Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990, Sidney[…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli.

İggi Azaliya

  • Ana Səhifə
  • Vikipediya
  • İggi Azaliya

Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990, Sidney[…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin "YouTube" platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı.

İggi Azaliya
ing. Amethyst Amelia Kelly
Azaliya 2015-ci ildə
Azaliya 2015-ci ildə
Ümumi məlumatlar
Ləqəbi Iggy Azalea
Doğum tarixi 7 iyun 1990(1990-06-07) (35 yaş)
Doğum yeri
  • Sidney, Yeni Cənubi Uels, Avstraliya[…]
Uşağı 1
Partnyorları
  • Nik Yonq[d] (2013–2016)
  • Playboi Carti (2018–2019)
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, rəqqasə, mahnı yazarı[d], model[d], aktrisa, biznes ledi, bəstəkar, müğənni
Fəaliyyət illəri 2011-ci ildən
Janrlar pop rep[d], elektronik musiqi, hip-hop[d][…], elektronik rəqs musiqisi[d], pop musiqisi, trep, elektropop[d]
Albom şirkətləri Def Jam Recordings[d], Grand Hustle Records[d], Mercury Records[d], Empire Distribution[d]
İmzanın şəkli
iggyazalea.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu. "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır. Azaliya bu hitlərlə debütləri ilə "Hot 100"də eyni anda bir və ikinci sırada yer alan ikinci musiqiçi (The Beatles-dən sonra) oldu.

Azaliya planlaşdırdığı ikinci albomu olan "Digital Distortion" üçün bir sıra sinql buraxdı. Lakin albom şirkəti ilə münaqişə, eləcə də şəxsi münaqişələr səbəbindən layihə ləğv olundu. Nəticədə Azaliya Island Records ilə razılaşaraq "Survive the Summer" (2018) EP-sini buraxdı. Sonrakı fikir ayrılıqları Azaliyanın müstəqil sənətçi olaraq öz şirkəti Bad Dreams-i yartmasına səbəb oldu. Onun ikinci albomu "In My Defense" 2019-cu ildə yayımlandı, ardınca həmin il başqa bir EP-si "Wicked Lips"i buraxdı. Musiqiyə ara verməzdən əvvəl 2021-ci ilin avqustunda üçüncü studiya albomu "The End of an Era"nı yayımladı.

Azaliyanın nailiyyətlərinə iki "American Music Award", üç "Billboard Music Awards", bir "MTV Video Music Awards", bir "People's Choice Awards", dörd "Teen Choice Awards" və dörd "Qremmi" mükafatına namizədlik daxildir. Rəsmi YouTube kanalı 3,4 milyard baxış toplayıb, 15 musiqi videosu Vevo-da 100 milyondan çox izlənilib.

Mündəricat

Həyatı və təhsili

Ametist Ameliya Kelli Sidneydə anadan olub, Yeni Cənubi Uelsin Mullumbimbi şəhərində böyüyüb. Atası Brendan Kelli İralndiya-Avstraliya rəssamı və komiks artisti, anası Tanya isə xidmətçi olub. Azaliya atasının özü tikdiyi, 5 hektar (12 akr) həyəti olan evdə yaşayırdı. Matias və Emerald adlı iki bacısı var.[mənbə göstərilməlidir] Azaliyaya görə onun nəsili bir qədər aborigendir (yerli avstraliyalı): "Ulu babalarım Avstraliyaya Birinci flot ilə gəlmişdi. Nəslimiz 100 ildən artıqdır ki, bu ölkədədir. Əgər sizin ailəniz Avstraliyada uzun müddət yaşayıbsa, demək sizdə "aborigen qanı" axır. Mən əminəm ki, mənim ailəm də belədir." Azaliya həmçinin atasının "incəsnətlə yeniyetmə yaşlarında maraqlanmasını təmin etdiyini" və bunun həyatı və karyerasına mühüm əhəmiyyət kəsb etdiyi demişdir. O, 14 yaşında rep oxumağa başladı. Solo karyerasına başlamazdan əvvəl məhəlləsindən olan digər iki qızla birlikdə qrup yaratdı: "Bəlkə də, TLC kimi qrup ola bilərdik. Amma mən Left Eye (Liza Lopes) olacam." Azaliya nəhayət qrupu dağıtmaq qərarına gəldi, çünki digər qızlar bunu ciddi qəbul etmirdilər. O hətta demişdi: "Mən etdiyim hər şeyi ciddi qəbul edirəm. Mən çox rəqabətciləm."

Azaliya Amerikaya köçmək arzusunun ardınca getmək üçün orta məktəbi tərk etdi. Anası ilə birlikdə işləyərək otel otaqlarını, istirahət kateclərini təmizləyib qazandığı pulu yığdı. O, məktəbə nifrət etdiyi, rəssamlıq dərsindən başqa digərlərinin ona fayda vermədiyini demişdir. Həmçinin heç bir dostu olmadığını və evdə düzəlmiş geyimlərinə lağ edildiyi söyləyib. Azaliya 2006-cı ildə 16 yaşının tamam olmağına az qalmış ABŞ-yə səyahət etdi. Valideynlərinə dostu ilə "tətilə" getdiyini dedi, amma sonda burada qalmaq qərarına gəldi və qısa müddət sonra evə qayıtmayacağını söylədi:

" "Amerika məni cəlb etdi, çünki öz ölkəmdə özümü kənar bir insan kimi hiss edirdim, hip hopa aşiqəm və Amerika bunun vətənidir, ona görə də düşündüm ki, musiqiyə nə qədər yaxın olsam, bir o qədər xoşbəxt olaram. Haqlı idim." "

O xatırlayırdı, "Anam ağlayırdı, "sadəcə özünü qoru" deyirdi. "Tək başına gedirəm. Mən dəliyəm!" deyə düşünürdüm." Azaliya ABŞ-yə gəldikdən sonra Ümumi Təhsil İnkişafı (GED) diplomunu aldı və altı il müddətində vizasız ölkədə yaşamaq hüququ qazandı, hər üç aydan bir yeniləmək üçün Avstraliyaya qayıdırdı. Azaliya ona beş illik O vizası verilənə — 2013-cü ilin fevral ayına qədər ABŞ-də qeyri-qanuni işlədi. Sonradan İqqi ləqəbini seçdi. Nəhayət 2018-ci ildə ABŞ-nin daimi vətəndaşı kimi təsdiqləndi.

Karyerası

2006–2012: Karyerasının başlanğıcı, Glory və Ignorant Art

Azaliya 2006-cı ildə ABŞ-yə ilk dəfə gələndə Florida ştatının Mayami şəhərində qaldı və daha sonra qısa müddət Texas ştatının Hyuston şəhərində yaşadı. Ardınca Corciya ştatının Atlanta şəhərinə köçərək orada bir neçə il qaldı və bu müddətdə Dungeon Family adlı rep qrupunun Backbone adlı üzvü ilə birgə çalışdı. Həımçinin gələcək əməkdaşları FKi və Natali Sims ilə də tanış oldu. İnsanların ona güləcəklərini çünki, "replərinin bərbad olduğunu düşündüklərini" dedi, amma yetişkin olduğu üçün bu tənqidlərə gülərək keçməyi bacardı. Azaliya həm də 2010-cu ilin yayında onu Los-Ancelesə köçməyə təşviq edən Interscope Records şirkətindən biri ilə tanış olmuşdu. Beləcə Interscope onu qısa müddət ərzində menecment olacaqdı. Məhz bu müddət ərzində uşaqlıq iti İqqinin adını səhnə ləqəbi və ailəsinin indiyə qədər yaşadığı və özünün də orada böyüdüyü Azaleya küçəsini ad olaraq qəbul etdi. Həmçinin "fri-stil" rep və "stop motion" animasiya videoları da yaratmağa başladı.

Azaliya 27 sentyabr 2011-ci ildə özünün ilk tammetrajlı layihəsi "Ignorant Art" adlı miksteypini buraxdı və bunu "insanları köhnə idealları yenidən nəzərdən keçirtməyə və müəyyənləşdirməyə təşviq etmək məqsədi ilə" hazırladığını dedi. 2011-ci ilin noyabr ayında "My World" adlı mahnısı üçün Alex/2tone-nin rejissorluğu ilə klip çəkildi. Həmin videoda keçmiş güləşçi Tommi Listerin "cameo" görüntüsü olması videonun populyarlığını artırdı.

Şəxsi həyatı

Mükafatlar və namizədliklər

İl Mükafat İş Kateqoriya Nəticə İst.
2013 MTV Video Music Awards "Work" Ən yaxşı iş Namizəd
MTV Europe Music Awards İqqi Azaliya Ən yaxşı sənətçi Namizəd
Ən yaxşı Avstraliya sənətçisi Namizəd
MOBO Awards Ən yaxşı beynəlxalq sənətçi Namizəd
2014 American Music Awards İlin sənətçisi Namizəd
Ən yaxşı yeni sənətçi Namizəd
Ən yaxşı pop/rok qadın sənətçisi Namizəd
Ən yaxşı rep/hip hop sənətçisi Qazandı
"Fancy" İlin işi Namizəd
The New Classic Ən yaxşı rep/hip hop albomu Qazandı
ARIA Music Awards İqqi Azaliya Ən yaxşı qadın sənətçi Namizəd
"Fancy" İlin mahnısı Namizəd
The New Classic Yeni sənətçinin ən yaxşı işi Qazandı
Ən yaxşı urban albom Namizəd
BET Awards Iggy Azalea Ən yaxşı qadın hip hop sənətçisi Namizəd
BET Hip Hop Awards Ən yaxşı sənətçi Qazandı
"Fancy" Ən yaxşı hip hop videosu Namizəd
Xalqın seçimi mükafatı Namizəd
Billboard Women in Music Awards İqqi Azaliya Siyahı birincisi Qazandı
MTV Europe Music Awards Ən yaxşı hip hop sənətçisi Namizəd
Ən yaxşı sənətçi Namizəd
"Black Widow" Ən yaxşı video Namizəd
MTV Video Music Awards "Fancy" İlin videosu Namizəd
Ən yaxşı qadın videosu Namizəd
Ən yaxşı pop videosu Namizəd
Ən yaxşı incəsənət idarəsi Namizəd
MOBO Awards İqqi Azaliya Ən yaxşı beynəlxalq sənətçi Namizəd
NewNowNext Awards Ən yaxşı qadın sənətçi Namizəd
Teen Choice Awards Ən yaxşı R&B/hip hop sənətçisi Qazandı
Dəb simvolu Namizəd
Yayın ən yaxşı qadın sənətçisi Namizəd
"Fancy" Yay mahnısı Namizəd
Ən yaxşı R&B/hip hop mahnısı Qazandı
Ən yaxşı qadın sənətçinin ən yaxşı sinqlı Namizəd
VEVO Certified 100 milyon izlənmə Qazandı
"Work" Qazandı
"Black Widow" Qazandı
2015 Premios Grammy "Fancy" İlin rekordu Namizəd
Ən yaxşı pop duet/qrup işi Namizəd
The New Classic Ən yaxşı rep albomu Namizəd
İqqi Azaliya Ən yaxşı yeni sənətçi Namizəd
BET Awards Ən yaxşı hip hop qadın sənətçisi Namizəd
Billboard Music Awards Ən yaxşı yeni sənətçi Namizəd
Ən yaxşı qadın sənətçi Namizəd
Ən yaxşı Hot 100 sənətçisi Namizəd
Ən yaxşı rəqəmsal mahnı sənətçisi Namizəd
Ən yaxşı internet sənətçisi Qazandı
Top artista rap Qazandı
Ən yaxşı rep sənətçisi Namizəd
The New Classic Ən yaxşı rep albomu Namizəd
"Fancy" Ən yaxşı Hot 100 mahnısı Namizəd
Ən çox izlənilən mahnı (səs) Namizəd
Ən yaxşı rep mahnısı Qazandı
"Black Widow" Namizəd
iHeartRadio Music Awards İqqi Azaliya İlin sənətçisi Namizəd
Ən yaxşı yeni sənətçi Namizəd
Ən yaxşı sənətçi Namizəd
"Fancy" Ən yaxşı əməkdaşlıq Namizəd
Kids Choice Awards Ən bəyənilən mahnı Namizəd
People's Choice Awards İqqi Azaliya Bəyənilən qadın sənətçi Namizəd
Ən bəyənilən hip hop sənəyçisi Qazandı
Teen Choice Awards Ən yaxşı qadın sənətçi Namizəd
Ən yaxşı R&B/hip hop sənətçisi Namizəd
"Pretty Girls" Qadın sənətçinin ən yaxşı mahnısı Namizəd
Ən yaxşı əməkdaşlıq Namizəd

Dikoqrafiya

  • "The New Classic" (2014)
  • "In My Defense" (2019)
  • "The End of an Era" (2021)

Turlar

Əsas

  • The New Classic Tour (2014)

Ləğv edilmiş turlar

  • Great Escape Tour (2015)
  • Bad Girls Tour (2018)

Digər

  • "XXL" Freshmen — Live Tour (2012)
  • Tyga — MTV Jams Presents: Closer to My Dreams Tour (2012)
  • Rita Ora — Ora Tour (2012)
  • Rita Ora — Radioactive Tour (2013)
  • Nas — Life Is Good Tour (2013)
  • Beyonse — The Mrs. Carter Show World Tour (2013)
  • Pitbull — I Feel Good Tour (2021)
  • Pitbull — Can't Stop Us Now Summer Tour (2022)

Qeydlər

  1. Bu açıqlamanı etdiyi tarixdə Birinci flotun gəldiyi tarixdən 223 il keçmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇ggi azaliya sözünün mənası, i̇ggi azaliya haqqında məlumat. i̇ggi azaliya nədir? i̇ggi azaliya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Üzeyir Novruzov

  • Fevral 27, 2026

    Xammal

  • Fevral 27, 2026

    Unsiya

  • Mart 01, 2026

    Tamar

  • Fevral 27, 2026

    Realizm (ədəbiyyat)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst