Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsa Məlikov — Azərbaycanlı bəstəkar, prodüserdir. Azərbaycanın 2021, 2022-ci illər ərzində Avroviziya beynəlxalq mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbə

İsa Məlikov

  • Ana Səhifə
  • Vikipediya
  • İsa Məlikov

İsa Məlikov — Azərbaycanlı bəstəkar, prodüserdir. Azərbaycanın 2021, 2022-ci illər ərzində Avroviziya beynəlxalq mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri olmuşdur.

İsa Məlikov
Ümumi məlumatlar
Doğum tarixi 21 oktyabr 1980 (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, prodüser
Fəaliyyət illəri 2003-cü ildən
Janrlar pop musiqi, R&B
Musiqi aləti fortepiano
Təhsili
  • Bakı şəhəri 189–190 nömrəli tam orta məktəb[d]

Mündəricat

Həyat və yaradıcılığı

İsa Məlikov 21 oktyabr 1980-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1987-ci ildə 189 saylı orta məktəbə, 1990-cı ildə isə Vaqif Mustafazadə adına 1 saylı musiqi məktəbinə qəbul olunub. Musiqi məktəbini bitirəndən sonra 1995-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil almağa başlayıb. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2001-ci ildə həmin universiteti xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə qırmızı diplomla bitirib. 2003-cü idə incəsənət magistri dərəcəsini alıb. 2004-cü ildə Britaniya Bəstəkarlar və Nəğməkar-şairlər Akademiyasının üzvlüyünə qəbul olunub. 2008-ci ildə "Bakı Musiqi Fabriki" prodüser mərkəzini qurub və onun baş prodüseri olub. Onun rəhbərliyi ilə "BMF" prodüser mərkəzinin ilk məhsulu "Avroviziya – 2009" Beynəlxalq mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadədir. 2009-cu ildə Azərbaycanda ilk rəsmi rekord-leybli olan "BMF Records" təşkil edib. Bir çox musiqili layihələrin ideya müəllifi, bir çox xitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları — Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan, Elnarə, Elşad Xose, Manana, İradə İbrahimova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.

Həmçinin, İsa Məlikov Azərbaycan Avroviziya nümayəndə heyətinin keçmiş rəhbəridir. O, 2021-ci və 2022-ci ildə "Avroviziya" nümayəndə heyətinə rəhbərlik edir. Onun rəhbərliyi altında "Avroviziya"da Azərbaycan 2021-ci ildə Samirə Əfəndinin ifasında "Mata Hari" mahnısı ilə 20-ci yer, 2021-ci il Azərbaycan "Uşaq Avroviziyası"nda isə, Sona Əzizovanın ifasında "One of Those Days" mahnısı ilə 5-ci yeri tutmuşdur. 2022-ci ildə Azərbaycanı "Avroviziya"da Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə təmsil etmiş və 16-cı yeri tutmuşdur. 2022-ci ilin dekabr ayında isə İsa Məlikov Azərbaycanın "Avroviziya" nümayəndə heyəti rəhbərliyindən azad edilmişdir.

Filmoqrafiya

  • Buça

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsa Məlikov haqqında məlumat. İsa Məlikov nədir? İsa Məlikov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İFFHS

  • Fevral 27, 2026

    Osteoartroz

  • Mart 01, 2026

    Stepan Şalayev

  • Fevral 27, 2026

    Zəkiyə Sultan

  • Fevral 27, 2026

    Baden

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst