Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valentino Matsola (it. Valentino Mazzola; 26 yanvar 1919 – 4 may 1949) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya A Seriyasının 1949-cu ildə bom

Valentino Matsola

  • Ana Səhifə
  • Vikipediya
  • Valentino Matsola

Valentino Matsola (it. Valentino Mazzola; 26 yanvar 1919 – 4 may 1949) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya A Seriyasının 1949-cu ildə bombardiri olub. İtaliya millisinin və "Torino" klubunun kapitanı olub.

Valentino Matsola
Ümumi məlumatlar
Doğum tarixi 26 yanvar 1919(1919-01-26)
Vəfat tarixi 4 may 1949(1949-05-04) (30 yaşında)
Dəfn yeri
  • Turin xatirə qəbiristanlığı[d]
Vətəndaşlığı
  •  İtaliya
  •  İtaliya krallığı
Boyu 170 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1939–1942 Venezia F.C. 61 (12)
1942–1949 Torino 195 (118)
Milli yığma
1942–1949 İtaliya 12 (4)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

17 Torino oyunçusu da daxil olmaqla 31 nəfərin həyatına son qoyan Superga təyyarə qəzasında faciəvi şəkildə həyatını itirib. Məşhur futbolçular Alessandro Matsola və Ferruccio Matsolanın atasıdır.

Mündəricat

Bioqrafiya

Valentino Matsola fəhlə ailəsində anadan olub. Ailədə ondan başqa 4 qardaşı olub. Valentinonun doğulmasından qısa müddət sonra atası vəfat edir və anası uşaqları tək böyütməli olur. Ailəyə kömək etmək üçün Valentino ibtidai məktəbdən çıxır və işləməyə başlayır. Matsolanın 10 yaşı olarkən Adda çayında boğulan bir oğlanın həyatını xilas edir. Bu uşaq bir neçə il sonra futbol oynamağa başlayacaq və gələcəkdə "Milan"ın kapitanı olacaq Andrea Bonomi idi. Matsola gənc yaşlarından futbolla maraqlanırdı bu səbəbdən Matsola bir dəfə polisə çağrılır. Səbəb isə, Matsolanın məhlədə futbol oyunu toynamaq üçun qapı qurması və qapının toru üçun balıqçıların torunu göturməsi olur. .

Karyerası

Matsolanın ilk komandası 14 yaşında oynamağa başladığı və Trevilyo şəhərinin gənclər çempionatında debüt etdiyi "Carlo Tresoldi İdman Qrupu" idi. Eyni zamanda o, klubun sahibinə məxsus bir müəssisədə işləyirdi. 1936-cı ildə Matsola öz bölgəsinin 1-ci divizionunda çıxış edən klubun əsas komandasında debüt edir.

1938-ci ildə Matsola zavodunda işlədiyi Alfa Romeo şirkətinin futbol komandasına keçir. Bu klubda Matsola cəmi 1 mövsüm keçirdir və II Dünya Müharibəsinin başlanmasına görə Venesiyada yerləşən bir donanmaya hərbi xidmətə çağrılır. Matsola Dəniz Donanmasında futbol oynamağa davam edir və sonra yerli klub olan "Venesiya" klubuna keçir. Komandanın rəhbərliyi Matsolanın oyununu bəyənir. Ancaq bir problemi yaranır. Futbolçu üçun buts tapılmır. Buna görə gəmidəki zabitlər Matsolanın məşqə getməsinə mane olmaq istəyəndə Matsola "Mən hətta ayaqyalın oynaya bilərəm" deyir.

"Venesiya"da Matsola hücumun sol cinahına oynayır və 31 mart 1940-cı ildə "Latsio" ilə oyunda debüt edir. 1941-ci ildə "Venesiya" klubu "Roma" klubunu iki matçda məğlub edərək İtaliya kubokunu qazanır. Növbəti il Matsola "Venesiya" ilə milli çempionatda 3-cü yeri tutur və 5 aprel 1942-ci ildə Xorvatiya ilə yoldaşlıq görüşündə İtaliya millisində debüt etdi. Milli komandanın növbəti oyununda Matsola İspaniya qapısını qol vuraraq milli komandadakı ilk qolunu vurur.

1942-ci ilin yayında futbolçu "Torino" klubuna keçir.

1943-cü ildə "Torino" ilə birlikdə İtaliya S Seriyası Çempionluğunu qazanır. "Torino" klubu 1944-cü ildə 2-ci yeri tutur, Matsola isə mövsumdə 11 qol vurur. Sonrakı ardıcıl 4 mövsumu "Torino" ilə birlikdə İtaliya çempionu olur. 1947-ci ildə 27 qol ilə İtaliya A Seriyasının bombardiri olur.

Ölümü

3 may 1949-cu ildə Torino Lissabonda yerli "Benfika" klubu ilə yoldaşlıq oyunu keçirməli idi. Oyun Portuqaliyalı futbolçu Çico Ferreyranın futboldan ayrılmasına həsr edilmişdi və oyunun təşkilatçılarından biri xəstəliyinə baxmayaraq komanda ilə birlikdə uçan Valentino Matsola idi. Turinə qayıdan zaman təyyarə artan turbulentlik zonasına düşür və qəzaya uğrayır. Matsola da daxil olmaqla 31 nəfər həyatını itirir. 6 may 1949-cu ildə komanda ilə birlikdə dəfn edilir.

Şəxsi Həyat

Matsola iki dəfə evlənir. Evlilikdən Sandro və Ferruccio (Torino prezidenti Ferruccio Novonun şərəfinə) adlı iki oğlu vardı. 1946-cı ildə valideynləri boşandıqdan sonra Sandro atası ilə, Feruccio anası ilə birlikdə yaşamağa başlayır.

Xatirəsi

Məşhur Braziliyalı futbolçu Joze Altafini mətbuat tərəfindən Matsola adlanırdı.

Uğurları

Komanda

  • İtaliya Kubokunun qalibi: 1941, 1943
  • İtaliya çempionu: 1943, 1946, 1947, 1948, 1949

Fərdi

  • İtaliya Kubokunun bombardiri: 1943 (5 qol)
  • İtaliya çempionatının bombardiri: 1947 (29 qol)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, valentino matsola sözünün mənası, valentino matsola haqqında məlumat. valentino matsola nədir? valentino matsola nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şaftalı

  • Mart 01, 2026

    Nikolay Lobaçevski

  • Fevral 27, 2026

    1UP.com

  • Mart 01, 2026

    E.ə. 95

  • Mart 06, 2026

    Aşıq Firudin

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst