Fars yasəməni (lat. Syringa persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.
| Fars yasəməni | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Birgözkimilər Cins: Yasəmən Növ: Fars yasəməni | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır.
Botaniki xarakteristikası
İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır. Çiçəkləri ağ-bənövşəyi və ya ağ rəngli, qoxuludur. Çiçək tacının borucuğu silindrik və ya zəif qıfvari formalıdır, uzunluğu təxminən 1 sm-dir. Meyvəsi künclərində çox ensiz qanadlı, diametri 0,3 sm, tünd narıncı, yuxarı hissəsi küt və ya bəzən iti, dörd hissəli qutucuqdur. Çiçəkləməsi mayda başlayır və iyunadək davam edir. Toxumu iyul-avqustda yetişir.
Ekologiyası
Quraqlığa, soyuğa davamlıdır. Rütubətli, humuslu, gilli torpaqlara üstünlük verir.
Azərbaycanda yayılması
Mədəni səraitdə bir çox rayonlarda becərilir.
İstifadəsi
Tək, qrup, mürəkkəb əkinlərdə, canlı hasarların salınmasında istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
- Lilac persica (L.) Lunell
- Liliacum persicum (L.) Renault
Heterotipik sinonimləri
- Lilac laciniata (L.) Gaterau
- Lilac minor Moench
- Lilac persica Lam.
- Lilac sterilis Lavy
- Liliacum laciniatum (L.) Renault
- Syringa afghanica C.K.Schneid.
- Syringa angustifolia Salisb.
- Syringa buxifolia Nakai
- Syringa capitata S.G.Gmel.
- Syringa laciniata (L.) Mill.
- Syringa persica var. alba Weston
- Syringa persica f. alba (Weston) Voss
- Syringa persica var. caerulea Weston
- Syringa persica var. capitata F.Neumann
- Syringa persica var. coriacea Lingelsh.
- Syringa persica var. integrifolia Vahl
- Syringa persica var. laciniata L.
- Syringa persica mimosifolia Dauvesse
- Syringa persica var. pinnata Jacques
- Syringa persica var. pteridifolia Bosse
- Syringa persica var. pterifolia F.Neumann
- Syringa persica var. salviifolia Lodd. ex Horst Neumann
- Syringa pinnata (Jacques) Hovey
- Syringa protolaciniata P.S.Green & M.C.Chang
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fars yasəməni haqqında məlumat. Fars yasəməni nədir? Fars yasəməni nə deməkdir?
