İran xalqları, İrandilli xalqlar və ya İrani xalqları — əsasən Hind-Avropa dil ailəsindəki Hind-İran dillərinin bir qolu olan İran dillərindən hər hansı birinin yerli istifadəsi ilə müəyyən edilən müxtəlif etnolinqvistik qruplar.
![]() |
| İran dillərinin yayılması |
| Ümumi sayı |
|---|
| 210-230 milyon |
| Dili |
| İran dilləri |
| Dini |
| İslam (Şiə İslamı, və Sünni İslamı) |
Proto-iranlıların eramızdan əvvəl II minilliyin ortalarında Mərkəzi Asiyada hind-iranlıların ayrıca bir qolu kimi meydana çıxdıqları güman edilir. Eramızdan əvvəl I minilliyin ortalarında genişlənmənin zirvəsində İran xalqlarının ərazisi qərbdə Dunay düzənliyindən şərqdə Ordos yaylasına və cənubda İran yaylasına qədər bütün Avrasiya çölünü əhatə edirdi.
İran dili danışan xalqarın ümumi əhali sayı təxminən 210-230 milyondur.
Ad
"İran" termini birbaşa Orta Farsca Ērān (𐭠𐭩𐭥𐭠𐭭) və Parfiyaca Aryān (𐭀𐭓𐭉𐭀𐭍) sözlərindən əmələ gəlib. Orta İranca ērān və aryān terminləri qəbilə mənşəli ēr- (Orta Farsca) və ary- (Parfiyaca) sözlərinin əyri cəm formalarıdır və hər ikisi qədim farsca ariya- (𐎠𐎼𐎡𐎹), Avestaca airiia- (𐬀𐬌𐬭𐬌𐬀) və Proto-İranca *arya- sözlərindən törəyib.
Dna və Dse-də Darius və Kserks özlərini "Əhəməni, fars, farsın oğlu və ari soyundan olan ari" kimi təsvir edirlər. Böyük Darius öz dilini arya- ("İran") adlandırsa da, müasir alimlər onu Qədim Fars adlandırırlar, çünki bu, müasir fars dilinin əcdadıdır.
I Şapurun əmri ilə ucaldılmış üçdilli kitabə daha aydın təsvir verir. İstifadə olunan dillər Parfiya, Orta Fars və Yunan dilləridir. Yunan dilindəki kitabədə "ego ... tou Arianon ethnous despotes eimi" yazılıb ki, bu da "Mən İranlıların krallığının (millətinin) kralıyam" deməkdir. Orta fars dilində Şapur "ērānšahr xwadāy hēm", Parfiya dilində isə "aryānšahr xwadāy ahēm" deyir.
Bütün bu dəlillər göstərir ki, Arya adı kollektiv tərif olub, vahid etnik qrupa mənsub olduqlarının fərqində olan, ortaq dildə danışan və Əhrməzd kultuna əsaslanan dini ənənəyə malik xalqları ifadə edirdi.
Qədim İrandilli xalqlar
- Midiyalılar
- Parfiyalılar
- Baktriyalılar
- Xarəzmilər
- Kadusilər
- Soqdiylar
Müasir İrandilli xalqlar
Qalereya
- İrandilli xalqlar
Pakistandan olan Pamiri qızı
Tacik kişi
Tacik qadın və uşaq
Türkiyənin Bismil vilayətindən olan üç Kürd uşaq
Osmanlı imperiyasındakı Kürdlər
I Hürmüz
Osetin Kosta Xetaqurov
Puştun Eyyub xan
Talış qadınları
Bir Midiya əsgəri və bir Fars əsgəri
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrandilli xalqlar haqqında məlumat. İrandilli xalqlar nədir? İrandilli xalqlar nə deməkdir?
