Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlı

Babaxan Muradov

  • Ana Səhifə
  • Vikipediya
  • Babaxan Muradov

Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri.

Babaxan Muradov
Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı
4 fevral 1996 – 2000
Seçki dairəsi1996 — 10 saylı Xətai ikinci
ƏvvəlkiVəzifə təsis edildi.
Sonrakıİqbal Ağazadə
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının maarif naziri
1952 – 1954
ƏvvəlkiRəhim Rəhimov
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının maarif nazirinin müavini
1950 – 1952
NazirRəhim Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1927(1927-03-21)
Doğum yeri
  • Nəsirvaz, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi bilinmir
Partiya
  • Azərbaycan Demokratik Maarifçilik Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi (1945–1950)
Fəaliyyəti siyasətçi

Təltifləri
Azərbaycan SSR əməkdar müəllimi — 1960 Azərbaycan SSR Qabaqcıl maarif xadimi

Mündəricat

Həyatı

Babaxan Muradov 21 mart 1927-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır.

Rus dilini bilirdi. Evli idi, 2 övladı var.

Siyasi fəaliyyəti

Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır.

Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.

4 fevral 1996-cı ildə keçirilən seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi olaraq 10 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı seçilmişdir. O, Milli Məclisin Elm və təhsil məsələləri komissiyası sədrinin müavini olmuşdur. 30 sentyabr 1996-cı ildə Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdir. Babaxan Muradov 7 mart 1997-ci ildə Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü seçilmişdir.

Babaxan Muradov Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sədri olmuşdur.

Partiya fəaliyyəti

Babaxan Muradov Azərbaycan Demokratik Maarifçilik Partiyasının katibi olmuşdur.

Mükafatları

Babaxan Muradov 1960-cı ildə Azərbaycan SSR əməkdar müəllimi adına layiq görülmüşdür. O həmçinin SSRİ Qabaqcıl Maarif Xadimi adına da layiq görülmüş, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Həmçinin bax

  • Elşən Musayev

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Babaxan Muradov haqqında məlumat. Babaxan Muradov nədir? Babaxan Muradov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Karl

  • Mart 01, 2026

    Atum

  • Fevral 27, 2026

    .ai

  • Fevral 27, 2026

    Karolina Kennedi

  • Fevral 10, 2026

    Hindistan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst