Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır.

İnterAz TV

  • Ana Səhifə
  • Vikipediya
  • İnterAz TV

International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır.

İnterAz
Loqonun şəkli
Ölkə Rusiya Rusiya
Yayım ərazisi Yer bayrağı (müxtəlif bölgələrdə)
Dil Azərbaycan dili
Rus dili
Türk dili (test yayım)
Baş qərargah Moskva, Rusiya
Yaranma tarixi 2002
Bağlanma tarixi 2023
Sahibi Mətləb Bağırov (Hacı Mətləb)
Sayt az.interaz.com.tr

Mündəricat

Tarixçə

İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb.

Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər.

2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.

2001–2007-ci illərdə "İnterAz" televiziyasının vitse-prezidenti Vasif Babayev olub.

2016 və 2017-ci ildə bir neçə dəfə İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb, televiziyanın Azerspace peykində yayımı dayandırılıb.

2017-ci ilin oktyabrında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparılmış monitorinqlər zamanı "İnteraz" Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunduğu və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyinin bildirildiyini açıqlayıb.

Kanalın 2013-cü ildən fəaliyyətə başlayan "interaztv.com" xəbər portalının domeni 2021-ci ilin iyununda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701–1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq–mühafizə tədbirləri çərçivəsində bloklanıb.

2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda “İnteraz” TV-nin ofisində xüsusi əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində həmçinin “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov saxlanılıb. Bunun ardınca bir sıra hakimiyyətyönümlü Azərbaycan media orqanlarında kanalı tənqid edən materiallar yayımlanıb.

2025-ci ilin fevralında Mətləb Bağırov üç il Jurnalistika və Kütləvi İnformasiya Vasitələri sahəsində fəaliyyətinə qadağa qoyulmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.

  • Keçmiş loqosu
    Keçmiş loqosu

Həmçinin bax

  • SalamNews

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇nteraz tv sözünün mənası, i̇nteraz tv haqqında məlumat. i̇nteraz tv nədir? i̇nteraz tv nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Riçard Trevitik

  • Fevral 27, 2026

    Car-Balakən camaatlığı

  • Mart 06, 2026

    Yanoş Kadar

  • Mart 04, 2026

    Yaroslav Qaşek

  • Mart 06, 2026

    Əməvi məscidi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst