Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deput

İqbal Ağazadə

  • Ana Səhifə
  • Vikipediya
  • İqbal Ağazadə

İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd.

İqbal Ağazadə
Azərbaycan Ümid Partiyasının sədri
Vəzifədədir
15 dekabr 2002-ci ildən
    ƏvvəlkiƏbülfət Əhmədov
    Azərbaycan Respublikasının Milli Məclisi II, III və IV çağırış deputatı
    2005 – 2015
    Seçki dairəsi2005, 2010 — 35 saylı Xətai üçüncü
    ƏvvəlkiVəzifə təsis edildi.
    SonrakıAraz Əlizadə
    7 yanvar 2001 – 17 oktyabr 2003
    Seçki dairəsi2001 — 10 saylı Xətai ikinci
    ƏvvəlkiBabaxan Muradov
    SonrakıVəzifə ləğv edildi.
    Vətəndaş Birliyi Partiyasının katibi
    1999 – 2000
    SədrAyaz Mütəllibov
    SonrakıSabir Hacıyev
    Şəxsi məlumatlar
    Doğum tarixi 18 sentyabr 1968(1968-09-18) (57 yaş)
    Doğum yeri
    • Merdinli, Füzuli, Azərbaycan SSR
    Partiya
    • Vətəndaş Birliyi Partiyası (1999–2000),
    • Azərbaycan Ümid Partiyası (2002)
    Təhsili
    • 4 saylı fars dili təmayüllü internat məktəbi[d],
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti siyasətçi
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.

    1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərilməlidir]

    Ailəsi

    Evlidir, 2 övladı var.

    Siyasi fəaliyyəti

    Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib.

    Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

    2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.

    2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd olsa da seçilə bilməyib.

    Partiya fəaliyyəti

    1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci ildə Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir.

    Şəxsi həyatı

    2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. Ümid Partiyası adından verilən açıqlamada Əliyevin Azərbaycan və Azərbaycan xalqı adına "ən düzgün seçim" olduğu qeyd edilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İqbal Ağazadə haqqında məlumat. İqbal Ağazadə nədir? İqbal Ağazadə nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Tülen adaları

    • Fevral 27, 2026

      Süleymaniyyə

    • Fevral 27, 2026

      Lələli

    • Fevral 27, 2026

      Adil şah

    • Fevral 27, 2026

      Neqroid

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst