Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taksonomiya (ing. taxonomy) — yun. taxis – dərəcə, sıra və qanun – taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsip

Taksonomiya

  • Ana Səhifə
  • Vikipediya
  • Taksonomiya

Taksonomiya (ing. taxonomy) — yun. taxis – dərəcə, sıra və qanun – taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsipləri haqqında təlim.

Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək ranqı (dərəcəsi) olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur. İyerarxiyanın əsası ilə zirvəsi arasında müxtəlif taksonlar yerləşir ki, bunların hər birinin tərkibinə özündən aşağı səviyyədə duran bir və ya bir neçə takson daxildir və o özündən yüksəkdə duran mərtəbəyə tabedir. Belə düzülüş taksonomik iyerarxiya, onun ayrı-ayrı mərtəbələri isə taksonomik ranqlar adlanır. Hər bir ranqın taksonları həmin taksonomik kateqoriyalara aiddir. Taksonomik kateqoriyaların iyerarxiyasını ilk dəfə Karl Linney yaratmışdır.

Müasir istifadədə əsas kateqoriyalar aləm, tip (bu kateqoriya bəzən bitkilərdə şöbə əvəzinə istifadə olunur), sinif, dəstə(bitkilərdə sıra) fəsilə, cins və növdür. Yeni növlər yarandıqca və bu növlər arasında qohumluq əlaqələri barədə bilgilər artdıqca növlərin taksonomik vəziyyətini (yerini) daha dəqiq göstərməyin zəruriliyi meydana çıxdı. Bu, göstərilən yeddi kateqoriyanın bölünməsi və əvvəlki kateqoriyaların adlarına "üstü" (super), yaxud "yarım" (sub) sözlərinin əlavə olunması və yeni kateqoriyaların yaranması ilə əldə edilmişdir. Beləliklə, dəstəüstü, yarımdəstə, fəsiləüstü, yarımfəsilə, triba və s. kateqoriyalar yaranmışdır. Bəzi təbiətşünaslar əlavə bölgü kimi infrasinif, infradəstə terminlərindən də istifadə etmişlər. Paleontoloqlar dəstə və sinif arasında kaqorta kateqoriyası işlədirlər.

Müasir təsnifatda müxtəlif əhəmiyyətli 20-dən artıq kateqoriya var. Onlar 3 qrupa bölünür: növ kateqoriyası, növ daxilində populyasiyaları göstərən kateqoriyalar və yüksək taksonların kateqoriyası.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taksonomiya haqqında məlumat. Taksonomiya nədir? Taksonomiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Split

  • Fevral 23, 2026

    Əhməd Xəlilov

  • Fevral 23, 2026

    Materializm

  • Fevral 23, 2026

    Yeni Əhd

  • Fevral 23, 2026

    Altıgünlük müharibə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst