Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aysel Teymurzadə (25 aprel 1989, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil e

Aysel Teymurzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Aysel Teymurzadə

Aysel Teymurzadə (25 aprel 1989, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 207 xalla 3-cü yeri tutmuşdur.

Aysel Teymurzadə
Aysel Teymurzadə 2009 Avroviziya Mahnı Müsabiqəsində məşq zamanı
Aysel Teymurzadə 2009 Avroviziya Mahnı Müsabiqəsində məşq zamanı
Ümumi məlumatlar
Ləqəbi AySel
Doğum tarixi 25 aprel 1989(1989-04-25) (36 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
  • Murad Adıgözəlzadə (2012–2024)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, pianoçu
Fəaliyyət illəri 2005–2009
2025–h. h.
Janr pop musiqisi
Musiqi alətləri piano
Albom şirkəti Warner Music Group[d]
Təhsili
  • Texas Ali Məktəbi[d],
  • Azərbaycan Dillər Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aysel Teymurzadə 25 aprel 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. 9 yaşında incəsənət məktəbinə daxil olmuş, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olmuşdur. İdmanla ciddi məşğul olan Aysel eyni zamanda xarici dilləri öyrənməyə başlamışdır. Aysel Teymurzadə alman, ingilis, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşında xoreoqrafiya ilə məşğul olmağa başlamışdır. 2001–2005-ci illərdə Aysel fortepiano dərsləri almışdır. 2004-cü ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında "High School"a daxil olmuşdur. 2004–2005-ci illərdə Aysel burada təhsil almışdır. Bu müddət ərzində Amerika Birləşmiş Ştatlarında gənclərin musiqi müsabiqəsində iştirak etmişdir və qızıl medal qazanmışdır. 2006-cı ildə vətənə qayıtmışdır və Bakıda "İntellekt" Liseyini bitirmişdir.

Aysel Teymurzadə vətənə qayıtdıqdan sonra "Yeni Ulduz 4" layihəsində iştirak etmişdir və geniş tamaşaçı kütləsinə tanınmışdır.

2012-ci ildə ailə həyatı qurduqdan sonra müğənni fəaliyyətini bitirmişdir. 2025-ci ilin iyulunda DreamFest çərçivəsində səhnəyə çıxıb.

O, 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.

Avroviziya Mahnı Müsabiqəsi

Aysel Teymurzadə və Araş 2009 Avroviziya Mahnı Müsabiqəsinin yarımfinalında

Aysel Teymurzadə 2009-cu ildə 54-cü Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. İctimai Televiziyasının daxili seçimlərinin nəticəsində Aysel Teymurzadənin Araş ilə Azərbaycanı Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınmışdır. Aysel və Araş "Always" mahnısı ilə Azərbaycanı təmsil etmişdir.

Aysel Teymurzadə və Araş Rusiyanın paytaxı Moskva şəhərində keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində 2-ci yarım-finalda iştirak etmişdir. Aysel və Araş 180 xalla 19 ölkə arasında 2-ci yeri tutmuşdur və finala adlamışdır. 16 may tarixində isə keçirilən finalda Aysel və Araş 42 ölkədən 207 xal almışdır və 54-cü Avroviziya Mahnı Müsabiqəsində 3-cü yeri tutmuşdur. Müsabiqə zamanı Rusiya Federasiyasının Baş naziri Vladimir Putin Aysel Teymurzadə və Araş ilə görüşmüşdür.

Ailəsi

Aysel Teymurzadənin atası Məhəmməd Teymurzadə ixtisasca jurnalistdir. Atası uzun illər Azərbaycan Dillər Universitetində fəlsəfə kafedrasının müdiri olmuşdur. Anası Svetlana Teymurzadə isə elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir.

Aysel Teymurzadə pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 3 övladı var.

Mahnıları

İl Mahnı
2009 "Always"
2010 "Fallin"
"Azərbaycan"
"Yanaram"
"Don't Let the Morning Come"
"Sən"
2011 "Tonight"

Həmçinin bax

Əvvəlki:
Elnur Hüseynov
Samir Cavadzadə
"Day After Day"
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində

2009 Moskva
"Always"
Sonrakı:
Səfurə Əlizadə
"Drip Drop"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aysel Teymurzadə haqqında məlumat. Aysel Teymurzadə nədir? Aysel Teymurzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kürd

  • Fevral 27, 2026

    Geosfer

  • Fevral 27, 2026

    Miçiqan gölü

  • Fevral 23, 2026

    Cəmi ət-Təvarix

  • Fevral 27, 2026

    Okaber

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst