Çin yasəməni (lat. Syringa × chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.
| Çin yasəməni | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Növ: Çin yasəməni | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Arealı
Yarpağı tökülən koldur. 1777-ci ildə Ruan Botanika Bağında (Fransa) aşkar olunan bu hibrid fars yasəməni və adi yasəmənin çarpazlaşdırılması nəticəsində əmələ gəlmişdir.
Botaniki xarakteristikası
Hündürlüyü 3-6 m, enli-yumurtavari və ya piramidal çətirli koldur. Qabığı boz rəngli, soyulandır. Budaqları nazik, düz dayanan və ya qövsvari olmaqla yuxarıya doğru əyilmişdir. Yarpaqların uzunluğu 4-8 sm, eni 2-4 sm, yumurtavari və ya yumurtavari-neştərvari formalı, yuxarısında ucu biz, bünövrəsi yumru, çılpaq, yarımdərili, parlaq yaşıl rəngli, alt tərəfi bir az açıqdır. Saplaqları nazik, uzunluğu 1,2 sm-dir. Çiçəkləri bənövşəyi, qırmızımtıl və ya bənövşəyi-qırmızımtıl rəngli, güclü xoş qoxuludur. Çiçəklərin diametri 1,8 sm, uzunluğu 17 sm, eni 9-10 sm olan düz, yumru, piramidal formalı, bir az sallaq süpürgələrə yığılmışdır. Çiçək tacının uzunluğu 0,8-1,2 sm, borucuğu ensiz-qıfvari, büküşün hissələri uzunsov-ovaldır. Maydan iyunadək 2-3 dəfə bol çiçəkləyir.
Ekologiyası
Soyuğa davamlıdır (-34 C). Bitki küləkdən qorunan, işıqlı yerlərə üstünlük verir, ancaq kölgədə də bitə bilər. Orta miqdarda nəmişli, məhsuldar, strukturlu, humuslu, su keçirməyən, qara, gillicə, üzvi və ya mineral gübrəli torpaqlara üstünlük verir. Yüksək quraqlığa davamlığı ilə fərqlənir.
Azərbaycanda yayılması
Mədəni səraitdə bir çox rayonlarda becərilir.
İstifadəsi
Çox dekorativ görünüşə malik növdür. Soliter və ya kiçik qruplarda, yaxşı görünən yerlərdə, digər ağaclarla və ya kollarla kompozisiyalarda, canlı, sərbəst böyüyən hasarların yaradılmasında istifadə edilir.
Sinonimləri
Heterotipik sinonimləri
- Lilac × media (Dum.Cours.) Dum.Cours.
- Lilac × persica var. dubia (Pers.) Jacques & Hérincq
- Lilac × persica var. rothomagensis (Renault) Mirb.
- Lilac × rothomagensis (Renault) Poit. & Turpin
- Lilac × varina Dum.Cours.
- Liliacum × rothomagense Renault
- Syringa × bicolor Borbás
- Syringa × chinensis f. alba Dieck
- Syringa × chinensis f. bicolor (Lemoine) H.Jaeger
- Syringa × chinensis var. dubia (Pers.) Dieck
- Syringa × chinensis f. duplex (Lemoine) Schelle
- Syringa × chinensis f. metensis (Bonard) Schelle
- Syringa × chinensis var. sanguinea F.Neumann
- Syringa × chinensis f. saugeana (Loudon) Dieck
- Syringa × correlata A.Braun
- Syringa × dichroa Borbás
- Syringa × dubia Pers.
- Syringa × dubia f. alba Dippel
- Syringa × dubia f. metensis (Bonard) Dippel
- Syringa × dubia f. rubra Dippel
- Syringa × media Dum.Cours.
- Syringa × metensis Dippel
- Syringa persica var. ovata Stokes
- Syringa persica var. rothomagensis (Renault) Mouill.
- Syringa × rothomagensis (Renault) A.Rich.
- Syringa × rothomagensis var. alba G.Kirchn.
- Syringa × rothomagensis var. albida Klinge
- Syringa × rothomagensis var. bicolor Lemoine
- Syringa × rothomagensis metensis Bonard
- Syringa × rothomagensis var. saugeana Loudon
- Syringa × rubra Lodd. ex Dippel
- Syringa × saugeana (Loudon) Leroy
- Syringa × sibirica Loudon
- Syringa × speciosa DC.
- Syringa × varina (Dum.Cours.) K.Koch
- Syringa × varina duplex Lemoine
- Syringa vulgaris var. dubia (Pers.) Franch.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çin yasəməni sözünün mənası, çin yasəməni haqqında məlumat. çin yasəməni nədir? çin yasəməni nə deməkdir?
