü ildə, onun cəmi dörd yaşı olanda ayrıldılar və sonda boşandılar.

Boşanmadan sonra İtan anası tərəfindən böyüdülmüşdür. İkisi daimi bir ev tapmazdan əvvəl bir neçə dəfə köçməli olur, sonda nəhayət Nyu-York şəhərində məskunlaşdılar. İtan Brooklyn Heights-də yerləşən Packer Collegiate İnstitute-a getməyə başladı. İtan 10 yaşında olanda onun anası ikinci dəfə ailə həyatı qurdu. Bundan sonra ailə Nyu-Cersi ştatının Township şəhərinə köçür. İtan burada yerləşən West Windsor Plainsboro High School-da təhsil almışdır. O, sonralar, Hun School of Princeton adlı məktəbə getməli olur. Bu məktəbi 1988-ci ildə bitirmişdir.

İtan orta məktəbdə oxuyarkən əvvəlcə yazıçı olmaq arzusunda idi. Lakin zaman keçdikcə o, aktyorluğa olan marağını kəşf etdi. İstedadını 13 yaşında ilk dəfə səhnədə nümayiş etdirmək imkanı qazandı. Bu, McCarter Teatrında baş verdi, burada Corc Bernard Şounun "Sent Joan" pyesinin tamaşasında çıxış etdi. O, həmçinin West Windsor-Plainsboro məktəbində "Meet Me in St. Louis" və "You Can't Take It With You" kimi məktəb tamaşalarında rol alıb. Hun məktəbində oxuyarkən o, məşhur McCarter Teatrında aktyorluq kurslarına yazılır. Bu teatr Prinston məktəbinin yaxınlığında yerləşirdi. Məktəbi başa vurduqdan sonra o, Pittsburqdakı Karnegi Mellon Universitetində oxuyaraq aktyorluğa olan həvəsini davam etdirdi. Ancaq o, "Ölü Şairlər Cəmiyyəti" filmində rol aldıqdan sonra çiçəklənən aktyorluq karyerasına diqqət yetirmək üçün universiteti yarımçıq qoymaq qərarına gəldi. O, həmçinin iki il Nyu-York Universitetində ingilis dili təhsili almışdır, lakin karyerasına görə buranı tərk etmişdir.

Filmoqrafiya

  • Ölü şairlər cəmiyyəti (1989)
  • Sübhdən əvvəl (1995)
  • Gattaca (1997)
  • Böyük ümidlər (1998)
  • Training Day (2001)
  • Gün batımından əvvəl (2004)
  • Taking Lives (2004)
  • Lord of War (2005)
  • Before the Devil Knows You're Dead (2007)
  • Brooklyn's Finest (2009)
  • Sinister (2012)
  • Gecəyarısından əvvəl (2013)
  • Boyhood (2014)
  • Valerian və min planetlər şəhəri (2017)
  • Ay cəngavəri (2022)
  • Qara telefon (2021)
  • The Northman (2022)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İtan Houk haqqında məlumat. İtan Houk nədir? İtan Houk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Etol

  • Fevral 27, 2026

    Yaponiya Əhalisi

  • Fevral 27, 2026

    Valensiya (İspaniya)

  • Fevral 27, 2026

    Stefflon Don

  • Fevral 27, 2026

    Steve Soboroff

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst