Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teymur İbrahim oğlu Mirzəyev (1936, Ağdam – 27 sentyabr 2021, İsrail) — müğənni, "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının x

Teymur Mirzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Teymur Mirzəyev

Teymur İbrahim oğlu Mirzəyev (1936, Ağdam – 27 sentyabr 2021, İsrail) — müğənni, "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (1993).

Teymur Mirzəyev
Teymur İbrahim oğlu Mirzəyev
Ümumi məlumatlar
Doğum tarixi 1936(1936)
Doğum yeri
  • Ağdam, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 sentyabr 2021(2021-09-27) (84–85 yaşında)
Vəfat yeri
  • İsrail
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19931993

Mündəricat

Həyatı

T. İ. Mirzəyev 1936-cı ildə Ağdamda anadan olmuşdur. Anası Bella İlyinşina əslən yəhudi idi. Qardaşı Tofiq Mirzəyev də musiqiçi və aktyor idi. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirmişdir. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olmuşdur. Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı "Qaya" ansamblı SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. Bu kollektiv 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin laureat adını qazanmışdır (I yer).

T. Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı ansamblın çıxışları geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilmişdir. Kollektivin böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunmuşdur. Estrada ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan T. Mirzəyev kollektivin bədii rəhbəri kimi eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirmişdir.

Kollektivlə birgə gözəl sənətkar milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində — Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir.

O, eyni zamanda təcrübəli bir sənətkar kimi öz qayğısını gənclərdən əsirgəməmişdir. Klassik estrada, caz ifaçılığı məktəbinin yüksək ənənələri əsasında T. Mirzəyev bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsinə sərf etmişdir. Azərbaycan, rus, Qərbi-Avropa bəstəkarlarının əsərlərini və müxtəlif ölkələrin xalq mahnılarını yeni üslubda ifa etməklə az bir zamanda populyarlıq qazanmışdır.

Uzun müddət İsraildə yaşayan Teymur Mirzəyev 27 sentyabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 11 yanvar 1978
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 23 yanvar 1993

Filmoqrafiya

  1. Ürək... Ürək... (film, 1976)
  2. Əlvida, cənub şəhəri (film, 2006)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teymur Mirzəyev haqqında məlumat. Teymur Mirzəyev nədir? Teymur Mirzəyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Qafqaz albanları

  • Fevral 27, 2026

    Gülüstan

  • Fevral 27, 2026

    Abbe səhvi

  • Fevral 26, 2026

    Kolorado

  • Fevral 27, 2026

    Mark Antoni

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst