Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Curriculum vitae  (lat.) (azərb. xülasə‎, fr. résumé — "həyatın axını", tərcümeyi-hal) qısaldılmış forması CV — bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim oluna

CV

  • Ana Səhifə
  • Vikipediya
  • CV

Curriculum vitae  (lat.) (azərb. xülasə‎, fr. résumé — "həyatın axını", tərcümeyi-hal) qısaldılmış forması CV — bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımi məlumatları özündə saxlayan sənəd. Adətən, mahiyyətcə işəqəbulunma — namizədlik sənədi sayılır

Tərcümeyi-hal, yəni CV, xülasəsinin həcmi bir namizədin bacarıqları ilə müəyyənləşir.

Strukturu

Xülasə adətən bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində informasiya qısa və anlaşıqlı bir şəkildə yazılmalıdır. CV-ə heç bir qeyri-dəqiq informasiya daxil etmək olmaz. Xülasədə sizi maksimal xarakterizə edəcək məlumatlar yerləşdirilməlidir.

CV formasında olmalıdır:

  • Ad və soyad;
  • Doğum tarixi;
  • Namizəd ilə əlaqə vasitələri — əlaqə nömrəsi və elektron poçt ünvanı;
  • Təhsil — burada təhsil səviyyəsi (məktəb, kollec, bakalaviatura, magistratura, doktorantura və s.), təhsil müəssisələrinin adları, təhsil alınan zaman aralığı və ixtisas qeyd olunmalıdır;
  • Sertifikat və diplomlar (nailiyyətlər);
  • İş həyatı və könüllülük fəaliyyəti;
  • Maraq və bacarıqlar (dil, kompüter və s.)
  • Namizədi tövsiyə edə biləcək şəxslər və onların əlaqə nömrələri (referanslar).
  • əks xronoloji sıra ilə (bir qayda olaraq, üç son iş yeri) ixtisas üzrə iş təcrübəsinin icmalı

Bəzən xülasədə həmçinin peşəkar assosiasiyalara, elmi nəşrlərə və müəllif patentlərinə üzvlük haqqında informasiyanı da daxil edirlər. Həmçinin xülasədə sizin həvəsləriniz (hobbi) haqqında informasiyanı daxil etmək olar. Daha yaxşı olar ki, bu aktiv həvəslər (məsələn, idman, turizm, rəqslər) olsun. Xülasədə əmək haqqının arzu olunan səviyyəsi haqqında informasiyanı daxil etmək (qoşmaq) lazım deyil. Bunu xülasəyə müşayiət məktubunda göstərmək daha yaxşıdır. Burada xülasəyə istənilən əlavə izahları vermək olar.

Müxtəlif ölkələrdə xülasə və ya CV strukturu fərqli ola bilər. Son zamanlar müəyyən şablon üzrə doldurulan və işə qəbul agentliklərinin ixtisaslaşmış saytlarında yerləşdirilənlər internet-xülasə geniş yayılmışdır. Həmçinin "ağıllı" xülasənin tərtib edilməsini təklif edən peşəkar xidmətlər mövcuddur.

Daha biri forma, hələlik az yayılmış, video-xülasə formasıdır. Burada, qısa videoçarxı təşkil edilir və namizəd özü haqqında (öz bacarıqları və s.) danışır. İnternet-xülasə kimi bu forma CV-lər üçün ixtisaslaşmış saytlar mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cv sözünün mənası, cv haqqında məlumat. cv nədir? cv nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Borut Pahor

  • Fevral 27, 2026

    Konservləşdirmə

  • Mart 01, 2026

    Bernhard Riman

  • Fevral 27, 2026

    Əbülfət Vəli

  • Fevral 27, 2026

    Muxtariyyət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst