Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (d

İnsan

  • Ana Səhifə
  • Vikipediya
  • İnsan

İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır.

İnsan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Euarxontoqlireslər
Qranddəstə:
Euarchonta
Mirdəstə:
Primatkimilər
Dəstə:
Primatlar
Yarımdəstə:
Quruburunlar
İnfradəstə:
Simiiformes
Parvdəstə:
Catarrhini
Fəsiləüstü:
Hominoidea
Fəsilə:
Hominidlər
Yarımfəsilə:
Homininae
Triba:
Homininlər
Cins:
Homo
Növ:
İnsan
Beynəlxalq elmi adı
Homo sapiens
Vikianbarın loqotipi
Şəkil
axtarışı
EOL  42268

Mündəricat

Təkamül

İlk insanabənzər canlı

İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir.

Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür. İnsanı formalaşdırmağa başlayan orqanik təkamülün elmi adı olan Antopogenez zamanımızdan təxminən 3,5 milyon il əvvəl başlamışdır. İnsan adı verdiyimiz başlanğıc nöqtəsi isə Homo cinsinin ortaya çıxması ilə olmuşdur.

Müasir insanın nəsli tükənməmiş ən yaxın qohumları adi şimpanzelər (Pan troglodytes) və bonobolardır (cırtdan şimpanze, Pan paniscus). Bu iki şimpanze növü və insan təxminən 6.5 milyon ildir fərqli bir təkamül cizgisi izləmələrinə baxmayaraq tamamlanmış gen xəritələrinə görə aralarındakı yaxınlıq sıçovul ilə siçan arasındaki yaxınlıqdan on qat daha çox, qohum olmayan iki insan arasındakı yaxınlıqdansa sadəcə 10 qat daha azdır. Bu iki şimpanze növü və insanın DNT-sinin 98,4%-i tamamilə eynidir.

Homo erectus

Bundan təxminən 1.8 milyon il öncə dik duran Homo erectus növü ortaya çıxmışdır. Tapıntılar Homo erectus '​un olduqca iri cüssəli olduğunu, ovçuluqla və ya leş yeyərək yaşadığını göstərir.

Homo neanderthalensis

Homo sapiens ilə bundan təxminən 250–300 min il öncə ortaya çıxan Neandertalın uzun müddət dünya üzərində birlikdə yaşadığı və bu iki növün bir-birləriylə qarşılaşdığına dair arxeoloji dəlillər mövcuddur. Digər fikirlər bu iki növün bir-birlərinin fərqli olduğunu anlamadan cütləşmiş ola biləcəyini, beləliklə də, bugünkü insanın əcdadında Neandertalların da olduğunu iddia edir. Çünki Asiyada tapılmış bir fosilin Neandertal və Homo sapiens növlərinin cütləşməsindən meydana gəldiyi anlaşılmışdır. Neandertalın sümük-skelet quruluşu müasir insanlardan olduqca fərqlidir. Neandertal insanının çənə sümüyündəki mandibular sümük kanalının quruluşu fərqləndirici bir xüsusiyyətdir. Neandertalın nəslinin necə kəsildiyi dəqiq olaraq bilinmir. Bəzi nəzəriyyələrə görə daha ağıllı və daha qabiliyyətli olan Homo sapiens tərəfindən yox edilmişlərdir.

Bu günə qədər gəlib çıxmış bir çox Neandertal fosili tapılmışdır. Bu səbəblə də haqqında ən çox məlumat əldə etdiyimiz hominid növüdür. Neandertalların nəsli təxminən 30.000 il öncə kəsilmişdir. Ancaq kiçik bir qisminin çox daha uzun müddət yer üzündə qalmış ola biləcəyi ehtimalı var.

İnsan vücudu

Insan anatomiyası
İnsan vücudunun komponentləri (60 kiloqramliq nümunə üzərindən)
MaddəAğırlıqAtom % nisbəti
Oksigen38.8 kq% 25.5 
Karbon10.9 kq% 9.5 
Hidrogen6.0 kq% 63.0 
Azot1.9 kq% 1.4 
Digər2.4 kq% 0.6 

İnsan alət istifadə edə bilməsini təmin edən, qolların sərbəst olduğu dik bir vücuda sahibdir. Beyni mücərrəd düşünmə, məna vermə, danışma və özünü müşahidə qabiliyyətlərinə sahibdir.

Alət istifadə edə bilməsi və zehninin xüsusiyyətləriylə insan digər canlılardan fərqlənir, təbiəti anlaya bilir, nəzarət altına ala bilir və öz məqsədləri üçün təbiətin güclərindən istifadə edə bilir.

İnsanın inkişaf mərhələləri

  • körpəlik (0–3 yaş)
  • uşaqlıq (3–12 yaş)
  • yeniyetməlik (12–21 yaş)
  • yetkinlik (21–65 yaş)
  • yaşlılıq (65 yaş və üzəri)

Taksonomiya

├─ Bitkilər
├─ Göbələklər
├─ Birhüceyrəlilər
├─ Bakteriyalar
└─ Heyvanlar

├─ Onurğasızlar
└─ Onurğalılar
├─ Quşlar
├─ Sürünənlər
├─ Balıqlar
├─ Amfibiyalar
└─ Məməlilər
├─ Vəhşi heyvanlar
├─ Dəniz məməliləri
├─ Gəmiricilər
├─ Yarasalar
├─ Həşəratyeyənlər
├─ Kisəlilər
└─ Primatlar
├─ Önmeymunlar
├─ Meymunlar
└─ İnsanabənzərlər
├─ Bonobo
├─ Şimpanze
├─ Qorilla
├─ Oranqutan
└─ İnsan

Həmçinin bax

  • İnsan bədəni
  • İnsan anatomiyası
  • Homo

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnsan haqqında məlumat. İnsan nədir? İnsan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Çərşənbə

  • Fevral 23, 2026

    İran azərbaycanlıları

  • Fevral 18, 2026

    Meta Platforms

  • Fevral 23, 2026

    Windows 2.0

  • Fevral 23, 2026

    Caz orkestri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst