Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bidər sultanlığı və yaxud Bəridşahlar dövləti — 1492–1619-cu illər arasında Hindistanda Dəkkən bölgəsinin cənubunda hökm sürən Türk-İslam xanədanı.

Bidər sultanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Bidər sultanlığı

Bidər sultanlığı və yaxud Bəridşahlar dövləti — 1492–1619-cu illər arasında Hindistanda Dəkkən bölgəsinin cənubunda hökm sürən Türk-İslam xanədanı.

Tarixi dövlət
Bidər sultanlığı
1527 — 1619
Paytaxt Bidər
Din İslam (şiə)
İdarəetmə forması Mütləq monarxiya
Sülalə Bəridşahlar
Sultanlar
 • 1492–1504 I Qasım Bərid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Xanədanın qurucusu Əmir Qasım Qafqaz (Borçalı) türklərindən olub gənclik illərində Bəhməni şahı III Məhəmmədin (1463–1482) xidmətinə girmiş, onun sarayında bərid-i məmalik mövqeyinə qədər yüksəlmiş və xanədana da bu vəzifəsi dolayısıyla Bəridşahilər deyilmişdir. Əmir Qasım Mahmud şahın səltənəti sırasında (1482–1518) öncə kutval (qalabəyi), Nizamülmülk Məlik Həsənin vəfatından sonra da baş vəzir (əmir-i cümlə) təyin edilmişdir. Bəhmənilərin zəifləməsinə görə ölkə torpaqları parçalanmış, Bicapurda Adilşahilər, Əhmədnagarda Nizamşahilər, Bərarda İmadşahilər, Qolkondada Qütbşahlar və bir müddət sonra Bidərdə Bəridşahilər müstəqilliklərini elan etmişldilər (1492).

Əmir Qasımın ölümündən sonra yerinə "Dəkkən tülküsü" deyə şöhrət tapan oğlu Əmir Bərid keçdi (1504–1543). Əmir Bəridin zamanında Bəhmənilərdən III Əhməd, Əlaəddin, Vəliyyullah və Kəlimullah onun vəsayəti altında sadəcə adları hökmdar idilər. Əmir Bərid ədəbiyyat, sənət və memarlığa ilgi duyan bir şəxsiyyət idi. Paytaxtda Rəngin Mahalı inşa etdirən də odur.

Bəridşahilər Vicayanagar racələri və digər bəzi qonşularıyla sürəkli mübarizə etdilər. Son Bəridşahi sultanı III Əmir Bərid şah (1609–1619) Adilşahilərin hücumuna məruz qaldı. II İbrahim şah 1619-cu ildə Bəridşahiləri məğlub edərək Bidəri torpaqlarına qatdı. Beləcə Bəridşahilər xanədanı sona çatdı.

Bəridşahilər Bəhməni sənət və memarlığını davam etdirdilər. Onların dönəmində Maysorun öndə gələn şəhəri olan Bidər Rəngin Mahal, Taxt Mahal, Tərkəş Mahal və Kali (Qara) Məscid kimi binalarla süslənmişdir. Əmir Qasım, Əmir Bərid, Əli Bərid və İbrahimə aid türbələr də Bidərin məşhur binaları arasında sayıla bilir. Ünlü Bəhməni vəziri Mahmud Qavanın təhsil üçün açdırdığı mədrəsə Bəridşahilər zamanında da əski şöhrətini qorumuşdur.

Hökmdarları

  • I Qasım Bərid 1489 – 1504
  • Əmir Bərid I 1504 – 1542
  • I Əli Bərid şah 1542 – 1580
  • İbrahim Bərid şah 1580 – 1587
  • II Qasım Bərid şah 1587 – 1591
  • II Əli Bərid şah 1591
  • II Əmir Bərid şah 1591 – 1601
  • III Əli Bərid şah 1601 – 1609
  • III Əmir Bərid şah 1609 – 1619

Həmçinin bax

  • Bəhməni sultanlığı
  • Böyük Moğol İmperiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bidər sultanlığı haqqında məlumat. Bidər sultanlığı nədir? Bidər sultanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lətif Səfərov

  • Fevral 27, 2026

    Cinsi oyanma

  • Fevral 27, 2026

    İslam Rzayev

  • Fevral 27, 2026

    Grumman

  • Fevral 27, 2026

    Samara

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst