Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sultanqulu şahın üçüncü oğlu idi. 1518-ci ildə doğulmuş, qardaşı Cəmşidquludan qorxduğu üçün 1543-cü ildə Vicayanaqara qaçmışdır. O, burada Teluqu dilini də mük

İbrahimqulu şah

  • Ana Səhifə
  • Vikipediya
  • İbrahimqulu şah

İbrahimqulu şah Vali — Qolkonda hökmdarı, ilk dəfə Sultan titulundan istifadə etmişdir.

Qütbşah İbrahimqulu
tel. ఇబ్రాహీం కులీ కుతుబ్ షా
Qütbşahların IV sultanı
iyul, 1550 – 1580
ƏvvəlkiSübhanqulu şah
SonrakıMəhəmmədqulu şah
Şəxsi məlumatlar
Doğum tarixi 1518
Doğum yeri Heydərabad
Vəfat tarixi 5 iyun 1580 (61–62 yaşında)
Fəaliyyəti Sultan, monarx, hərbi lider[d], mesenat[d]
Atası Sultanqulu bəy Baharlı
Uşağı
  • Məhəmmədqulu şah
Ailəsi Qütbşahlar

Mündəricat

Həyatı

Sultanqulu şahın üçüncü oğlu idi. 1518-ci ildə doğulmuş, qardaşı Cəmşidquludan qorxduğu üçün 1543-cü ildə Vicayanaqara qaçmışdır. O, burada Teluqu dilini də mükəmməl öyrənmişdi. Onun dövründə şiələrdən əlavə hindular da dövlət vəzifələrinə gətirilirdi.

Talikota döyüşü

Talikota döyüşü

Vicayanaqar imperiyasının böyüməsindən qorxuya düşən Əhmədnaqar, Bicapur, Berar və Bidar sultanları ittifaqa tələsdilər. Əhmədnaqar sultanı I Hüseyn Nizamşah İbrahimqulu ilə dost idi. Beləliklə Qütbşahlar da bu ittifaqa qoşuldular. 29 dekabr 1564-cü ildə ilk toqquşmalar baş verdi. Bu toqquşmalarda Nizamşah və Qütbşah məğlub olsalar da, Adilşahların da döyüşə qoşulmasından sonra 23 yanvar 1565-ci ildə Rakşasi və Tanqadi kəndləri yaxınlığında döyüş baş verdi. Bəzi mənbələrə görə 1 milyondan çox əsgərin iştirak etdiyi bu döyüşdə birdən-birə 140.000 müsəlman Vicayanaqar əsgərinin sultanların tərəfinə keçməsi həlledici oldu. Nazir Ramaraya öz filindən yıxıldı və Nizamşah tərəfindən həbs olundu.

Hakimiyyətinin son illəri

Vicayanaqar imperiyasını yıxan İbrahimqulu və Nizamşah bu dəfə yenidən birləşərək Adilşahlara qarşı mübarizə aparmağa başladılar. Hindulara qarşı hücuma keçən Adilşahlara kömək etməyən İbrahimqulu, hətta Murari Rao adlı hindu sərkərdəni də ordusuna qəbul etmişdi. 1579-cu ildə Ahobilam məbədini yağmalayan Murari saf qızıldan hazırlanmış Vişnu bütünü sultana göndərmişdi. 1580-ci ildə İbrahim şah öz ordusu ilə birlikdə Kondavidunu işğal etdi və Udayagiri yağmalandı. Böyük qalibiyyətdən sonra Qolkondaya qayıdan İbrahim 1580-ci ildə vəfat etdi. Yerinə oğlu Məhəmmədqulu şah keçdi.

Ailəsi

Əhmədnaqar sultanı I Hüseyn Nizamşahın qızı ilə evlənmiş, 30 övladı olmuşdu. Bunlardan təkcə 6 oğul və 13 qız sağ qalmışdır:

  1. Əbülqadir şah Sahib (1544 - 1565) - 21 yaşında hakimi olduğu Devrkonda qalasında ölmüşdür.
  2. Mirzə Hüseynqulu (1560-1586) - boğularaq ölmüşdür.
  3. Məhəmmədqulu şah - atasını əvəz etmişdi.
  4. Mirzə Əbdülfəttah (1577-1605)
  5. Mirzə Məhəmməd Xüdabəndə (1571-1611) - Məhəmmədqulu şahın ata-bir ana bir qardaşı, 1609-cu ildə qardaşına üsyan etmiş, 1611-ci ildə Qolkonda həbsxanasında öldürülmüşdür.
  6. Mirzə Məhəmməd Amin (1571-1596) - cavan yaşında ölmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbrahimqulu şah haqqında məlumat. İbrahimqulu şah nədir? İbrahimqulu şah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Deformasiya

  • Fevral 27, 2026

    Kevin Mitnik

  • Fevral 27, 2026

    Xoy (şəhər)

  • Fevral 27, 2026

    Qramatika

  • Fevral 27, 2026

    Fermopil vuruşması

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst